Cahid
Camal “Xalq Əmanəti” layihəsinin
24-cü nəşrində
Xalq Bankın “Xalq Əmanəti” layihəsinin 24-cü nəşri
azərbaycanlı rəssam
Cahid Camala həsr olunub.
Azərbaycan, ingilis və rus dillərində
hazırlanmış bədii
albom Cahid Camalın həyat və yaradıcılığına,
onun irsinə işıq salır.
Mayın 3-də Bakıda
görkəmli rəssamların,
ziyalıların və
digər incəsənət
təmsilçilərinin iştirakı
ilə yeni nəşrin
təqdimatı keçirilib.
Gecədə çıxış
edənlər kitabın
zəngin mənbə
olduğunu, Azərbaycan
təsviri sənətinin
çağdaş dünyada
tanınması istiqamətində
xüsusi rol oynaycağını qeyd edib, bütövlükdə
“Xalq Əmanəti” layihəsinin milli irsin qorunması sahəsində
əhəmiyyətindən danışıblar.
Cahid Camal 1928-ci il noyabrın
15-də Qarabağ torpağında,
Ağdam rayonunun Gülablı kəndində
anadan olub. Ailələrinin Şuşada
da evi var idi. Pasport alarkən valideynlərinin razılığı
ilə Cahid özünə babasının
adını – Camal soyadını
götürür.
Belə bir məlumat da var ki, ata tərəfdən Cahidin şəcərəsi Sarıcalı
xanlarının xətti
ilə Qarabağ xanlığının əsasını
qoyan Pənahəli xana qədər uzanır.
Cahid Camalın bədii üslubu və yaradıcılığının
formalaşmasında coğrafiyanın
müstəsna rolu
var. O, Azərbaycanın yalnız
şəhər mədəniyyətini
deyil, kənd mühitini də göstərməyi bacarıb.
Azərbaycanın dili,
tarixi, əfsanə və rəvayətləri,
təbiəti, musiqisi,
memarlığı, xalq
tətbiqi sənəti,
xalı və tikmələri rəssamın
ilham mənbəyinə
çevrilib, əsərlərinin
süjet və rəng həlli, parlaq boyalara və ornamentlərə sevgisində əks olunub.
Cahid Camal Rusiyanın
Əməkdar rəssamı,
Moskva Rəssamlar İttifaqı,
Azərbaycan Rəssamlar
İttifaqı, Monqolustan
Rəssamlar İttifaqı
və Beynəlxalq Təsviri Sənət Fondunun üzvü olub. Rəssamın əsərləri Azərbaycan
İncəsənət Muzeyində
(Bakı), Q.Zanabazar
adına Təsviri İncəsənət Muzeyində,
Monqol Milli-Tarixi Muzeyində (Ulan-Bator), Dövlət
Rus Muzeyində (Sankt-Peterburq),
Dövlət Şərq
Muzeyində (Moskva), qalereya
və şəxsi kolleksiyalarda saxlanılır.
Sərgiləri hələ
sağlığında Bakı,
Moskva, Dubna, Minsk, Almatı,
Kişineu, Ulan-Bator və
Gəncədə təşkil
edilib.
Titullarından da göründüyü
kimi, rəssamın yaradıcılığı zəngin
mədəniyyətə malik üç ölkə – Azərbaycan, Rusiya və Monqolustan ilə eyni dərəcədə
bağlıdır. Onun
adı bu ölkələrin XX əsrin
ikinci yarısı və XXI əsrin birinci onilliyinin təsviri sənət tarixinə yazılıb.
Bu vaxtadək Cahid Camalın rənglərin təbiətinin
araşdırılmasına həsr edilmiş “Rəngin anatomiyası” və “Geyimdə rəng” əsərləri
nəşr olunub.
Cahid Camal şəkil
çəkməyə çox
erkən yaşlarından
həvəs göstərib,
marağı və istəyi getdikcə daha da güclənib. Buna baxmayaraq, onun rəssam olmaq arzusu valideynləri üçün gözlənilməz
olub. Lakin onun anası Gülcahan xanım oğlunun yaradıcı istedadına,
qabiliyyətinə inanır,
hətta onun uşaq ikən çəkdiyi rəsmləri
toplayırmış
1945-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirən Cahid bir il sonra
V.İ.Surikov adına Moskva Dövlət
Akademik Bədii İnstitutuna daxil olur, təhsilini “dekorçu-rəssam” ixtisası
üzrə dekorativ tətbiqi rəssamlıq sənəti bölməsində
davam etdirir. Ali təhsilini başa çatdırandan sonra
Camal Bolşoy Teatra stajçı-rəssam kimi
işə götürülür
və orada iki il ərzində
(1952-1954) peşəkar təcrübə
toplayır. Staj müddətini bitirən həmyerlimiz Mayakovskinin adını daşıyan
teatrda dekorçu-rəssam
kimi işə düzəlir.
1952-ci ildə rəssam Üzeyir Hacıbəylinin Azərbaycan
Opera və Balet Teatrında səhnəyə
qoyulacaq “Koroğlu” operası üçün
dekorasiya eskizləri də çəkir.
1958-1961-ci illərdə isə
Moskva yaxınlığındakı Elektrostal şəhərinin
Xalq Opera Teatrında
“Yevgeni Onegin”, “İolanta”
tamaşaları üzərində
çalışır.
1956-cı ildə
Cahid Camal Moskvadakı
VDNX-də (XTNS) Azərbaycan
pavilyonunun baş rəssamı olaraq tədbirlərə qatılıb.
Cahid Camal kitab qrafikası
sahəsində də
özünü əla
illüstrator-rəssam kimi
göstərməyə nail olub. O, Bakıdakı “Azərnəşr” və bir neçə Moskva nəşriyyatı (“Raduqa”,
“Proqress” və s.) üçün kitablara tərtibat verir. “Koroğlu” xalq dastanı (1956), “Molla Nəsrəddinin lətifələri”
(1959), C.İkraminin “Od
qızı” (1965), X.Qoytisolonun
“Elə həmin sözlər” (1967), Namdağın
“Həyəcanlı illər”
(1969) kitablarının bədii
tərtibatı məhz
ona məxsusdur. Özünü plakatçı-rəssam
kimi də sınayan gənc sənətkar bir neçə il “Soyuzmultfilm”də
multiplikasiyaçı-rəssam kimi də çalışıb.
Cahid Camal yaradıcılığının
böyük və ən parlaq hissəsi Monqolustanla bağlıdır və
o, bu ölkəyə
həsr olunmuş 850 əsər işləyib.
Xalqın mədəni
irsinin dərinliyini anlamağa can atan rəssam “Monqolların gizli rəvayətləri”ni
həvəslə oxuyur,
tarixi mənbələri
araşdırırdı. Cahid
Camal Monqolustanın dağlarına,
səhralarına səyahət
edir, kəndlərə,
ucqar qoyun yataqlarına baş çəkirdi.
“Monqol süitası” silsiləsində
rəssam XX əsr Monqolustanının fərqliliyindən
söz açır, həm qədim, ənənəvi, köçəri
həyatı, həm də yeni, çoxmərtəbəli
binaların inşa olunduğu şəhərləri
təsvir edir, maldar-aratların monqol çöllərindəki atlarını,
dəvələrini müasir
texnikaya, sürətli
maşınlara dəyişməsindən
bəhs edir.
Cahid Camalın Monqolustanla tanışlığı
1962-ci ilə təsadüf
edir – bu, rəssamın bioqrafiyasında
gələcək tədqiqatları
üçün bir başlanğıc nöqtəsi
idi. Sonralar onun daha bir
silsiləsi yarandı
– “Monqolustan. Qobi”
(1970).
Monqolustana aid əsərlərə Moskvada
çox maraq göstərirdilər, onlar
vaxtaşırı “Komsomolskaya pravda” və “İzvestiya” qəzetlərində,
“Oqonyok”, “Moskva”, “İnostrannaya
literatura” və başqa jurnallarda dərc olunurdu.
Cahid Camal 2011-ci il iyunun
17-də Moskvada vəfat
edib.
“Xalq Əmanəti” layihəsi
ASC “Xalq” Bankı tərəfindən 2010-cu ildən
həyata keçirilir.
Layihə Azərbaycan
xalqının mədəni
irsinin qorunub gələcək nəsillərə
ötürülməsi, mənəvi
dəyərlərinin dünyaya
tanıdılması məqsədini
daşıyır. Layihə
çərçivəsində nəşr olunan kitablar – Azərbaycan, ingilis, rus dillərində
çap olunur. Nəşrlər ölkənin
ali və orta təhsil müəssisələri, uşaq
evləri və kitabxanalar, müxtəlif fondlar, dövlət müəssisələri, xarici
ölkələrin Azərbaycanda
və Azərbaycanın
xaricdə fəaliyyət
göstərən səfirlik
və konsulluqlarına,
dünyanın böyük
muzeylərinə, kitabxanalarına,
eləcə də sənətsevərlərə hədiyyə
olunur. Bu günədək
Xalq rəssamları Böyükağa Mirzəzadə,
Maral Rəhmanzadə,
Səttar Bəhlulzadə,
Xalidə Səfərova,
Mikayıl Abdullayev, xalça
rəssamı Lətif
Kərimov, eləcə
də Ələkbər
Rzaquliyev, Tağı Tağıyev, Mahmud Tağıyev,
Vəcihə Səmədova,
Kamal Əhməd, Şamo
Abasov, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinov, şəhid-heykəltaraş Samir Kaçayevin əsərlərindən
ibarət sərgilər
təşkil edilib və bədii albomlar nəşr olunub. Xalq şairləri
Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, unudulmaz Mikayıl Müşfiqin və Hökumə Billurinin seçilmiş əsərləri, görkəmli
alim-numizmat, professor Əli
Rəcəblinin “Azərbaycan
sikkələri” kitabı,
“Aşıq ədəbiyyatı
antologiyası” üçcildliyi,
həmçinin dünyaşöhrətli
şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində
“Bütün əsərləri”
işıq üzü
görüb.
Ədəbiyyat qəzeti. - 2024. - 4 may, ¹ 16. - S. 35.