Alplar
Köhnə
alp babalar həngi
Nə
olsun, qılınc qurşamır,
Nə olsun, at çapmayırıq.
Biz də
qələm götürmüşük,
Biz də
sözün alplarıyıq!
Elə
qüvvə varmı, yaxşı,
Çıxa alplarıma qarşı?
Balta
saplarına qarşı
Baltamızı
saplayırıq!
Soyumuzu
ucaldırıq,
Hayımızı ucaldırıq.
Boyumuzu
ucaldırıq,
Kökümüzdən
qopmayırıq!
Söz
deyir, söz ağardırıq,
Deyilik söz dağarcığı.
Ölümə
göz ağardırıq,
Gözümüzü
qırpmayırıq!
Yollar
çoxdur, bax, doludur,
Mərdlik bizə baxt yoludur.
Yolumuz
Allah yoludur,
Yolumuzdan
sapmayırıq!
Qarşımızda
yol körpütək,
Yol ol,
könül, yol ol, ürək!
Yaranmışıq
əl öpdürək,
Ölsək
də, əl öpməyirik!
Gəldi
Əsl
şair olan bax, belə olar,
Açdı qartal kimi qanad da, gəldi.
Döyüş
meydanıdı bildi sənət də,
Gəldi,
qərar tutsun ön xəttdə, gəldi!
Şair Nərimanın
baratı oldu,
Barat hamımızın Baratı oldu.
Min
adı var idi - bir adı oldu,
Bir adı var idi - min adda gəldi.
Boylandı,
o "sarı sim" kimdi, gördü,
Günəş
kimdi, gördü, gün kimdi, gördü,
Yaşamaq
daş altda mümkündü, gördü,
Gəldi,
yaşamağa daş altda...gəldi!
Hər kəsin
haqqı yox qələm tutmağa,
Təkcə tutmağa yox, elnən tutmağa.
Səsləndi
Zəlimxan: "Hüseyn qağa,
Gəldi, sıramıza Barat da gəldi!"
Kişi heykəli
İsmayıl
Şıxlının Qazaxdakı
heykəli önündə düşüncələr
Önüm
də möhkəmdir, arxam da bərkdir,
Kişi heykəlinin qabağındayam.
Millətə
bax, belə kişi gərəkdir,
Kişi
heykəlinin qabağındayam!
Əzizdir
o namus, o ar, bilirəm,
Nə qədər dünya var, o var, bilirəm.
Düşmən
gözlərini ovar, bilirəm,
Kişi
heykəlinin qabağındayam!
Bacardı
ayağa darda durmağı,
Boranda durmağı, qarda durmağı.
Mən
yaxşı bilirəm harda durmağı,
Kişi
heykəlinin qabağındayam!
Belə
sevməz idim mən ki, heykəli,
O
Koroğlu, bu da Cəngi heykəli!
Heykəlim
ucalır, sanki heykəlim,
Kişi
heykəlinin qabağındayam!
Ən uca
yerinə varmışam Ərzin,
Ən son
nöqtəsini görmüşəm Ərzin,
Ən
görkək yerində durmuşam Ərzin,
Kişi
heykəlinin qabağındayam!
Boş
söz ha, demirəm, söz deyirəm, gəl,
Nakişi,
nə desəm, düz deyirəm, gəl!
Bəlkə
kişiləşdin, gözləyirəm, gəl,
Kişi
heykəlinin qabağındayam!
Elə
sanmasınlar bir nəfər deyir,
Barat,
Ər olanlar Ərə Ər deyir!
Deyəndə
sənintək kişilər deyir:
Kişi
heykəlinin qabağındayam!
Bethoven
1804-cü
ildə Napoleon özünü imperator elan edən Kimi,
Bethoven
ona həsr etdiyi "Qəhrəmanlıq
simfoniyası"ndan
rəsmi
şəkildə imtina etmişdi.
Adamın
könlündən keçir arabir,
Bethoven
olmağı bacara, adam.
Deyə
Bethoveni dirildib gətir,
Yalvara-yaxara
Əcələ, adam.
Özündən
müştəbeh olanlar üçün,
Bethoven
amalı ola, şah ola!
Çox-çox
Napoleonlar nüfuzdan düşə,
Çox-çox
Napoleonlar adından ola!
Kaş mən
də onuntək əsəbiləşəm,
Onuntək
üsyankar əsəbim ola!
Qəzəbim
kükrəşə, qəzəbim daşa,
Qəzəbim
Bethoven qəzəbi ola!
Bizdə
də müştəbeh adamlar çoxdu,
Sözü, iddiası işindən yekə.
Bizdə
də Napoleon olanlar çoxdu,
Yekəlik
fikiri başından yekə!
Adam var,
canımda yer eylədikcə,
Girib ürəyimə, gözümdən
çıxır.
Kişi
söyləyirsən, gəda imiş ki,
Qəhrəman
deyirsən, özündən çıxır!
Vaxtımı
gör, Tanrım, zail olmağın,
Ölərəm,
üzünə baxa bilmərəm,
İmperator
adı
olsa
titulum.
Atıb
imperator şair olmağı
Mən də
istəyirəm Bethoven olum!
İnsan
öz qurduğu tor kimi tor yox,
Tanrım,
belə işlər bizdən gen olsun!
Adam
Napoleontək imperator yox,
Adam gərək
olsa, Bethoven olsun!
İşlədi
yekəlik qanına bir gün,
Başına
iş açdı, gör, bir neylədi?
Qalib Napoleonu
sanıram bir gün
İmperator adı məğlub eylədi?!
Əməyi
zay olur bəşərin, hayıf,
İştahlar çoxalır... niyə son olmur?!
Çoxları
olanda Napoleon olur,
Çoxları
olanda Bethoven olmur!
Mənim
öz baxtım var, istəmirəm baxt,
Qulu,
ağasıyam
Mən öz yolumun.
Mən də
Bethovenəm, istədiyim vaxt
Əzəcəm
başını Napoleonumun!
Azərbaycan
davası
Tarixdə
Türklər kişi, fransızlar
qadın cinsli xalqlar hesab olunurlar.
Min illərdir
Azərbaycan davası gedir,
Dava
namus-qeyrət üstə, bayraq üstədir!
Azərbaycan
ayaq üstə bu gün qalxmayıb,
Azərbaycan
yaranandan ayaq üstədir!
Vaxt olub
ki, bəsləyibdi yad danasını,
Balasını yatırmağa vaxtı olmayıb.
O səngərə,
bu səngərə yatıb həmişə,
Bircə an da oturmağa vaxtı olmayıb!
Başı
üstə əjdahaya dönən quşlara
Məcbur olub, minib uçub, yeri düşəndə.
Kəsib
verib öz ətindən "qa" söyləyəndə,
Sıxıb
verib öz qanından "qu" eşidəndə!
Dərd
fışqırıb fışqıranda öz yarasından,
Bayram edib dərdi nədən, əngəli, nədən?
2 milyon
800 minlik ərazisindən
Ərazisi qalıb, sanki səngəri qədər?!
Hamı
bilir, eyni yerdir o tay, bu tay da,
Hamı
bilir, Bakı Təbriz, Təbrizsə Bakı!
Bir halda
ki, bu taydakı özünəm sənin,
Birdəfəlik
qovuşaq gəl, ey o taydakı!
İstəyirlər
Vətənimdə dağılsın hər şey,
Ölənəcən
ayaq altda
qalsın
qalan da.
Elə
bil ki, dərdi budur bütün dünyanın,
Azərbaycan
istəyəndə oturammasın,
Azərbaycan
ayaq üstə qalsın qalanda!
Min illərdir
ayaq üstə qalan Vətənim,
Bir az dincəl, o Allaha xatir, nə olar!
Oturmağa
yer tapmasan, buyurub əyləş,
Bircə
hovur gözüm üstə otur, nə olar,
Bircə
hovur başım üstə otur, nə olar!
Ayaq
üstə olasıyıq hələ, nə qədər,
Ayaq üstə olmaqmı bu?
Harasıdır bu?!
Yer
üzündə hər davaya son qoya bilən
Bir dava
var - Azərbaycan davasıdır bu!
Belə
olur kişilərin Vətəni, belə,
Belə yazır yazan oğul Vətən şeirini.
Nə
yaxşı ki, yıxılmayıb, ayaq üstədir,
Ehtiyac
yox, qaldırmağa
yerdən
yerimi!
Gözdən
yuxun həmişəlik çəkilmiş kimi,
Şam
yandırır, qalayırsan
ocaq, istəsən!
İnsanlığa,
haqqa keşik çəkirmiş kimi,
Ey Vətənim,
nə yaxşı ki, oturmamısan,
Nə
yaxşı ki, min illərdir ayaq üstəsən!
Şirin sular
Məni
suyuşirin bir ana doğdu,
Yatdım
suyu şirin
beşikdə yatdım!
Üzümün,
sözümün şirin suyuyla
Beşik
də... dayandım
keşikdə, yatdı?!
Məni
suyuşirin bir ata əkib,
Olub onçün mənim əkinim şirin.
Gözümü
açandan dəlisi oldum
Özü,
suyu şirin əkinçilərin!
Tapdım
küllüklərdən tapırmış kimi,
Gözümə təpəndə şirin suları.
Toxumluq
buğdanı səpirmiş kimi,
Səpdim
mən səpəndə şirin suları!
Badam
qışda açan ağacdı, sanma,
Badam nəymiş,
suyu şirin badamlar!
Adamdı
gördüyün adam, inanma,
Adam kimmiş? Suyu şirin adamlar!
Mən nəyi
söz sayım, bizi özünə
Yurdun şirin suyu kimi çəkməsə?!
Saz deyə
bilmərəm vallah, sazıma,
Əgər
şirin suyu məni çəkməsə!
Çoxdan
vurğunuyam sözü halalın,
Boyu, suyu şirin gözəl şirindi.
Məni dəfn
edəndə nəzərə alın,
Mənə
suyu şirin məzar şirindi!
Olub suyu şirin olub, gəlirəm.
Bağrıma mən şirin suyu basıram.
Niyə hər döyüşdə qalib gəlirəm?
Qazsam,
suyu şirin səngər qazıram!
Güllər var, nə üçün solmaz
olurmuş?!
Çiçək var, çıxanda solub
çıxıbdı.
Nə
gözəl çıxıbdı gör, o gül-
çiçək,
Olub, suyu
şirin, olub çıxıbdı!
Hər quyu sən deyən şirin sulumu?
Hər
quyumu quyu...
Şirini
varmış!
Hər su
dadlı olmur, ləzzətli olmur,
Suların
da suyu şirini varmış!
Bulanıq
olmasın, olsa da qara,
Duru, suyu
şirin bir qıza vurul!
Baxma tərəflidi,
ya tərəfsizdi,
Vurul, suyu
şirin bir qıza vurul!
Şair, sən də yazsan, hər
sözü yazma,
Sözün
suyu şirin olanını yaz!
Basanda hər
sözü bağrına basma,
Sözün
suyu şirin olanını bas!
Adam da
ölmürmüş, ona elə ki,
Ölüm suyu şirin baxışla baxır.
Buludlar da
suyu şirin olanda
Yağır,
suyu şirin yağışlar yağır!
Şirin
suyu ilə döşümə yatıb,
Suyu
şirin vətən müqəddəs, ulu!
Nə
vaxtdı mən suyu şirinəm artıq,
Kiməm?
Suyu şirin Vətənin oğlu!
Azan
Bir zaman
qıyıldım, danıldım, Allah,
Çox
yaman uyudum, yanıldım Allah!
Səni
bir də sevdim, tanıdım, Allah,
Şuşada
oyandım Azan səsinə!
Yolumu
itirib azanda tapdım,
Günahım üzündən cəzamı tapdım.
Şuşanın
yolunu Azanla tapdım,
Şuşada
oyandım Azan səsinə!
...Boğmur,
boğmaz qəhər daha məscidi,
Qucdu yenə
səhər doğma məscidi,
Dan
yeriymiş Gövhər Ağa məscidi,
Şuşada
oyandım Azan səsinə!
Qıranları
qıran səsi eşitdim,
"Bəsdi, yatdın, oyan!" səsi eşitdim.
Quran hayı
- Quran səsi eşitdim,
Şuşada
oyandım Azan səsinə!
Pənah
xanla Vaqif döndü geriyə,
Rəqiblərə rəqib döndü geriyə.
Haqq
Karvanın çəkib döndü geriyə…
Şuşada
oyandım Azan səsinə!
Şükür,
yenə addım səsim yüksəldi,
Haqqa yetən
adam səsim yüksəldi,
Şirin-şirin
yatdım, səsim yüksəldi,
Şuşada
oyandım Azan səsinə!
Bulanda beləcə
yar bulaq, yarım,
Bulaq
yarım işim, yar-bulaq, yarım!
Axır
ki, açıldı kar qulaqlarım,
Şuşada
oyandım Azan səsinə!
Gəldi,
zamanların zamanı, gəldi,
Gəldi,
nizamların nizamı, gəldi!
Gəldi,
Azanların Azanı gəldi,
Şuşada
oyandım Azan səsinə!
Barat kimi
xoşbəxt oyanan, varmı,
Azadlıq rənginə boyanan varmı?
Varmı, mənim kimi oyanan, varmı?
Şuşada
oyandım Azan səsinə!
Türk marşı
Türk
marşı səslənir, Allaha şükür,
Bütün
türk dünyası ayağa qalxır!
Gəlir,
qoca Turan, gəlir, nə gəlir,
Ürək
də az qala, ay şahə qalxır!?
Salam vermək
üçün "Qızıl Alma"ya,
El-elə, sel-selə qoşulub gəlir.
Gəlir
Əfrasiyab - o Alp Ər Tonqa
Arxasınca
Turan qoşunu gəlir!
Düşmən
eşitdikcə boynunu büküb,
Yasa
batmalıdır, yaslanmalıdır,
Çükot
dənizindən son dənizəcən,
"Türk
marşı" səslənir… səslənməlidir!
Mən
Oğuz türküyəm, Salur türküyəm,
Bir
adım da qıpçaq-qazax türküdür,
Türkmən,
yakut, özbək, qırğız
türküdür.
Mənim
bir adım da çalağan, qartal,
Şahin - şonqar türkü, qırğı
türküdür.
Savalan
türküdür, Ağrı türküdür!
Yağı,
gözünü aç, gözümdən əl çək!
Harda var belə bir ruhu bir cahan?
Südüm
kimi süd yox,
kökum
kimi kök,
Anam Qaba
Ağac, atam Şir Kağan!
Türklərin
bayramı, ehtişamına,
Görürəm,
gələnlər tələsir, gəlir…
Bir də
görərsiniz Dərd əsri bitdi,
Bir də
görərsiniz Qərb əsri bitdi,
Bir də
görərsiniz Şərq əsri gəlib,
Turan əsri
gəlib - Türk əsri gəlib!
Əkin
Anlayan
anlayır məni,
Əkdiyimi nədən əkdim?
Nə əkdimsə,
özümü də
Elə bil, əkmədən əkdim.
Elə
ay, il, gün olduğumu,
Sevindirməsin xalqımı.
Bir
çiçək, bir gül oldumu,
Fikrini çəkmədən əkdim?!
Nadan,
ömrün çıxdı puça,
Gör ki, əlin olmur necə?
Sən əkəndə
qapı-baca,
Mən əkəndə
Vətən əkim!
Barat Vüsalzadə
Ədəbiyyat qəzeti 2024.-
25 may, ¹19.- S.24-25.