Azərbaycan yazıçısı
Ümumdünya Yazıçılar
Təşkilatının katibi
seçilib
Ümumdünya Yazıçılar Təşkilatının
(World Organization of Writers - WOW) onlayn keçirilən iclasında
Azərbaycan yazıçısı
Varis Yolçiyev qurumun 5 bölməsindən
birinin Türk dövlətləri və
türkdilli xalqlar bölməsinin katibi seçilib.
İclasda təşkilati məsələlərə
baxılıb və qurumun 2025-ci ildə Birləşmiş Ərəb
Əmirliklərində keçiriləcək
növbəti konqresi və 2025-ci il
Ümumdünya WOW – LiFFt
Ədəbiyyat festivalının
hazırlıq mərhələsi
müzakirə edilib.
Qeyd edək
ki, Avropa, Asiya, Amerika və Afrika qitələri yazıçılarını
təmsil edən Ümumdünya Yazıçılar
Təşkilatının təşkilatçılığı
altında WOW festivalları
2024-cü ilə kimi
4 dildə (ingilis, ispan, rus, ərəb)
keçirilirdi və qurumun 4 müvafiq bölməsi fəaliyyət
göstərirdi. 2024-cü ildə qara qitədə - Nigeriyada,
Nobel mükafatçısı Voye Şoyinkanın fəxri sədrliyi ilə keçirilən konqresdə 5-ci dil - türk dili də rəsmi festival dili statusu qazanıb
və qurumun müvafiq olaraq Türk dövlətləri
və türkdilli xalqlar bölməsi yaradılıb.
Bölmə Türkiyə, Azərbaycan,
Qazaxıstan, Özbəkistan,
Qırğızıstan, Türkmənistan
və Macarıstanı,
eləcə də Rusiya (tatarlar, çuvaşlar, başqırdlar,
yakutlar), Çin (uyqurlar), İraq (kərküklər),
İran (azərbaycanlılar), Kipr (türklər), Ukrayna (Krım tatarları) və s. ölkələrdə yaşayan
türkdilli toplumları
əhatə edəcək.
Ədəbiyyat
qəzeti 2024.- 25 may, №19.- S.3.