Dövlət Tərcümə Mərkəzində İspaniya Latın Amerikası ədəbiyyatı bayramı

 

Dövlət Tərcümə Mərkəzində son illər İspaniya Latın Amerikası ədəbiyyatı üzrə tərcüməsi nəşri ərsəyə gətirilmiş kitabların təqdim edildiyiİspaniya Latın Amerikası ədəbiyyatı  bayramıadlı bədii-musiqili mərasim keçirilib.

Tədbirdə İspaniya Latın Amerikası ölkələrinin Azərbaycanda akkreditə olunmuş səfirləri müvəqqəti işlər vəkilləriArgentina Respublikasının fövqəladə səlahiyyətli səfiri xanım Marianxeles Belluşi, Çili Respublikasının müvəqqəti işlər vəkili cənab Ciankarlo Alberti, İspaniya Krallığının müvəqqəti işlər vəkili xanım Patrisia Serrano Sançez, Kolumbiya Respublikasının fövqəladə səlahiyyətli səfiri cənab Luis Fernando Kuartas Ayala, Kuba Respublikasının fövqəladə səlahiyyətli səfiri cənab Karlos Enrike Valdes de la Konsepsyon, Meksika Birləşmiş Ştatlarının fövqəladə səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyero, Venesuela Bolivar Respublikasının fövqəladə səlahiyyətli səfiri cənab Kristofer Alberto Martines Berroteran iştirak ediblər.

Mərkəzin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud tədbiri giriş sözü ilə açaraq Mərkəzin İspaniya Latın Amerikası ədəbiyyatının tərcüməsi nəşri istiqamətində görülən işlərdən, coğrafi ərazi baxımından uzaq olsa da, ruhi, mənəvi  baxımdan hədsiz doğma olan bu ədəbiyyata Azərbaycanda olan sevgi maraqdan danışıb. Xalq şairi Ramiz Rövşən İspaniya Latın Amerikası ədəbiyyatının dünya ədəbiyyatına böyük təsir qüvvəsindən, Azərbaycan dilində ərsəyə gətirilən əsərlərin bədii tərcümə keyfiyyətindən söz açıb.

Daha sonra İspaniya Latın Amerikası ölkələrinin rəsmi təmsilçiləriArgentina, Çili, İspaniya, Kolumbiya, Kuba, Meksika, Venesuela Respublikasının fövqəladə səlahiyyətli səfirləri  müvəqqəti işlər vəkilləri Dövlət Tərcümə Mərkəzinin İspaniya Latın Amerikası ədəbiyyatının Azərbaycanda tanıdılması istiqamətində gördüyü işlərin əhəmiyyətindən danışaraq, müəlliflərin seçiminiXuan Rulfo, Pablo Neruda, Qabriel Qarsia Markes, Migel Delibes, Kamilo Xose Sela, Federiko Qarsia Lorka, Xorxe Luis Borxes, Xulio Kortasar, Karlos Fuentes, Oktavio Pas, Migel Anxel Asturias, Mario Varqas Lyosa, Mario Benedetti kimi bəşəri simaların əsərlərinin tərcüməsinə nəşrinə geniş yer ayırılmasını yüksək dəyərləndiriblər.

Tədbirdə Azərbaycan dilinə tərcümə olunmuş əsərlərdən səsləndirilən parçalarla yanaşı, İspaniya Latın Amerikası ölkələrinin milli musiqi rəqsləri, eləcə milli mətbəxləri təqdim olunub.

 

 Ədəbiyyat qəzeti  2024.- 25 may, ¹19.- S.9.