"Sözdən
nə bitər, İşdə həqiqət
gərək olsun"
Sabirdən
oxunmuş hər misra insanın içi ilə uzun bir yol
keçməlidir ki, gəlib özünə çatsın.
Sabir
adlı günəş XX əsrin əvvəlində də,
sonunda da hələ dan yerində görünür.
Sabir
yalnız satira yazmadı, o, Şərqin fəlsəfəsini
və faciəsini qələmə aldı.
Əhsən,
bizə! həm tirzənik, həm hədəfik biz,
Öz
qövmümüzün başına əngəl-kələfik
biz,
Bu
gün üstü təzəcə qurudulan "sirlər"in
mahiyyətini Sabir onu axıracan eşitməyən xalqa:
"Küfürmə hökm eləməyin zur ilə", -
deyə-deyə 80 il əvvəl açmaq istədi. Dahi şair
yalnız bir şeirində - "Təhəssür"də
epiqraf işlədib, orda da:
İstənilir ittifaq,
Göstərilir infiraq,
- yazıb.
Milləti onun öz daxilində siyasi "tikələr"ə ayırmaq,
sonra həmin hissələri bir-biri ilə boğuşdurmaq - bu fitnə planını
- gələcək milli
faciələrin zəmini
olacaq bu tarixi vəsiyyəti - parçalanmanı şair
ürək ağrısı
ilə təsvir edirdi:
Tapmazsan
iki müttəfiqürrəy
müsəlman,
Qafqazda olan bir neçə milyon arasında.
Və Sabir var səsilə
car çəkirdi:
Axır,
bu nə təfriqü təxəllüfdür,
ey ümmət!
Əldən gediyor, dinləməyirsizmi
bu millət!
O, sürətlə axmaqda olan zamanın bulanıq sularının haralarda çirkləndiyini
göstərir, milli əxlaqın saflığına
ləkə salanları
tənqid edirdi:
Xeyrim üçün aləmi viranlaram,
Mən nə cəmaət, nə vətən anlaram...
Şair
bu "əxlaqı"
şər üyüdən
"canlı dəyirman"
hesab eləyirdi:
İş bilməyən yemək-içməkdən
əlavə,
Bu canlı dəyirmanlarına
şükr, xudaya.
Öz xalqından kənarda
"səadət" arayanları
şair biganələr,
eşşəklər, fitnə-fəsadçılar
adlandırırdı:
Başqa
millətdən hüququn
almaq üçün
hər zaman,
İnqilabiyyun, səlahiyyun, rəşadiyyun
çıxar!
Bizdən
isə satmağa namusu irzi-milləti
Etidaliyyun,
himariyyun, fəsadiyyun
çıxar!
Belə kinayələr arasından
Sabirin öz millətini inqilaba və rəşadətə
çağırışı səslənir, inamı və əqidəsi işıq saçırdı.
O, bu inqilabı tam milli xarakterdə qəbul eləyirdi. Şair velikorus şovinizmin və Rusiya imperiyasının amansız düşməni
idi:
Məsko
şəhrinə fəndəbəxş
oldu bu meydan...
Əlqövm uruslaşmaq ilə zişərəfik biz.
Sabir elə bir sənət və fəlsəfə epoxasıdır ki, heç bir çərçivəyə sığmır,
onun sərhədləri
yoxdur.
Dünyaya Sabirdən boylananda bütün ədəbiyyat
görünür.
Arazın
gah o tərəfinə,
gah da bu tərəfinə göz yetirən Sabir müstəmləkə Azərbaycanının
başını saxta,
riyakar "demokratiya"
oyunu ilə qatan istilaçıların
qara niyyətini açıb göstərirdi:
Təbrizdə:
-"Əncümən filfilə cübban oldu".
Bakıda:
-"Bakı qlasnıları
...Gecələr gəşt edib yığırlar
"səs".
İmperiya siyasətinin "xalq"
və "hürriyyət"
dəllallarına:
Hər gün genəldi daireyi-hörmətin sənin,
El uğradıqca fəqra, şişib sərvətin
sənin,
Millət arıqladıqca kökəldi
ətin sənin.
"Millət arıqladıqca
kökəldi ətin
sənin"
- deyərək "canlı dəyirmanlar"ın
sərsəm və yaraşıqlı "ideyaları"nı
lağa qoyurdu. Yazırdı:
Rüşvət haramdır, dedin,
aldın, utanmadın!
Vəz etdiyin inandı, sən amma inanmadın!
İmperiyanın sədaqətli köpəkləri
olan milli bürokratların - üsuli-idarə
çinovniklərinin xalqa
vurduğu yaralarla birgə, Azərbaycana qarşı ondan kənarda qurulan və həyata keçirilən erməni
missionerlərinin mənəvi
qəsdlərinin də
üstünü Sabir
cəsarətlə açıb-aşkara
çıxarırdı.
Misyonerlər nə gözəl
fikrli ərbabi-düha,
San-Peterburqda etmişlər əcəb bir şura,
Ki, müsəlmanlar açan
bunca məkatib nə rəva.
Oxudub həndəsə, təlim
edələr coğrafiya,
Hikmətü heyətü tarix
ilə elmi-əşya...
...Çalışın, hümmət
edək dəfinə zinhar bu gün.
Azərbaycan xalqının milli
müqəddəratı ilə
kefi istədiyi kimi oynayan, hüquqlarını
ardıcıl tapdalayan
müstəmləkəçiləri ifşa edən Sabir, onların "reformaları"nın - "konstitusiya"
oyununun saxta məzmununu belə izah edirdi:
Həftədə bir aldadır, gah neçin verməyir!
Bircə
bu məşrutəni
şah neçin verməyir!
Gah verir filməsəl, gah neçin verməyir!
Azərbaycan mədəniyyəti tarixində
Sabir həmişə
müasir insandır. Onun milli
şair mövqeyi milli filosof mövqeyi
ilə yanaşıdır.
Sabir Azərbaycanın ən sarsılmaz silahıdır.
Bu günümüzün ən önəmli milli fəlsəfəsi Sabir fəlsəfəsidir.
Qeyrət,
a vətəndaşlar!
Himmət,
a vətəndaşlar!
Əmir Pəhləvan
Ədəbiyyat qəzeti 2024.- 25 may, ¹19.-
S.7.