Asif Atanın
Füzulisi
Sayğılı Azər
Turan! Ürəyinizdə
Günəş olsun! Asif Atanın Azərbaycanın
klassikləri ilə bağlı yazıları
oxuculara yaxşı tanışdır. Ədəbiyyatımızda
Dədə Qorqudluq olayının (dastan örnəyində),
Nizamiliyin, Füzuliliyin,
Nəsimiliyin və b.
kimi örnəklərin
əbədilik imkanı
yaradıcılığın ulusal (xəlqi) ölçünü (səviyyəni)
təsdiq etməsi ilə şərtlənir.
Ulusal olan mahiyyətcə bəşəridir,
deməli, zamanı aşandır. Min illərdir
ki, ədəbiyyat insanın
həyata, dünyaya, təbiətə, özünə
münasibətini ifadə
edir. Burada təbii ki, yalnız "əks etdirir" anlayışını demək,
mahiyyətcə ədəbiyyatın
rolunu kiçiltmək
olardı. Ona görə
ki, ədəbiyyat təkcə
əks etdirmir. Əslində əks etdirmək onun ilkin görəvidir. Əsil ədəbiyyat zamanüstü hadisə olub, həmişə gerçəkliyi ötür,
bu səbəbdən də ifadə edir. Ədəbi əsərin yaşarılığı
həm də yaradıcının ruhunun
nə dərəcədə
güclü olması
ilə bağlıdır.
Zəif özünüifadənin
məhsulu zamanı ötə bilmədiyindən
gerçəkliyə bağlı
qalır, sabaha yol ala bilmir. Ədəbi əsərin sabahlı olması yaradıcının şəxsi
məziyyətləri ilə
sıx şəkildə
bağlıdır. Yəni
əsərin əbədi
olması həm də yaradıcının
ləyaqətli ömür
yaradıcılığı ilə bağlıdır.
Ədəbiyyatın insani missiyası yalnız gerçəkliyi əks etdirmək olsaydı, zamanında yaradılan örnəklər elə oradaca ilişib qalardı, əbədiyyət
üfüqlərinə yetə
bilməzdi. O deməkdir
ki, ədəbiyyatın işi
İnsaniliyi təsdiq
etməkdir. İnam
(Asif) Ata yazır: "Ədəbiyyat
hadisələri Mənaya
yüksəldir. Bu səbəbdən
də yaxşı ədəbiyyat mütləq
şəraiti ötür,
mühiti ötür,
yaxşı ədəbiyyat,
hətta realist ədəbiyyat
belə zamandan üstün olur. Bizdə isə yalnız bir şeyi daim təkrar edirlər ki, ədəbiyyatı zaman yetişdirir,
şərait yetişdirir,
mühit yetişdirir;
bunu elə daim təkrar edirlər və unudurlar ki, şərait, mühit, zaman - siyasət yetirir, ayrı-ayrı ictimai quruluşlar yetirir, müəyyən hadisələr yetirir, ancaq ədəbiyyatı
zaman yetirmir".
Ədəbiyyatın əks etdirmədən ötə
olan ifadəçiliyi
- dünyanın ağılda,
yaradıcı düşüncədə
mahiyyətcə yenidən
yaradılmasıdır. İnam
(Asif) Ata bu məqamı
özünəməxsus biçimdə
belə ifadə edir: "Dünyada aşiqlər olub, Məcnunu isə Füzuli yaradıb. Füzulinin yaratdığı
Məcnun Füzulininkidir.
Dünyada balaca Hamletlər çox olub, ancaq Şekspirin
yaratdığı Hamlet olmayıb
dünyada. Çoxlu balaca Qobseklər olub, ancaq Balzakın
yaratdığı Qobsek
Balzakın yaratdığı
Qobsekdir və s".
"Ədəbiyyat
- dünyanın, həyatın,
insanın mənasına
çatmaq yoludur".
Atanın bu qənaətini necə anlamalı?
Dünyanın, həyatın,
insanın mənası,
mahiyyəti gerçəkliküstü
olaydır. Ədəbiyyat
bu anlamı özünəməxsus şəkildə
- bədii təsvir və ifadə vasitələri ilə çatdırır. Şübhəsiz,
yaradıcının mövzuya
baxışı gərəkli
rol oynayır. Atanın fikrincə, bu gedişdə ədəbiyyatın yaxşı
mənada, vasitə olması onun dəyərini qətiyyən
aşağı salmır.
Dünyanın, Həyatın,
İnsanın mənası
birdir - Mütləqilik.
Mütləqilik - Əzəlilik,
Əbədilik, Sonsuzluq,
Kamillik deməkdir
Hələ 31 il öncə
Asif Ata deyirdi: "Füzulilərə
qayıtmaq vaxtıdır,
Nəsimilərə qayıtmaq
vaxtıdır. Ədəbi
ideyalar vaxtıdır".
Bəs ölçünü
necə müəyyən
etməli? İndi çoxunun
klassikaya qayıdışı,
hərfi hərfinə
anladığı kimimi
qayıtmaq? Ya bu prosesdə ədəbi yaradıcılığın
yeni, bənzərsiz özünüifadə
çalarını, xəttini
yaratmaq? Əlbəttə,
çətin məsələdir.
Əslində Atanın
sunduğu (təqdim etdiyi) ideya ipuclarını
aydınca göstərir.
Di gəl, ki, Füzuliliyə,
Nəsimiliyə qayıdış
şübhəsiz, onları
hərfi hərfinə
təkrar etmək kimi anlaşılmamalıdır.
Yaradıcılıq bənzərsizlik
olayıdır, başqasını
təkrarlamamaqdır. Deməli,
Atanın "Ədəbi
ideyalar vaxtıdır"
fikri burada mahiyyət ölçüsündə
çözüm, çıxış
yolu tapmaq üçün gözəl
imkanlardan biridir.
Poeziyada yeni deyim
tərzi, ifadə imkanlarının çoxçalarlılığı,
əruzla hecanın birliyi (əruzdakı əzəmətlə hecadakı
zərifliyi birləşdirmək),
nəsrdə məna ölçüsündə yığcamlıq,
mövzu ilə biçimin bənzərsiz
uyumunu, ifadəsini tapmaq...
Oxuculara Atanın
Füzuli ilə bağlı yazılarından
birini təqdim edirəm. Gerçəkdən
bu, Asif Atanın Füzulisidir...
Sayğıyla,
İşıqlı Atalı
Ədəbiyyat qəzeti. - 2024. - 4 may, № 4.
- S. 34.