Bakı Forumunun iştirakçıları
Xalq rəssamı Sakit Məmmədovun emalatxanasında olublar
Azərbaycan
tarixən mədəniyyətlərin
kəsişməsi məkanı
olub. Müxtəlif etnik qrupların və dinlərin nümayəndələri burada
bir ailə kimi yaşayırlar. Çoxmədəniyyətli və
etnik cəhətdən
rəngarəng Azərbaycan
cəmiyyəti uzun əsrlərboyu tolerantlıq,
qarşılıqlı hörmət,
dostluq və tərəfdaşlıq kimi
yüksək dəyərləri
qoruyub saxlaya bilib. Azərbaycan bütün dünyada özünün zəngin
mədəni irsi ilə tanınır.
Bakı Forumu çərçivəsində
BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinos və TÜRKSOY-un Baş katibi Sultan Rayev dünyaşöhrətli
rəssam, müxtəlif
ölkələrin dövlət
orden və medallarının kavaleri, Azərbaycanın Xalq rəssamı, UNESCO Rəssamlar
Birliyinin və Ümumdünya Rəssamlıq
Akademiyasının üzvü,
professor Sakit Məmmədovun emalatxanasında
olublar.
Sakit
Məmmədovun rəsmləri
bütün dünyada
öz incəliyi ilə tanınır. Belə bir deyim var ki, rəssam ilham alan deyil,
ilham verəndir. Fəxri qonaqlar müxtəlif ölkələrin
və xalqların qadınlarının milli obrazlarını
əks etdirən “On dörd gözəl” silsilə rəsmləri ilə tanış olublar. Onlar qədim türk sərkərdəsinə və
hökmdarına həsr
olunmuş “Tomris” tablosuna da böyük maraqla baxıblar.
Qədim Azərbaycan
torpağı olan Qarabağın tarixindən
və mədəniyyətindən
bəhs edən əzəmətli tablo - “Qarabağnamə” öz miqyası ilə qonaqları heyran edib. BMT-nin Sivilizasiyalar
Alyansının Ali nümayəndəsi
Migel Anxel Moratinos Forumda iştirak etməkdən, həmçinin Sakit Məmmədovla görüşməkdən
çox şad olduğunu bildirib. O deyib: “Mən sizin opalizm tərzinizi,
həmçinin ilham verən ispan gözəlliyini tərənnüm
etməyinizi çox bəyəndim. Bu, mənim
ürəyimi isitdi. Dünyada sizin kimi gözəl sənətkarlar azdır”.
Azərbaycan xalqının
qonaqpərvərliyi çoxdan
fəxri qəbul ənənəsi ilə məşhurdur. Sakit Məmmədov uzun illər yaradıcılıq
fəaliyyətindən, tanınmış
dövlət xadimləri,
o cümlədən Böyük
Britaniya və Şimali İrlandiya Kraliçası II Elizabet və
onun həyat yoldaşı Edinburq hersoqu, habelə dünyaşöhrətli mədəniyyət
xadimləri, elm və
siyasət xadimləri
ilə görüşlərindən
danışıb.
Görüşün sonunda Sakit Məmmədov Migel Anxel Moratinosa
özünün “Ovsunlayan
Azərbaycan” əsərini
hədiyyə edib. Dünya şöhrəti
qazanmış həmyerlimizin
yaradıcılığından ruhlanan qonaq emalatxanadan ayrılarkən
deyib: “Sizinlə görüşməyimə çox
şadam, işinizə,
istedadınıza və
insanlığınıza heyranam.
Yaşayın, yaradın
və bizi sevindirin, mən sizinlə fəxr edirəm və “Ovsunlayan Azərbaycan” tablosunu mütləq Birləşmiş Millətlər
Təşkilatında sərgiləyəcəyəm”.
Ədəbiyyat qəzeti. - 2024. - 4 may, ¹ 16. - S. 25.