Tükənməz yalanlar hadisəsi

 

"Yeni Müsavat" qəzetinə, "Ədəbiyyat qəzeti"nə,"525-ci qəzet

 

Bir müddət bundan əvvəl mənim Ermənistanla münasibətlərimiz barədə teleaparıcı Tofiq Abbasovla geniş söhbətim "Youtube"də yerləşdirildi. Qarabağın tarixindən, XIX əsrdə ermənilərin bura köçürülməsindən bəhs etdiyim söhbətdə erməni xalqına qarşı heç bir təhqiramiz söz işlətməmişdim.

Azərbaycanla Türkiyəylə normal münasibətlər qurmağın, ilk növbədə, Ermənistanın xeyrinə olacağını söyləmişdim.

Amma türklərə, azərbaycanlılara, o sıradan, Rəsul Rzaya mənə qarşı pataloji nifrət bəsləyən bir sıra erməni yazarları atam mənim barəmdə ən iyrənc böhtanları yalanları yayımladılar.

Bu gün (3 may 2024) "Yeni Müsavat" qəzetində peşəkar anarafobun köşə yazısını oxuyanda ailəmizə daşnak münasibətilə bu köşə yazanının həmrəyliyinə, əqidə yaxınlığına təəccüb qalmadım.

İllər boyu bu ikinci qədim peşə sahibi haqqımızda ancaq yalan ifraz etməklə məşğuldur. Bir iftirasını konkret faktlarla ifşa edirsən, heç üstünü vurmadan yenisini uydurur. Hər yalanı da Türkiyə manısının adına uyğun bir "böhtan hadisəsi" olur. "Manıs" demişkən, bu zatın Rəsul Rzaya mənə nifrətini ancaq erməni manısı Kim Kardaşyanın türklərə nifrətiylə tutuşdurmaq olar.

Yazır ki, axır vaxtlar mənim yazılarımı oxumur. Bu da yalandır. Hər cümləmi, hər çıxışımı pusur ipini çəkməyəndə açır gül ağzını.

"Hadisə kimi dissident" kimi andərəbadi adı olan yazısında bəyan edir:

"Nəsə, qayıdaq, Anar müəllimin son məqaləsinə".

Qayıda bilməyəcək, çünki mənim bu adda məqaləm yoxdur. "Yaşamaq haqqı" adlı kitabım var. Bu kitabda görkəmli tarixçi Nəsiman Yaqublu ara qeybətlərinə deyil, real faktlara tarixi sənədlərə əsaslanaraq, Azərbaycanda dissident hərəkatını təhlil edir. Qəzetlər həmin parçanı verib. Bu parçada bir yerdə belə mən köşə yazanının uydurduğu kimi Rəsul Rzanın adını dissident kimi çəkməmişəm. Ümumiyyətlə, atamın adını çəkməmişəm. Rəsul Rzanın adı bu yazıda yalnız Nəsiman Yaqublunun mətnində keçir. Nəsiman yazır:

"Safruh Atalı (Əliyev Elman Ağa oğlu) adlı dissident 1970-ci illərdə şair Rəsul Rzanın millətçi şeirlərinə əsərlərinə ciddi diqqət yetirib. Xüsusən, onun "Qızılgül olmayaydı" "Yer oğlu" dissident poemaları yeni düşüncəli insanlara ciddi təsir etmişdi. Hətta həmin dövrdə R.Rzanın millətçi əsərlərini müdafiə edən bir ziyalılar qrupu da formalaşmışdı".

Nəsiman Yaqublu Rəsul Rzanın Baş redaktorluğu ilə çıxan ilk Azərbaycan Ensiklopediyası haqqında da geniş məlumat verir. Bu ensiklopediya ilə sonralar nəşr olunan ensiklopediya arasında müqayisələr apararaq birincinin milli ruhunu, ikincidə bu ruhun yoxa çıxmasını əyani misallarla göstərir, birinci ensiklopediyaya Ermənistan Elmlər Akademiyasının etiraz məktubu göndərməsini qeyd edir.

Bu mətnlərdə Anarın Rəsul Rzanı dissident adlandırması hardadır? - Heç yerdə. Ancaq köşə yazarının növbəti iftirasında. Bu tipik faşist metodudur. Hebbelsin belə yazanlara məşhur tövsiyəsi var: Mümkün qədər çox yalan deyin, axırda kimisə inandıracaqsınız.

Rəsul Rzanın tutduğu vəzifələri, aldığı mükafatları adları danos dəftərində sadalayan köşə yazanı həmfikri Sero Xanzadyanın Moskvaya, Sov.İKP MK-ya, SSRİ KQB-sinə göndərdiyi danoslarda Rəsul Rzanı qatı millətçi, Lenin milli siyasətinə düşmən, xunveybin adlandırırdı. Köşə yazanımızın yalançılıq təbi quruyanda gələcək mətnlərində bu ifadələrdən istifadə edə bilər.

Mən Rəsul Rzaya qarşı erməni təxribatlarını konyuktur dəb xatirinə gətirmirəm. Əbəs yerə gətirmirəm, vaxtilə bir erməni qadın yazıçı "Rəsul Rzanı Anarı özününkülərin əliylə vuracayıq" demişdi. Sözü düz çıxmadı. Bizi "vuranlar" - "özümüzünkülərdən" deyil, erməni maraqlarına züy tutanlardur.

Bir neçə kəlmə Azərbaycanda dissidentlik haqda.

Ulu öndər dəfələrlə qeyd etmişdi ki, Bəxtiyar Vahabzadə, Xəlil Rza, Maqsud Rüstəm İbrahimbəyovlar, Anar əsl dissident idilər. Amma biz onları dissident elan etməyə imkan vermədik.

Bir son söz: Həmin bu "Yeni Müsavat" qəzeti onun həmin bu köşə yazanı 25-30 il bundan qabaq yazdıqlarına görə hədəfə aldıqları adamlardan üzr istəyiblərmi, ya heç olmasa, "o vaxt belə düşünürdük, indi belə düşünürük" deyiblərmi? - Yox! Elə bilirlər ki, hamının yaddaşı korşalıb, hər şey unudulub gedib.

Qəzetlər durur axı...

 

Hörmətlə,  Anar Rəsuloğlu

 

3 may 2024

 

ANAR

 

Ədəbiyyat qəzeti.- 2024.- 4 may, №16.- S.5.