Aprelin
“Ulduz”u - çap olundu
“Ulduz” jurnalının
aprel sayı Xanım Anelanın “Özüylə söhbəti...”
və hekayələri ilə açılır.
“Tənqid” rubrikasında filologiya elmləri doktoru,
professor Bədirxan Əhmədli “Üç hekayəyə
bir baxış” yazısını təqdim edir.
Xalq yazıçısı Anarın 85 illik yubileyi
münasibətiylə “Ulduz” jurnalı ilə Ədəbiyyat
Fondunun birgə keçirdiyi hekayə müsabiəqsinin qalibləri
bu sayda yer alır.
“Şeir vaxtı”nda bu dəfə Gülnar Ümid,
Seyid Aynur, Kəmaləddin Qədim, Vasif Əlihüseyn, Elnur
İrəvanlı, Elman İsgəndərdi.
“Nəsr”də Elçin Hüseynbəyli, Nemət Mətin,
Günel Mehri, Məmməd Məmmədli, Xatirə Salahzadənin
hekayələrini oxuya bilərsiniz.
“Qısa fikirlər xəzinəsi”ndə ənənvi olaraq dühalar yer
alır.
“Tərcümə saatı” Fərid Hüseynin tərcüməsində
iraqlı şair Əli Əl–Şəlahın şeirlərini
təqdim edir.
“Müsahibə” rublikası Günel Natiqin təqdimatında
“SSS: Seyran Səxavətlə söhbət” i oxucularla
bölüşür.
“Düzülüş və mövcudluq” essesiylə
“Esse”də Sadiq Qarayevdir.
Filologiya üzrə fəlsəfə doktoru Qürbət
Mirzəzadə “Adiliyin poeziyası və ya poetik
düşüncəsin bənzərsiziliyi” yazısında
unudulmaz şairə Fərqanə Mehdiyevanın
yaradıcılığından söz açır.
“Dərgidə kitab”da şeirləriylə Xəyal
Rzadır.
Bunlar hamısı deyil, “Ulduz”un aprel sayında yeni
imzalar, yeni yazılar, yeni baxışlar yolunuzu gözləyir.
Ədəbiyyat qəzeti 2024.- 18 may, ¹18.- S.32.