Yazıçı-dramaturq Hüseynbala Mirələmova Türkiyənin ASES təşkilatının xüsusi mükafatı təqdim edilib

 

Mayın 2-də Bakıda Atatürk Mərkəzində  Türkiyənin  Egetim Bilim Çalışmaları Akademiyasının (ASES) Kongre Orqanisyon Yayınçılıq  təşkilatının yazıçı-dramaturq Hüseynbala MirələmovaBilim türk dünyasına katkı dəstəklərinəgörə xüsusi mükafatının təqdimat mərasimi keçirildi.

Təqdimat mərasimində  Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru , Əməkdar  elm xadimi AMEA-nın həqiqi üzvü  professor Nizami Cəfərov, Milli Məclisin deputatı, ”Azərbaycanqəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, filologiya elmləri doktoru, professor Minaxanım Təkləli, filologiya elmləri doktoru, professor İslam Qəribli, Türkiyədən gələn qonaqlardan  professor, doktorlar  Çengiz Şahin, Mustafa Talas, Lokman Zor, ASES-in prezidenti Taner Əli Söyləməz digər şəxslər iştirak edirdilər.

Təqdimat mərasimini ADPU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, “Türk odasıTürk araşdırmaları  elmi-tədqiqat mərkəzinin rəhbəri, filologiya elmləri doktoru, professor  Elman Quliyev açaraq bildirdi ki, Azərbaycanda kifayət qədər yaxşı tanınan  yazıçı-dramaturq Hüseynbala Mirələmovun ədəbi  yaradıcılığı qardaş Türkiyədə sevilə-sevilə izlənir. Yazıçının  bir neçə əsəri artıq türk oxucuları tərəfindən sevilə-sevilə oxunur yüksək dəyərləndirilir.

Natiq Hüseynbala Mirələmovun ədəbi fəaliyyəti haqqında geniş məlumat verərkən bidlirdi ki, yazıçının son illərdə nəşr olunanYurda fəda üç paşaseriyasında olan  Ənvər paşaəsəri ötən il  Türkiyə türkcəsində işıq üzü görüb   qardaş ölkədə geniş yayılıb.  Bu ilin mart ayında isə yazıçı Hüseynbala Mirələmovun Türkiyənin bir neçə şəhərində oxucularla maraqlı yaddaqalan görüşləri keçirilib. 

Toplantıda çıxış edən professor Nizami Cəfərov, Milli Məslisin deputatı Bəxtiyar Sadıqov, professorlar  İslam Qəribli, Minaxanım Təkləli türkiyəli qonaqlar yazıçının ədəbi yaradıcılığı, elmi- siyasi ictimai fəaliyyəti haqqında söhbət açaraq bildirdilər ki, Hüseynbala Mirələmov ədəbi-siyasi yaradıcılığı  ilə TürkiyəAzərbaycan dostluğunun möhkəmlənməsinə,  bu iki dövlətin xalqlarını birləşdirən ortaq dəyərlərin təbliğ olunmasına  çox  qiymətli töhfələr verib. Bu gün Türkiyənin ASES təşkilatının Hüseynbala Mirələmova təqdim etdiyi bu mükafat  onun bu sahədəki  ədəbi fəaliyyətinə verilən yüksək qiymətdir.

Sonra Türkiyəli qonaq ASES-un prezidenti Taner Əli Söyləməz mükafatı yazıçı dramaturq Hüseynbala Mirələmova təqdim etdi. Təbrik çıxışında yazıçıya yaradıcılığında yeni uğurlar arzulayan Taner Əli Söyləməz əmin olduğunu bildirdi ki, Hüseynbala Mirələmov ərsəyə gətirəcəyi növbəti əsərləri ilə ortaq tariximizin bir çox qaranlıq məqamlarına da işıq salmaqla iki dövlət, bir millət arasında  qardaşlıq münasibətlərinin yeni səviyyəyə qalxmasına dəyərli töhfələr verəcək.

Mərasimin sonunda çıxış edən yazıçı-dramaturq Hüseynbala Mirələmov tədbirdə iştirak edənlərə, onun uğurlarına sevinənlərə yüksək dəyər verənlərə minnətdarlıq edərək bildirdi ki, türk qardaşlarının ona təqdim etdikləri bu mükafat onu daha böyük həvəslə işləməyə əsərlər yazmağa sövq edir.

 

Ədəbiyyat qəzeti. - 2024. - 4 may, ¹ 16. - S. 17.