Böyük şəxsiyyət
Ulu öndər Heydər Əliyevin
əziz xatirəsinə ithaf olunur
Səsində bir
əzəmət,
Adında vardı xeyir.
Bu doğma Azərbaycan,
Ulumuz - Heydər deyir!
O, hökmüylə, əqliylə
Xarüqələr yaratdı,
Azərbaycan adını
Yer üzünə
tanıtdı!
Tarix təkrarlanacaq,
Tarix varaqlanacaq,
Heydər tarixə
dönüb
Yenidən doğulacaq!
Tükənməyən, çağlayan,
Bir çeşmədi, bulaqdı.
O, xalqın varlığına
İşıq selitək axdı.
Olum-ölüm anında,
Dayaq durdu xalq ona.
O da verdi ömrünü,
Əbədilik xalqına.
Adında var
bir qürur,
Zəhmətində var hünər,
Bu millət fəxr
eləyir
Adınla, ulu
Heydər!
Ali Baş
Komandanım
Dildə əzbər
dastan oldun,
Xalqın sənə, sən xalqına.
Güvən oldun,
dayaq oldun,
Ali Baş Komandanım!
Kitablara sığmayacaq
Ər-igidlik dastanısan!
Tarixlərə tarix
yazan
Ulu Öndər imzasısan!
Zəfər sənə
çox yaraşır,
Sən zəfəri
yaratmısan!
Yadda qalır hər addımın,
Ali Baş Komandanım!
Mümkünsüzü mümkün edən,
Möcüzələr yaratdın sən!
Şuşa, Ağdam,
Laçın deyib,
Zəngəzura yl aldın sən...
Xalqının sən
güvən yeri,
İnancısan, inamısan,
Ali Baş Komandanım!
Təsəlli
Oturub özümlə
üz-üzə hərdən,
İttiham edirəm,
söhbət edirəm...
Günahkar çıxarıb
özümü hərdən,
Özümə ən
ağır cəza verirəm....
Qeyb olan ayların, ötən illərin
Ağrısı gözümün yaşından
çıxır.
Köksümdən ucalıb, dağa çevrilən
Qəm-kədər qəlbimin başından çıxır.
Soyuqlu-şaxtalı xəzan ömrümü
Qızdıran qəlbimin oduymuş, demə.
Aldandım, sınandım
hər addımbaşı,
Təsəllim vicdanın
adıymış, demə...
Bu sevgi nəğmətək
alıb könlümü,
Oxşayır ruhumu hər axşam-səhər.
Məni yaşadacaq
sevgi xəyalım,
Mən səni
gizlicə sevdiyim qədər...
Xoşbəxt yaşamağa
öyrəşməmişəm,
Mənim gözlərimdə yaş
olsun gərək.
Ağrıya-acıya güc gəlim deyə,
Ürəyin yerində daş olsun gərək.
Darıxıram
Anama ithaf
Sakit, zülmət gecədir...
xəyalınla dayanmışam
üz-üzə -
yoxluğunun həsrətiylə
göz-gözə...
Qulağıma
aram-aram səsin gəlir,
Gözlərimin sükut
adlı
göz yaşları dağıldıqca
yanağıma
Barmaqların sığal çəkir
saçlarıma.
Susum deyə,
Toxunursan dodağıma...
Sığınıram xəyalına,
unuduram yoxluğunu...
Həsrətinə dözəcəyəm, ay ana,
Yollarına baxa-baxa
ürəyimi üzəcəyəm, ay ana!
Ürəyimin düz
başına
Göz yaşımdan
mirvarilər düzəcəyəm, ay ana!..
Anama...
Həsrətini çəkdiyim,
Heç vaxt
unudulmadın...
O illərin, günlərin
acısına alışdım!
"Xala" çağrılanda
da,
"Ana" adlananda da
Yenə səni
aradım
Həsrətini çəkdiyim,
heç vaxt unudulmadın,
heç vaxt unudulmadın...
Unutdun
Sənə şeir
yazıram,
sevgidən yox,
şikayətdən yazıram...
Baxışımla alışan,
gözlərində danışan
məhəbbəti unutdun...
Nə sevgini
unutdun,
nə nifrəti unutdun.
Ürəyim dəlmə-deşik,
sanki savaşdan keçib.
Xəyalın fikir
kimi
dolanıb başdan keçir...
Azərbaycan,
elim mənim!..
Yaşayırsan qəlbimizdə
Ürəklərdə, dilimizdə,
Sən Heydərin
ölkəsisən,
Azərbaycan, elim
mənim!
Dalğalanan bayrağında
Xəzərlə
hey qucaqlaşır.
Yadda qalır, hər əməlin
Azərbaycan, elim
mənim!
Candan əziz bir nemətsən
Millətinə çox
gərəksən!
Heydərinlə öyünmüsən.
Azərbaycan, elim
mənim!
Zirvələrdə gəzir adın,
Səni qoruyan
xalqın var!
Mehribanın, İlhamın
var,
Azərbaycan, elim
mənim!
Vətən, millət
qeyrətini
Öz qəlbində çəkən
oldun.
Ümidsiz qalan xalqına.
Bir məşəltək
yanan oldun!
Candan əziz bir nemətsən,
Millətinə çox
gərəksən!
Heydərinlə öyünmüsən,
Azərbaycan, elim
mənim!
Payız depressiyası...
Zamansız bahar
kimi
qışa-borana düşdüm.
Ömrüm nağıla
döndü
dilə-ağıza düşdüm.
Həyat mənə
dərs verdi...
Sınaqlarla yaşadım.
Xəyallarda uyudum
gerçəklikdə alışdım.
Ömrün baharı
gedib
payızında qalmışam...
yaşamaq olmayıb ki,
elə çabalamışam!
Dürüstlük amalımla,
əqidə saflığımla,
neçə-neçə adama,
gizli düşman olmuşam.
Təəssüf dolu
dünəndən
özümə dərs almadım
imanımdan, dinimdəm
çox unutqan olmuşam....
***
Ayağa qalx,
Türk dünyası,
Birləşək bir
yumruq olaq!
Türklük özü
şərəf-şandır,
Adımızı uca
tutaq!
Yıxılan ağlamaz...
"Yıxılan ağlamaz"
deyib atalar,
ürək çat veribdi, ağlamıram ki.
Hamar yollarıma daşlar düzənlər,
toza çevrildilər, anlamadım
ki...
Ağrılar-acılar hədiyyəm olub,
hər kəsə beləsi qismət olmaz ki.
Nifrətim, Sevgim
də sonsuz olubdu,
Hər kəsdə iradə, məqsəd olmaz ki.
Yuxusuz gecələr
şahidim olub,
Tanrima etdyim dualarımla.
Dil nəyə vərdiş edibsə odur,
sonradan dediyi vərdiş olmaz ki...
Şuşa
30 illik həsrəti
bitibdi Qarabağın.
Tarix yazdı əsgərim,
Ali Baş Komandanım!
Taxılıbdı Şuşaya
üçrəngli al bayrağım!
Dastana çevrilibdi
yenə də Qarabağım!
Səslənir Şuşamızda
Şerimiz, muğamımız...
Dünyaya səs
salıbdı
Azərbaycan adımız!
Gülşən
Behbud
Ədəbiyyat qəzeti 2024.-8 mart,№9.-S.19