Kətənin yumşaq hissəsi
"Yaradılanı
sev
Yaradandan ötəri"
Yunus
Əmrə
Bu yaxınlarda Ermənistanda yaşayan, ömrünün böyük
qismini Bakıda keçirən 92 yaşlı
erməni qadının
BBC TV-yə verdiyi müsahibəni diqqətlə
izlədim. Müsahibədə
Bakıda yaşadığı
illəri xatırlayan
qadın maraqlı bir hadisə danışdı. Onun bildirdiyinə görə,
azərbaycanlılarla ermənilər
arasında mehriban münasibətlərin hökm
sürdüyü sovet
hakimiyyəti illərində
xəstələnmiş, Bakı
xəstəxanalarının birində müalicə alırmış. Palata yoldaşlarından olan bir azərbaycanlı qadın yaxınlarının
gətirdiyi kətənin
bərk hissəsini - qırağını özü
yeyir, yumşaq hissəsini - ortasını
erməniyə verirmiş.
Erməni qadını
izah etdi ki, onun vəziyyətinin daha ağır olduğu və kətənin bərk hissəsini dişinin kəsməyəcəyini nəzərə
alan azərbaycanlı
xanım belə edirmiş...
Həcmcə kiçik,
mənaca böyük
bir həqiqəti əks etdirən bu xatirə Azərbaycan xalqının
nəcib xüsusiyyətlərindən,
ən ağır anlarında belə, son tikəsini bir neçə günlük
yol yoldaşı ilə paylaşmaq qabiliyyətindən, özgə-öz
ayırımı etməməsindən,
insanı milli mənsubiyyətinə
görə yox, sadəcə, şəxs olduğu üçün
sevmək üstünlüyündən
xəbər verirdi. Tarixə nəzər salsaq, məhz bu bəşəri duyğular bütün türk xalqları kimi, Azərbaycan insanının da ən böyük məziyyəti
olmuş, yüksəlişinə,
dünyada böyük
imperatorluqlar qura bilməsinə yol açmışdır. Faktlar
sübut edir ki, insanlığa bu cür yüksək əxlaqi dəyərlərlə
yanaşmayan, hər kəsə sevgi qucağı açmayan xalqlar böyük dövlətlər qura bilməzlər. Bir zamanlar
bilinən dünyanın
az qala, yarısını fəth
edən babalarımız
məhz bu keyfiyyətləri ilə zəmanələrinə yeni düzən
gətirmiş, böyük
mədəniyyətlərin yaranmasında, sülhün
bərqərar olmasında
mühüm rol oynamışdır. Çindən
Avropaya qədər uzanan İpək yolu vasitəsilə müasir Qərbə indiki mədəniyyətinin
ilk rüşeymlərini daşıyan
türkün bu genişürəkliliyi, son tikəsini
başqaları ilə
paylaşması, özgələrin
yüksək keyfiyyətini
yaşatmaq və yaymaq qabiliyyəti olmuşdur.
Digər imperiyalardan
fərqli olaraq, türk xalqlarının qurduğu dövlətlər
yalnız başqalarını
özününküləşdirməmiş,
əksinə, onların
mütərəqqi dəyərlərini
mənimsəyərək özünü
və insanlığı
böyütmüşdür. Təsadüfi deyil ki, Elxanilər dövlətinin
ən güclü hökmdarı Qazan xan idarə etdiyi coğrafiyaya mənsub olduğu xalqın mənəvi dəyərlərini zorla qəbul etdirmək yoluyla getməmiş, əksinə, o dövrün
mütərəqqi ideyası
olan İslam dinini - müsəlman sivilizasiyasını
qəbul etmişdir. Halbuki onun öz
dəyərlərini özgələrinə
zorla qəbul etdirmək şansı vardı. Yaxud uzun illər indiki Hindistana, Pakistana, Əfqanıstana və Banqladeşə rəhbərlik edən
Babur Şahın mədəniyyətlərin
sinerjisini yaratmaq üçün induizmlə
müsəlmanlığı birləşdirmək səyləri
tarixin yaddaşına
həkk olunub. Bu gün belə, bir çox dünya dövlətlərinin
"mədəniyyətlərin çarpışması" ideyasını
yaymaq istəməsinə,
fərqli düşüncələr
arasında müharibələr
çıxarmağa çalışmasına
baxmayaraq, türk xalqlarının hələ
orta əsrlərdə
mədəniyyətlərin dialoqunu qurmaq təşəbbüsləri böyük
məziyyətin göstəricisidir
Babur Şahın,
Qazan xanın bu geniş təfəkkürü
ilə Bakı xəstəxanasındakı azərbaycanlı
qadının öz kətəsini erməni ilə bölüşməsi
eyni duyğulardan nəşət tapmışdır.
Atalar demişkən, kəramət gücə bağlı olduğu kimi, hər kəsin gücü çatdığı qədər
ali dəyərləri
yaymaq imkanının olduğunu nəzərə
alsaq, Bakı xəstəxanasındakı qadının
erməni ilə bölüşdüyü kətənin
dəyəri Qazan xanın özgə dinini qəbul etməsi arasında heç bir fərq olmadığını
anlaya bilərik. Şəxsən, mənim
nəzərimcə, bu
iki hadisə İlahi Ədalət tərəzisində eyni çəkiyə malikdir.
Ən azı, o səbəbdən ki, hər
iki əməl böyük türk şairi Yunus Əmrənin dediyi: "Yaradılanı sev Yaradandan ötəri" prinsipindən irəli gəlir.
Nə yazıq
ki, bu genişürəkliliyimiz
qonşularımızın xəbis liderləri tərəfindən düzgün
qiymətləndirilməmiş, xalqımız böyük
xəyanətlərə uğramış,
nəticədə, yüzillər
boyu ərsəyə gətirdiyimiz millətlərarası
əmin-amanlıq pozulmuş,
böyük qanların
tökülməsinə, mədəni
və iqtisadi tənəzzüllərə yol
açılmışdır.
Sirr deyil ki, ötən əsrdə planetimizi qana bələyən iki dünya müharibəsi türk hegemoniyasının
zəifləməsinin və
sənaye inqilabından
sonra güclənən
müasir imperializmin dünyanı yenidən bölüşdürmək istəyinin
nəticəsidir. Halbuki
türk xaqanlıqlarının
uzun əsrlər boyu dünyaya bəxş etdiyi əmin-amanlıq, sülh
şəraiti Qərblə
Şərq arasında
mədəni-iqtisadi inteqrasiyanı
təşviq etmiş,
mədəniyyətlər arasında
yaranan qarşılıqlı
əlaqələr bəşəriyyətə,
xüsusilə də,
Avropaya böyük intibah gətirmişdir. Qərb alimləri də etiraf edirlər ki, indiki uğurlarının böyük
qisminə görə
türk xalqlarının
Çindən Avropaya
daşıdığı barıt,
kağız, mətbəə
texnologiyası və kompas kimi 4 mühüm
ünsürə borcludur.
Bu 4 ünsür Avropa
elminin inkişafına,
Amerika, Afrika, Avstraliya, Asiya
kimi yeni coğrafiyaların
fəthinə gətirib
çıxarmış və
Qərb ölkələrini
dünyanın aparıcı
gücünə çevirmişdir.
Əvəzində, bizim
qazandığımız əsarət,
qanlı işğallar,
əzəli torpaqlarımızdan
tamamilə sürgün
edilmək və s. kimi fəlakətlərlə
üzləşmək olmuşdur.
Artıq 200 ildən
çoxdur ki, müasir
imperializminin bizlərə
qarşı istifadə
etdiyi əsas silahlardan biri də erməni etnik separatizmidir. Erməni kartından təkcə Azərbaycana qarşı yox, eyni şəkildə indiki Gürcüstan, Cənub-Qərbi Rusiya, Suriya kimi ölkələrlə
yanaşı, bu coğrafiyalarda hökm sürən tarixi dövlətlər, o cümlədən,
Qacar və Osmanlı imperiyaları əleyhinə də istifadə olunmuşdur.
Əslində bu gün üzləşdiyimiz
erməni probleminin kökü də məhz İran və Türkiyə coğrafiyalarında
yürüdülən etnik
separatizm siyasətindən
qaynaqlanmaqdadır. Müasir
imperializm müstəqil
dövlətçilik ənənələrinə
sahib həmin ərazilərdə
separatizm siyasətlərini
həyata keçirə
bilmək üçün
əsarət altına
aldıqları türk
torpaqlarına erməniləri
köçürmüş və İrəvan xanlığından tutmuş,
Bakı, Şamaxı,
Qarabağ, Naxçıvan,
Lənkəran və başqa tarixi ərazilərimizə qədər
bütün Azərbaycan
torpaqlarına yaymağa
çalışmışlar. Ermənilər öz havadarlarının yardımıyla
uydurduqları yalançı
"Böyük Ermənistan"
ideologiyası sayəsində
XIX əsrdən indiyədək
bu coğrafiyalarda böyük qanlar axıdılmış, insanlar
yerindən-yurdundan didərgin
salınmışdır. Təkcə
20-ci yüzillikdə Azərbaycan
xalqı dörd böyük köç hadisəsi - ellikcə sürgün faciəsi ilə üzləşmişdir:
1905-1907-ci illər;
1918-1920-ci illər;
1948-1953-cü illər;
1988-1992-ci illər
deportasiyaları...
Kiçik aralıqlarla,
100 il boyu davam edən bu sürgün
siyasətləri nəticəsində
əzəli torpaqlarımız
tamamilə boşaldılmış,
erməniləşdirilmişdir.
Müasir imperializmin
əlində silaha çevrilən qonşularımız
(əslində qonaqlarımız)
himayədarlarından aldıqları
dəstəklə özgə
torpaqlarında məskunlaşmaqla
qalmamış, tarixdə
nadir görülən vəhşiliklərə
də imza atmışlar. Bu vəhşiliklər
sayəsində bir zamanlar mədəniyyətlərin
sintezini qurduğumuz və adına "milləti-sadiqə" deyərək
süfrəmizin başında
oturtduğumuz ermənilərin
əlinə keçən
coğrafiyalarda müxtəlif
imperialist qüvvələrin dəstəyi ilə monoetnik dövlət quruculuğuna start verilmişdir.
Bunun ən bariz örnəyi Bakıda xəstə azərbaycanlı qadının
kətəsinin yumşaq
yerini yeyən bir şəxsin mənsub olduğu xalqın qədim İrəvan xanlığı
ərazilərində qurduğu
Ermənistan adlanan dövlətdir; təbii
ki, indi əgər adına dövlət deyə biliriksə.
Sirr deyil ki, erməni vandalizmi təkcə o coğrafiyanın
əsl sahibi olan Azərbaycan insanına qarşı yönəlməmiş, digər
etnik qrupları və xalqları da hədəfə almışdır.
Ermənistan dövlətinin
əsl qurucusu olan ruslar belə,
bu vəhşiliyin nəticəsində həmin
əraziləri tərk
etməyə məcbur
olmuşlar. Nəticədə,
on milyonlarla insanın
şad-xürrəm yaşayacağı
geniş coğrafiya bir şəhərin kiçik məhəlləsinə
yetəcək qədər
azsaylı əhalinin əlində iqtisadi və mədəni inkişafa tamarzı hala düşmüşdür.
Beləliklə, son hadisələri
də nəzərə
almaqla, deyə bilərik ki, ermənilər
bölgənin iqtisadi-coğrafi
potensialından yetərincə
faydalanılmadığı kimi, qonşu dövlətlərin beynəlxalq
layihələrindən belə
yararlanmaq imkanı itirilmiş, obrazlı ifadə etsək, "tünd sirkənin öz qabını çatlatmaq" effekti baş vermişdir.
Mənim qələmə
aldığım "Məşhər
divanı. Yalanın
17 anı" əsəri
də əslində dünyada və coğrafiyamızda yaşanan
insanlığazidd əməllərin
kiçik epizodlarına
ani bir nəzər salmaq məqsədi daşıyır.
Kitabı kətəsinin
yumşaq hissəsini bir neçə günlük xəstəxana
yoldaşı ilə bölüşən böyükürəkli
azərbaycanlı xanımın
və erməni separatizminin zülmünə
məruz qalan, yurdundan-yuvasından didərgin
salınmış, milli mənsubiyyətindən
asılı olmayaraq, bütün insanların əziz xatirəsinə ithaf edirəm.
Sayğılarla...
Adəm İsmayıl Bakuvi