Şair qəlbli maarifçi alim
Azərbaycanın qeyrət və əyilməzlik rəmzi
qədim Gəncədə, Rəfibəyli babalarımın,
anamın şəhərində yeni inşa olunmuş möhtəşəm
Filarmoniyada görkəmli alim, maarifçi Hamlet
İsaxanlının yubiley tədbiri keçirildi. Bu
unudulmaz gecədə mən də iştirak edirdim.
Müasir mənada maarifçilik hərəkatı Azərbaycanda
XIX əsrdə başlamışdır.
Dilçiliyimizin əsasını
qoyan Mirzə Kazım bəy, ilk çağdaş tarixçimiz
Abbasqulu ağa Bakıxanov, dramaturgiyamızın,
ədəbi tənqidimizin
banisi Mirzə Fətəli Axundzadə, Rusiyada ilk türk-müsəlman
qəzetini nəşr
edən və milli teatrımızı yaradanlardan Həsən bəy Zərdabinin işini XX əsrdə maarif sahəsində Firidun bəy Köçərli, Rəşid
bəy Əfəndiyev,
Məmməd Tağı
Sidqi, Soltan Məcid Qənizadə, Həbib bəy Mahmudbəyov, Abdulla Şaiq,
Süleyman Sani Axundov, Bədəl bəy Bədəlbəyli
və başqaları
davam etdirmişlər.
Sovet dövründə maarif işi bütünlüklə
dövlətin inhisarında
idi. Müstəqillik
illərində ayrı-ayrı
ziyalıların, iş adamlarının
bu sahədə şəxsi təşəbbüslərinə
imkan yarandı. Özəl universitetlər, məktəblər
meydana çıxdı.
Bu sahədə ilklərdən və ən uğurlulurdan biri Hamlet İsaxanlı oldu. Bakıda "Xəzər" universitetini və "Dünya" məktəbini,
elə Gəncədə
də "Dünya"
məktəbini yaradan
Hamlet müəllim bu
maarif ocaqlarını
çoxsahəli biliklər
məkanına çevirməyi
bacardı. Üç dildə
mükəmməl təhsil
alanlar eyni zamanda musiqi, rəssamlıq, idmanla da qovuşurlar. "Xəzər" universitetinin
öz simvonik orkestri, rəqs ansamblı var.
Hamlet İsaxanlı görkəmli riyaziyyatçı
alim olmaqla bərabər tarix, fəlsəfə, ədəbiyat
sahəsində geniş
erdudisiyaya malik olan nadir ziyalılarındandır. Həm də zəngin
biliklərini müxtəlif
dillərdə yazdığı
məqalələri, kitabları,
dünyanın çeşidli
ölkələrində çıxışlarıyla
insanlara çatdırır.
Ağzınacan dolmuş Gəncə filarmoniyasında
Hamlet müəllimin
75 illiyiylə bağlı
tədbirdə Bakıdan
gəlmiş qonaqlar çıxış etdilər,
yubilyarın şeirləri
və sözlərinə
bəstələnmiş mahnılar
tanınmış müğənnilərin
ifasında səsləndi.
Şeirlərinə müxtəlif
bəstəkarlar mahnılar
yazmışlar. Amma ən təsirli
mahnıların musiqisini
Hamlet müəllimin ömür-gün yoldaşı,
mərhum Nailə xanım bəstələmişdir,
Hamlet müəllimin dünyadan erkən getmiş Nailə xanımın xatirəsinə
münasibəti çağdaş
dövrümüzün məhəbbət
və vəfa dastanı adlana bilər...
Gəncə tamaşaçılarının
hədsiz sevincinə səbəb olan bu tədbirdə mən də Hamlet müəllimi özümçün bir
şair kimi kəşf etdim. Yazıçılar Birliyinin
üzvü olan Hamlet İsaxanlının
şeir yazdığını
əlbəttə bilirdim.
Amma nə gizlədim, alimlərin şeir yazmalarına bir qədər şübhəylə yanaşıram.
O gecə konkret olaraq Hamlet müəllimin
istedadlı şair olmağına şübhələrim
dağıldı. Bunu
onun özünə də dedim. Hətta alimlərin şairliyinə şübhəylə
yanaşdığımı da gizlətmədim. Hamlet müəllim:
- Axı
mən həyatımı
alim kimi yox, şair kimi başlamışam - dedi. Alim sonralar
oldum.
Ədəbi və elmi
yaradıcılığında, yorulmaz maarifçilik fəaliyyətində Hamlet
İsaxanlıya yeni-yeni
uğurlar diləyirəm.
Anar
Ədəbiyyat qəzeti 2024.-8 mart.-№9.-S.14