Xaliqin alqışı...
Eloğlum Aqil Abbasın
doğum gününə
-
70 yaşına ünvanlanır
Otuz il qəm
yedin... Ötdü ömür də,
Yaşadın bir ömrü odlar içində.
Yetmiş
il köç
edib getdi ömürdən,
Adın
ad qazandı adlar içində!
Həmişə bahardı həmişə
yaşıl,
Millətinə sevgin, torpağa sevgin.
Qanın
damarından fışqırıb
daşır,
Sevgini əməllə təsdiq
eylədin!
Haqdan doğulmusan, haqqın səsisən,
Otuz il hay saldın,
vətənim dedin.
Sən yurdun od
sevər pərvanəsisən,
Şəhidə, - ölməzim, - bitənim
dedin!
Eşqini-sevgini xalqına verdin,
Vətən sənə övlad
- balamsan dedi.
"Vətən sənə oğul dedi", - nə dərdin,
Ellərin arxasan, qalasan dedi!
Gözündən boylanar bir nur haləsi,
Üzeyir məşəlin əldə
tutansan.
Boyatdan Turana yol gedir
səsin,
Qələmi qılınctək əldə
tutarsan!
Qarabağ deməkdən dilin
qabardı,
Torpaq azad oldu - getdin,
oynadın...
Sevinc vulkanıyla köksün qabardı,
Oynadığın rəqsin "vətəndi"
adı!
Dilinin duası - allah
qorusun,
Torpağın imanlı bir övladısan.
Sənə "qulp" qoyanın
dili qurusun,
Tanrının sevdiyi ovliyasısan!
"Yüzümüz bir Sabir deyilik hələ",
Söylədi ustadım - Məmməd Arazım.
Min biri, bir Aqil
olmayan belə,
Aqilə
daş atar... Nədir murazı?!
Sərraflar gözündə bir
zər-incisən,
Xoş niyyət,
saf dilək qanında çağlar.
Haraya yetməkdə lap birincisən,
Dünyanın dərdləri - gözündə
ağlar!
Bir vətən sevgisi düşüb püşkünə,
Sənət aləminin barlı bağısan.
Bağrının başından alov
püskürər,
Yurdumun yeriyən, yanar dağısan!
...Bayatım hər zaman dahilər doğub,
Müdriklik simvolu - Baba Qorqudum!
Xaliqin alqışı bu yurda yağıb,
Aqildi, -
elimin, - baba Qorqudu!!!
Salam deyin əsgərlərə...
Əsgər olmaq arzulu
övladlarımıza
Vətən üçün, torpaq
üçün,
Çəmən üçün, irmaq
üçün,
Qarabağı almaq üçün
Köksün oda verənlərə
-
Salam verin əsgərlərə,
Əsgərlərə salam
verin.
Yol üstündə nəfəs
dərin,
Sinənizdən bir səs dərin,
Ovqat açan söz göndərin,
Cəsurlara, ərənlərə -
Salam verin əsgərlərə,
Əsgərlərə salam
verin.
Xoş salamla şən dindirin,
Könül açın-əyləndirin,
Görən kimi sevindirin,
Döşün önə gərənlərə
-
Salam verin əsgərlərə,
Əsgərlərə salam
verin.
Bir salamdan heç qalmayın,
Azaltmayın salam payın,
Dönə-dönə salamlayın,
Sizi yolda görənlərə
-
Salam verin əsgərlərə,
Əsgərlərə salam
verin.
Nolar əsgər tanış
deyil?
Ürək görüş, danış
deyir!
Qayna deyir, qarış deyir!
Hay gözünə girənlərə
-
Salam verin əsgərlərə,
Əsgərlərə salam
verin.
Sizi duyan əsgər gülər,
Sizə
əsgər olmaq dilər...
Torpağını canı bilər,
Səngər ömrü sürənlərə
-
Salam verin əsgərlərə,
Əsgərlərə salam
verin.
Əsgər gedər, keçər
yeyin,
Əl qaldırın,
əl eyləyin.
Əhsən deyin, alqış
deyin,
Od-alovu görənlərə
-
Salam verin əsgərlərə,
Əsgərlərə salam
verin.
Yurd eşqinə yanar onlar,
Millətini anar onlar.
Torpağına donar onlar,
Od qoyarlar gəlmələrə
-
Salam verin əsgərlərə,
Əsgərlərə salam
verin.
Yurda oğul olar əsgər
Göyçəmizi alar əsgər,
Zəfər zəngin çalar əsgər.
Düşmən bağrı dələnlərə
-
Salam verin əsgərlərə,
Əsgərlərə salam
verin.
Dildə
şirin ülfət olsun,
Ürəklərə sevinc dolsun,
Bu təzə bir adət olsun:
Qələbəni dərənlərə -
Salam verin əsgərlərə,
Əsgərlərə salam verin.
Nazim
Ədəbiyyat qəzeti 2024.-8 mart,№9.- S.29