Salidə Şərifovanın
"Leyla Əliyevanın
poetik dünyası"
adlı monoqrafiyası
- çap olunub
AMEA-nın
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Rusiya Təbiət Elmləri Akademiyasının
həqiqi üzvü,
AMEA-nın professoru, filologiya elmləri doktoru Salidə Şəmməd qızı
Şərifovanın “Leyla
Əliyevanın poetik
dünyası” adlı
monoqrafiyası “Elm və təhsil” nəşriyyatında nəşr
edilib. Monoqrafiya AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
Elmi Şurasının
28 mart 2024-cü il tarixli 2 saylı qərarı ilə çapa tövsiyə olunub.
Monoqrafiya
fərdi iş planı kimi 2022-2023-cü
illərdə AMEA-nın
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçis S.Şərifova tərəfindən
yerinə yetirilmişdir.
“Sənətkarın
elmi pasportu seriyası”nın 51-ci nəşri olan monoqrafiyanın rəyçiləri
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı
şöbəsinin müdiri,
filologiya elmləri doktoru, professor Məmməd Əliyev, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin
müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd və Azərbaycan Texniki Universitetinin “Ziya” qəzetinin baş redaktoru, filologiya üzrə fəlsəfə
doktoru Müşfiq Çobanovdur.
Monoqrafiyada Leyla Əliyevanın şeirlərinin rus dilindən Azərbaycan dilinə, türk, rus, belarus və ukrayna dillərində, həmçinin Şərq və Qərb dillərinə tərcümə edilərək təqdim edilməsinin əsas səbəblərinə aydınlıq gətirilir. Şeirlərə dünya dillərində mahnılar bəstələnməsi tədqiq edilir. Leyla Əliyevanın poeziyasının qaynaqlarına nəzər salınır. Şairənin poetik nümunələrinin mövzu müxtəlifliyinə və rəngarəngliyinə aydınlıq gətirilir. Leyla Əliyevanın bədii yaradıcılığının problematikası geniş şəkildə əks etdirir. Monoqrafiyada şairənin yaradıcılığında heca vəzninə, sərbəst şeir şəklinə, həmçinin Avropa ədəbiyyatında formalaşan elegiyaya müraciət etməsinin əksini tapması diqqətdən yayınmır. Leyla Əliyevanın poeziyasında doğma insanların bədii obrazları, müəllif “mən”i, lirik qəhrəmanın tərənnümü ilə yanaşı, qadın obrazlarına və körpə dünyasına poetik baxışı və s. əks etdirməsi monoqrafik tədqiqatın elmi yeniliyi kimi maraq doğurur. Monoqrafiyada Leyla Əliyevanın poetik nümunələrinin bədii dilinin və təsvir vasitələrinin işlənmə xüsusiyyətlərinə nəzər salınması, istifadə etdiyi ritorik suallar, monoloq şəklində müraciəti, simvollar, epitet və təşbehlər, bədii təzadlar, metaforlar, sinonimlər, xitab və s. məqamların incələnməsi də diqqətdən yayınmır. Leyla Əliyeva poeziyasının Azərbaycan dilinə çevrilməsi prosesində yaranan tərcümə problemlərinə nəzər salınır. Tərcümə nəticəsində baş verən dəyişikliklərin bədii nümunələrin problematikasında, vəznlərində əks olunması faktına aydınlıq gətirilməsi də maraq doğurur.
Ədəbiyyat qəzeti.
- 2024. - 11 may, ¹ 17. - S. 13.