Heydər Əliyev
Fondu - yeni tariximizin qürur yeri
Tarixə
müstəqil və çağdaş Azərbaycanın
qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə xalqımızın
ehtiramını ifadə
etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin
ölkəmiz üçün
əhəmiyyətini vurğulamaq,
milli dövlətçilik
ideyalarını yeni nəsillərə aşılamaq
zərurətindən irəli
gələrək yaradılmış
Heydər Əliyev Fondunun 20 yaşı tamam olur.
Çağdaş tariximizin hansı
səhifəsini vərəqləsən,
inkişaf etməkdə
olan ölkəmizin hansı səmtinə, ölkə həyatının
hansı sferasına göz yetirsən hökmən Heydər Əliyev Fondunun gördüşü işləri:
ucaldılan maddi və mənəvi abidləri, tikilən məktəbləri, restavrasiya
edilən və ya abadlaşdırılan qədim, yeni sarayları, muzeyləri, məscidləri, kilsələri,
məntəqələri, salınan
park və yaşıllıqları,
yüksək səviyyədə
keçirilən müxtəlif
yerli və beynəlxalq əhəmiyyətli
mədəniyyət tədbirlərini,
festivalları, təhsil
alımış gəncləri,
həyatı xilas olmuş tanınmış
və sıravi vətəndaşları, böyük
xeyirxah amalı görmək olar.
Fəaliyyəti boyu təhsil, səhiyyə, mədəniyyət,
idman, elm və texnologiya, ekologiya, sosial və başqa sahələrdə
gerçəkləşdirilən saysız-sonsuz layihələr
Heydər Əliyev Fondunu yeni tariximizin
qürur yerinə çevirir.
Heydər
Əliyev Fondunun bu yubileyi münasibətlə
ilk növbədə Heydər
Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci
vitse prezidenti, Azərbaycanın birinci xanımı çox hörmətli Mehriban xanım Əliyevanı təbrik edir, Mehriban xanıma yorulmazlıq, can sağlığı,
şəxsinə və
rəhbərliyi altında
çalışan komandaya
yeni-yeni uğurlar arzu edirəm.
Səmimiyyət və ehtiramla,
Səlim Babullaoğlu, şair,
Azərbaycan Yazıçılar Birliyinin katibi
Ədəbiyyat qəzeti 2024.- 25 may, №19.-
S.4.