Mənə o dünyanı göstər, İlahi...
Bağışla, başladım
şeir yazmağa -
Bağışla, sözünü
kəsdim, İlahi...
Salam Sarvan
Bu yağış
sel yağış,
selləmə yağış
-
ən azı əlli il belə yağmamış!
İlahi, gözlərim
bağlanır daha,
gözü bağlatmağın
vaxtıdır artıq;
Vaxt vardı gəlməyin vaxtı idi ha,
indi də getməyin vaxtıdır artıq.
Bu şərti sən özün kəsdin, İlahi,
şərtini yerinə
yetirdim, şükür!
Qurduğun dünyanı
gəzdim, İlahi,
verdiyin ömrü
də bitirdim, şükür!
Mən - ayağın
altda,
Sən - başım
üstdə,
gah ayaq-baş olduq, gah da baş-ayaq;
Əlli il bu ömür keçdi şum üstdə,
keçdi ki, xırmanda
yabalaşmayaq.
Yadımdan çıxmayıb
-
ölümün haqdır!
Qulun ağzı nədir çıxsın
əmrdən...
Dəqiq bilirəm
ki, bu gecə vaxtdır -
yığışıb durmuşam
boxçam əlimdə.
Vaxtdır!
Son şərtimiz
bitir bu axşam -
göndər mələyini,
göndər, İlahi!
Mən bu əlli ildə çox darıxmışam
-
yaman darıxmışam
səndən, İlahi!
Qulunam!
Bəndənəm!
Mən də səndənəm!
Göndər mələyini,
göndər - gəlim
mən!
Qoy gəlim...
qoy girim sənin bağçana -
çiçəyindən dərim,
gülündən öpüm;
izn ver, qarşına qoyum boxçamı,
rüsxət ver, əyilib əlindən öpüm.
Fürsət ver, bir kəlmə sözümü deyim,
sözümü yarımçıq
kəsmə, İlahi:
- Sənin bu dünyanı heç bəyənmədim,
mənə o dünyanı
göstər, İlahi!..
Mahir
N.Qarayev
Ədəbiyyat qəzeti.
- 2024. - 11 may, ¹ 17. - S. 27.