Əynimdən
soyunub
pencək
baharı...
Vətənin
yovşanlı yaylaqlarında
Meh gəzir, şeh
başmaq ayaqlarında...
Ana təbiətin
yanaqlarında
Görüb lalələrdən
həya, gedirəm!
Kişnər ilxı
bulud dağlara sarı,
Əzməz, ayaqlamaz
məxmər otları,
Əynimdən soyunub
pencək baharı,
İlğım
köynəyimdə yaya gedirəm!
Arı hər
çiçəkdən bir öpüş yığır,
Yağış əvəzinə
kəpənək yağır,
Alnım
qırışına bənzəyir cığır,
Çənin çəhlimiylə
suya gedirəm!
Nənni
çiçəklərdə yellənir duyğum,
Yamacda mələyən
quzudu qorxum,
Çarpayı
daşlarda xınadı yuxum,
Mən sükut haraya,
haya gedirəm!
Qartallı zirvələr
Aydına həyan,
Alaçıq dumandan
səs gəlir, dayan!
Yolumu gözləyir mənə
oxşayan
Bir şair duruşlu
qaya, gedirəm!
Gəncədən
Bakıya
gedən
qatarda...
Gedirsən,
ömrümdən tərpənir qatar,
Gözümün
yaşına təpinir qatar,
Salır bu gecəyə
səs-səmir qatar,
Sən varsan
gözümdən itən qatarda -
Gəncədən
Bakıya gedən qatarda!
Ürəyim sinəmdən
çıxıb yol gedir,
Sənin qatarında səssiz,
lal gedir...
Elə bil səninlə
təzə il gedir,
Təkəri "əlvida"
ötən qatarda!
Gəncədən
Bakıya gedən qatarda!
Soyuqdu,
üşüyür yanvar gecəsi,
Gözümdür
qatarın bir pəncərəsi...
Yatır ulduzların
göydə neçəsi,
Elə bil kimsə var
Göydən qatarda!
Gəncədən
Bakıya gedən qatarda!
Ay oyaq, mən oyaq,
dünya mürgülü,
Bakıya çatanda
zəng elə, gülüm!
Elə bil qolumda
saatım gülür, -
Deyir: - "Şair,
yoxsan nədən, qatarda?!"
Gəncədən
Bakıya gedən qatarda!
Sən əziz, yol əziz,
bu Vətən əziz,
Olmayan evimiz
darıxdı sənsiz...
Heç fikir eləmə,
ay anambəniz,
Qatardan qəlbə en
bu yol bitəndə,
Di gəl ki, deyilik
yurdsuz Vətəndə -
Qatar Vətəndədi,
Vətən qatarda!
Gəncədən
Bakıya gedən qatarda!
On
doqquz il
kirayədə
yaşayan şair...
Dəyirman vaxt gecə-gündüz
ömür üyüdür,
Arpa unu ömrü ilə
ümid böyüdür...
Hücrəsində
sevinc qorxaq, dərd ərköyündü,
Bu dünyada bir kimsəni
tanıya bilmir
Ürəyinin
ağrısına oxşayan şair,
On doqquz il kirayədə
yaşayan şair.
Daxma qardaş, cənab
villa, xanım imarət,
Kölgənizdə məzar
yeri tapılar, əlbət...
Kitablardan bir
kağız ev tikibdi xəlvət,
Küləkləri,
tufanları daşlayan şair,
On doqquz il kirayədə
yaşayan şair!
Ev tikməyə
daş qopardır səbrindən gedib,
Pul axtarır ciblərinin
dibindən gedib,
Ev istəyir Nizaminin qəbrindən
gedib,
Evsizliyi şələ
kimi daşıyan şair,
On doqquz il kirayədə
yaşayan şair
Göz yaşıyla
yad evlərdə ağac bitirib,
Ağaclar da evəbənzər
meyvə gətirib...
Ürəyinin
ağrısıyla şəkil çəkdirib,
Ürəyinin
ağrısında qışlayan şair,
On doqquz il kirayədə
yaşayan şair.
Göyün, yerin bu
adamdan xəbəri yoxdu,
Qəbullarda qapı
döymək təhəri yoxdu,
Bu Vətənin bir
daşına orderi yoxdu,
Haradadır,
susmağı çox xoşlayan şair?!
On doqquz il kirayədə
yaşayan şair.
Alnındakı
qırışlara gəmi bağlayıb,
Ürəyinin
şişlərinə xəmir bağlayıb,
Xəyalına
tökdüyü daş mamır bağlayıb,
Xəyalında
taleyini xışdayan şair,
On doqquz il kirayədə
yaşayan şair.
Dəvə
buludların
karvan
yükündə...
Daha sona
dönmüş əvvəl daşınır,
Bir ayaq altına təməl
daşınır,
İlahi, bu gecə əməl
daşınır
Dəvə
buludların karvan yükündə.
Çəkir
ovsarını karvanın ahım,
Bəlkə o karvanda
gedir günahım...
Geri dönəcəkmi
görən sabahım,
Dəvə
buludların karvan yükündə?!
Mən işıq
ilinə nərdivan qoydum,
Lalə ulduzların ətrini
duydum...
Gedir cənnət
suyum, cəhənnəm odum
Dəvə
buludların karvan yükündə.
Bir səhra
hönkürür bir damla üçün,
Yoxmu əyləyəni,
bu ağır köçün?!
Yığıb
saçlarını, yuxulayıb gün
Dəvə
buludların karvan yükündə.
Aparıb şəklimi Aydan asıb
dərd,
Şəklim görə
bilsin varsa, həqiqət.
Allaha ibadət
daşınır əlbət,
Dəvə
buludların karvan yükündə.
Söykənmişəm
dünyanın...
Hardan gəlir, hara
gedir, bilmirəm,
Bütöv gedir,
yarı gedir, bilmirəm,
Yoxluğamı
sarı gedir, bilmirəm,
Məhvərinə
söykənmişəm dünyanın!
Qurd dişiymiş
taleyimə irişən,
Bu varlığın
göyü qəmli, yeri şən...
Ürəyimin
ağrısına ilişən
Təkərinə
söykənmişəm dünyanın!
Bazarında pula getməz
ləlmişəm,
Öz ömrümdən
gün aparan selmişəm,
O başından bu
başına gəlmişəm,
Məşhərinə
söykənmişəm dünyanın!
Öz başımı nağaratək
çalmışam,
Qisasımı
idrakımdan almışam,
Qələminə
dirsəklənib qalmışam,
Dəftərinə
söykənmişəm dünyanın!
Ha düşündüm, dünya məndən
uşaqmış,
Başımdakı
Nuhdan qalma papaqmış,
Qəhqəsi min il məndən
uzaqmış,
Kədərinə
söykənmişəm dünyanın!
Hikmətinin
nidaları laxlayan,
Nöqtəsində,
vergülündə ağlayan,
Gah gülündə,
gah külündə ağlayan,
Xəbərinə
söykənmişəm dünyanın!
Yaxasına yaz boyda gül
tikilmiş,
Asimanı bulud-bulud əkilmiş,
Məftil-məftil
yağışlardan çəkilmiş
Çəpərinə
söykənmişəm dünyanın!
Ömür dəndi,
quş dənləyən dənində,
Dənlənirəm
uzununda, enində...
Görə bildi bəlkə
bir gün məni də,
Nəzərinə
söykənmişəm dünyanın!!!
Sözə
su qatma...
Tanrının
görkündən eşq içib enib,
Buluddan adlayıb ahdan
keçib söz.
Yetmiş min mələkdən
təlim öyrənib,
Ruhun köynəyindən,
ruhdan keçib söz.
Gəl, sözə su
qatma, su qatma, adam!
Sən kimsən?!
Zamanın bir filankəsi,
Şimşək kəsə
bilməz söz kəsən kəsi,
Pulun sikkəsi var,
sözün qibləsi,
Gəl, sözə su
qatma, su qatma, adam!
Göz yaşı
gözləyər üzün torpağı,
Kirpik bitirəndi
gözün torpağı,
Dərdlə
suvarılır sözün torpağı,
Gəl, sözə su
qatma, su qatma, adam!
Söz arxı
başqadı, su arxı başqa,
Biri qan işlədir,
biri dəyirman!
Mininci məğlubsan
sözlə savaşda,
Sözün
qulluğunda durub asiman!
Gəl, sözə su
qatma, su qatma, adam!
Dayan qələm kimi
söz xidmətində,
Sözün əmrindədir
sirli kainat.
Südə su qatanlar
məmləkətində
Tikan göyərdəcək
sözündən həyat,
Gəl, sözə su
qatma, su qatma, adam!
Əgər uca ərşin
qərarı olsa,
Hikmət dəryaları
başına çəkər.
Sözün də
üz kimi astarı olsa,
Hər addım
özünü yalana bükər.
Gəl, sözə su
qatma, su qatma, adam!
Sözə su qatanda
siyasət özü
Yalana həqiqət
qalayı çəkir.
Sözə su qatanda
bütün yer üzü
Göylərə
etiraz harayı çəkir.
Gəl, sözə su
qatma, su qatma, adam!!!
Azərbaycan,
Türkiyə,
Pakistan
bayraqları...
Danışmaq istəyirəm
mən üç bayraq dilində,
Bayraqlarda titrəyən
məşəl, çıraq dilində...
Bir hərf də
öyrənmərəm mən təmtəraq dilində,
Buna razı da olmaz
asiman yaraqları!
Azərbaycan,
Türkiyə, Pakistan bayraqları!
Yoxluğuna yol gəlir
Yaradanın yer üzü,
Xeyir üzünə
gülür bu dünyanın şər üzü,
Cihada
hazırlaşır əsrin peyğəmbər üzü,
Ona görə var
olsun, sülhün göy qurşaqları!
Azərbaycan,
Türkiyə Pakistan
bayraqları!
Əbədiyyət nəfəsli,
haqq-ədalət rənglidir,
İnsanlığa
etiqad, ulu xilqət rənglidir,
Niyyəti korlar bilsin,
ali niyyət rənglidir,
Allah, Vətən
eşqiylə doludu qucaqları!
Azərbaycan,
Türkiyə, Pakistan bayraqları!
Batı, Doğu
arası nurlandırır zülməti,
Üç dövlətin
şəklidir üç qardaşın surəti,
Bir-birinə
arxadır üçünün də hikməti,
Ucalıqdan seyr edir
müqəddəs torpaqları!
Azərbaycan,
Türkiyə, Pakistan bayraqları!
Ürək
döyüntüsünə yaraşıb dalğalanır,
Üçü də
zirvələşib,dağlaşıb dalğalanır,
Üçlərin
ehtişamı yanaşı dalğalanır,
Dərdləşir
yurd eşqinin vətəndaş ortaqları!
Azərbaycan,
Türkiyə, Pakistan bayraqları!
Bil ki, Mütləq Atanın
üç oğlunun ruhudu,
İnad mərtəbəsində
öc oğlunun ruhudur,
Dış oğlunun
ruhudu, iç oğlunun ruhudu,
Əmr edirlər:
"Dağılsın zalımın tifaqları!"
Azərbaycan,
Türkiyə, Pakistan bayraqları!
Yapışıb
arzuların ətəyindən deyirəm,
Bu yazın arı
qonan çiçəyindən deyirəm,
Mən Turanın
paytaxtı ürəyimdən deyirəm,
Sinəm altdadı sizə
eşqin ləl yataqları!
Azərbaycan,
Türkiyə, Pakistan bayraları!!!
Allahın
açılmaz sirriyəm adam...
Neçə
qılınc, nizə, ox qabaqdasan,
Neçə zirvə,
aşırım, dağ qabaqdasan,
Sən elə yalansan,
çox qabaqdasan,
Mən səndən
milyon il geriyəm, adam!
Qədim arabayam, kəlam
daşıyan,
Fikrin qara gözü,
qara qaşıyam,
Mən şair
Tanrının qələm daşıyam,
Mən şeirin
alnının təriyəm, adam!
Qala görünsən
də, qalaçasan sən,
Açması pul olan
tapmacasan sən,
Vallah, pul boydasan,
balacasan sən,
Mən də
sözüm boyda iriyəm, adam!
Məni dağ
ağlayıb, Araz qalmışam,
Arazı biçməyə
dəryaz qalmışam,
Adəmin ruhundan miras
qalmışam,
Nə qədər
öldürsən, diriyəm, adam!
Tale hey qədləyib qələm
boyumu,
Məndə məndən
yazıb, budu, oyunu...
Sən elə anlama səntək
qoyunun
Otlağı, göy
örüş yeriyəm, adam!
Könül
şahı olmaz mədə şahından,
Zatın ki əskikdi
qara şahıdan,
Adın yazılmayan
bir siyahıda
On milyard bəndənin
biriyəm, adam!
Sənin dərsin nədi,
dərsliyin nədi?!
Bazarın, tərəzin,
ətliyin nədi?!
De, məndəki məndə gəzdiyin nədi?!
Allahın
açılmaz sirriy
Aydın
Murovdağlı
Ədəbiyyat
qəzeti 2024.- 18 may, ¹18.- S.14.