Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrında yeni səhnə əsərinin
- "İblis və..." tamaşasının məşqlərinə
başlanılıb.
Teatrın
mətbuat xidmətindən verilən məlumata görə,
Hüseyn Cavidin "İblis" faciəsinin motivləri əsasında
hazırlanan tamaşanın janrı dekonstruktiv-metadramdır.
Yeni
səhnə əsərinin quruluşçu rejissoru Əməkdar
incəsənət xadimi Mehriban Ələkbərzadə, məsləhətçisi
Əməkdar mədəniyyət işçisi Azər
Turandır.
Tamaşanın
quruluşçu rəssamı Əməkdar mədəniyyət
işçisi İlham Əsgərov, geyim üzrə rəssamı
Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Həsənov,
bəstəkarı Azər Əsgərov, rejissor assistentləri
Nərmin Həsənova və Ceyran Başarandır. Qrafika Tərlan
Əsgərli və Ruslan Kərimova məxsusdur.
Tamaşada
Əməkdar artistlər Ayşad Məmmədov və Anar
Heybətov (İblis), Elnar Qarayev (İblisin varisi-1), Elşən
Cəbrayılov (İblisin varisi-2), aktyorlar Ziya Ağa (Arif),
Elsevər Rəhimov (Vasif), Əməkdar artist Vəfa Rzayeva
(Rəna), aktyor Elçin Əfəndi (İbn Yəmin), əməkdar
artist Elşən Rüstəmov (Elxan), Xalq artisti Kazım
Abdullayev (İxtiyar şeyx), aktyorlar Lalə Süleymanova (Xavər),
Vüsal Mustafayev (Vasifin dostu), Elçin Nurəliyev
(Çavuş, Haydut) və Tural İbrahimov (Kanuni, Haydut)
iştirak edirlər.
Qərbdə
də, Şərqdə də çox araşdırılan,
diqqət çəkən İBLİS mövzusu Hüseyn
Cavid yaradıcılığında Tanrı konsepsiyası ilə
özünəməxsus çalarda həll edilib. İblis
insanın zəif nöqtələrini bilir və oradan onu
dağıdır. Cavidin "İblis"i Allahla yaxın
olmaq cəsarətindən və israrından insanın zəif
və natamam olmasını sübuta yetirmək məqsədi
ilə yer üzündə cəhənnəm yaratmaqdan belə
çəkinmir.
Ədalətsiz
müharibə, yaxud münaqişələr zamanı ilk
baxışda bir filosof baxışına sahib Arifin
qaranlıq dünyasında şübhə toxumu, Şərq
insanının narahat ruhu görünür. Arifin qaranlıq və
qeyri-sabit düşüncəsi onu istədiyi və
yaşadığı həyatın dilemmasında qoyur.
İçində boşluqlar olan insan İblisi cəlb edir.
Allaha etiraz edən, insanı aşağılayan İblis
üçün bu çox parlaq bir fürsətdir.
Tamaşa
üç substansiya arasındakı konflikt fazasında tərəflərin
məqsədlərinin bir-birindən
asılılığı və bir araya
sığmazlığı, bunun dərk edilməsi və
bundan sonra tərəflərin hər birinin opponentin
hesabına öz məqsədini reallaşdırmağa can
atmasındadır. Tapşırıqların
qarşılıqlı asılılığı, məqsədlərdə
fərqlilik, qeyri qənaətbəxş sonuclar... Sual və nəticə
yenə açıq qalır. Əsərin
dekonstruksiyasında əsas hədəf İblis, Allah və
insan substansiyaları arasındakı konflikt fazasında həll
olunur.
Qeyd
edək ki, Hüseyn Cavidin yaradıcılığında
mühüm yer tutan "İblis" əsəri 1918-ci ildə
qələmə alınıb. Əsərdə maddi zənginlik
üçün ruhlarını şeytana satan insanın aqibəti
təsvir olunur. Ədib göstərir ki, həyatda
maddiyyatı əsas stimul kimi götürənlər
günahsız insanlara qarşı ədalətsiz, qəddar
davranırlar. İnsanlığı öz qəddarlığı,
cinayəti və xəyanəti ilə məhv edən kəslər
sonda fəlakətə uğrayırlar. Elə bir zaman gəlir
ki, ən kamil məxluq olan insan Allahı seçmək əvəzinə
ruhunu İblisə satır. Əslində savaş Allah naminə
bu üç substansiya arasında gedir.
Faciə
ilk dəfə 1920-ci ildə Abbas Mirzə Şərifzadə
tərəfindən səhnəyə qoyulub.
"İblis" səhnələşdirilən ilk Azərbaycan
poetik dramıdır. Əsər ikinci dəfə 1983-cü
ildə Hüseyn Cavidin 100 illik yubileyi münasibətilə
SSRİ Xalq artisti, Dövlət Mükafatı laureatı Mehdi
Məmmədov tərəfindən səhnələşdirilib.
Ədəbiyyat qəzeti. 2024.- 18 may, №18.- S.4.