Ədəbiyyatın tarixi missiyası
Ədəbiyyatın
həyatın və cəmiyyətin yaşamını,
istək və arzularını bədii şəkildə əks etdirməsinə bütün
zamanlarda başlıca
zərurət olub. Ulu öndər Heydər Əliyevin dediyi kimi, "Milli özünüdərk,
milli oyanış, dirçəliş prosesi
xalqımıza birinci
növbədə ədəbiyyatdan
keçir... Ədəbiyyatımız
və mədəniyyətimiz
milli varlığımız
və sərvətimizdir".
Orası
da var ki,
milli sərvətimiz və varlığımız
olan ədəbiyyatımızın
yolu heç də həmişə hamar olmayıb. Bu yolu Əhməd
Cavad, Hüseyn Cavid, Mikayıl Müşfiq, Bəkir Çobanzadə, Almas İldırım kimi görkəmli sənətkarlarımızın
sürgünlə, ölümlə,
xəyal qırıqlıqları
ilə müşayiət
olunan, təəssüf
dolu həyat gerçəklikləri izləyir.
Tarixin müxtəlif dönəmlərində ədəbiyyat
müstəvisinin sağı-solu
böyük sənətkarlarımıza
qucaq açan haqsız təhdidlər uçurumuyla çevrələnib.
Böyük şairimiz
Hüseyn Cavidin təbirincə desək, ədəbiyyat sahəsində
rəqsi axsaqların təlim etdikləri zamanlar olub. Donos, qarayaxma xaosu yaşanıb, qatığa "qara"
demək çarəsizliyi
həyat gerçəkliyinə
dönüb. Amma əsas olan odur ki, xalq
iradəsinin, arzu və istəyinin ifadəçisi olan milli ədəbiyyatımız
bu repressiya sınağına qarşı
həmişə ləyaqətlə
dözüm gətirib.
Haqqın yanında olub. Millətimizin milli ruhunun davamlı
ifadəçisi kimi tarixi missiyasını ləyaqətlə yerinə
yetirib. O qorxunc illərdə xalqın qəlbində abidələşən
sənətkarlarımızın bu gün abad
küçə və
meydanlarımızda ucaldılan
abidələri ötən
əsrin 30-40-cı illərində
tüğyan edən
"Parçala, hökm
sür!" siyasətinə
acı ironiyadır.
Ulu
öndərin ədəbiyyatımızın,
ümumən, mədəniyyətimizin
inkişafına göstərdiyi
hərtərəfli diqqət
və qayğı bu gün də
dövlət səviyyəsində
uğurla davam etdirilir. Çünki ədəbiyyat xalqın qan yaddaşının, milli kimlik anlayışının
odqoruyanıdır. O, şəxsiyyəti,
vətəndaş duyğularını,
dünyagörüşünü tərbiyə edir. Həyata baxışına
yeni məna qatır; düşüncələrini
cilalayır, vətənçilik
dərsi verir. Ədəbiyyat, ilk növbədə, paklıq
sahəsidir. Mübahisəsiz
həqiqətdir ki, bizim böyük Zəfər günümüzün
qələbəyə aparan
yolu, ilk növbədə, ədəbiyyatımızdan,
onun aşıladığı
yüksək qəhrəmanlıq,
vətənpərvərlik duyğularından keçir.
Ədəbiyyat xalqın
və ilk növbədə, fərdin
özünü-özünə tanıdır, onun azadlıq, müstəqillik
düşüncələrinə xüsusi stimul verir. Çağdaş nəsil həm də N.Gəncəvinin
"İsgəndərnamə", M.S.Ordubadinin "Qılınc
və qələm",
Süleyman Rəhimovun
"Mehman", İsmayıl
Şıxlının "Dəli Kür", İlyas Əfəndiyevin
"Xurşidbanu Natəvan",
Elçinin "Baş"
əsərlərinin aşıladığı,
təbliğ etdiyi dəyərlərlə yetişib.
Səməd Vurğunun,
Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Söhrab Tahirin, X.R.Ulutürkün, Məmməd
İsmayılın, Sabir
Rüstəmxanlının və bu sıradan
olan sənətkarların
əsərlərini əsl
vətənçilik dərsi
kimi qəbul edib. Bu tendensiya
ədəbiyyatımızın başlıca qayəsidir.
Xalq həm də öz ədəbiyyatının yetirməsidir.
Oxumaq, dərk etmək və qiymətləndirmək borcumuz
var...
Sənan Hüseynov
Azərbaycan Dövlət Neft və
Sənaye
Universitetinin tələbəsi
Ədəbiyyat qəzeti.
– 2024. – 4 may, ¹ 16. – S. 47.