Ver özünə
Söy bu
baxtı, bu taleyi:
- Ay bu
baxtı, bu taleyi!..
Qıy bu
baxtı, bu taleyi,
Kim
yazıbsa, ver özünə!
Yaza-yaza
şair yazdı, -
Qismətini
sözdən asdı!
Xoşbəxtliyi
bir abzasdı,
Kim
yazıbsa, ver özünə!
Qəlbimdə
bir darıxmaq var!..
Bu
depressiyadan çıxmaq var...
Adın
yazılı çaxmaq var;
Kim
yazıbsa, ver özünə!
Aç qapını, ört
qapını
Bir evim
var, qapısı qırx,
Aç
qapını, ört qapını!
Qapıçının
səbri nə çox,
Aç
qapını, ört qapını!
Qıfılı
yox, hamsı açıq,
Birindən
gir, birindən çıx...
Qərar
sənin, ya tik, ya yıx, -
Aç
qapını, ört qapını!
Bir
ömürdən gün-gün düşdüm,
Hər
gün daha üzgün düşdüm...
Bundan
sonra üç gün, beş gün...
Aç
qapını, ört qapını!
Yaz gedənim,
qış gəlibsə,
Dolu gedib,
boş gəlibsə,
Son gələnim,
xoş gəlibsən,
Aç
qapını, ört qapını!
Fevral qaldı üstümüzə
Ağzı
pozuq, ağzı yava,
Biri toyda saldı dava.
-
Sümüyünə düşmür hava, -
Söz də soxdu bəstəmizə.
Fərdlər
başqa, dərdlər təkrar,
- Yoxsula,
- yox! Varlıya, - var!
Şərbət
verən nəbzi yoxlar,
Dərman
olmaz xəstəmizə!
Ha mərd
ol, ha döy döşünə,
Əl
uzadan yox düşənə!
Dost
olduğuyçün düşmənə, -
Düşmən olduq dostumuza.
Ruhduq,
canı ödünc aldıq,
Gen
dünyadan bir künc aldıq.
Zalım
fələkdən gün çaldıq, -
Fevral
qaldı üstümüzə!..
Yağışlar Allahın
göz yaşlarıdır
Yazmaq-yaratmaqdır,
onun qədəri!
Böyüyün
böyükdür dərdi, kədəri...
Bir
damcısı bəsdir dağıda Yeri, -
Yağışlar
Allahın göz yaşlarıdır!
Nə qədər
canlı var, anası odur!
Sonsuz kəhkəşanın
bənnası odur!
Külək
qəzəbidir, - ən asi odur,
Yağışlar
Allahın göz yaşlarıdır!
Günəşi
parlasa, sıcağı xoşdur!
Cəhənnəm olmasa, - ocağı xoşdur.
Sevincdən
ağlasa, hər çağı xoşdur,
Yağışlar
Allahın göz yaşlarıdır!
Yazır,
- yazdığını silən də özü...
Hər ölən ürəkdə öləndə
özü.
Ağlayır
bir gözü, gülür bir gözü,
Yağışlar Allahın göz yaşlarıdır.
Yenə pəncərəmi
döyür, deyəsən;
Açasan
qapını "buyur!" deyəsən...
Dünyanın
günahın yuyur, deyəsən, -
Yağışlar
Allahın göz yaşlarıdır!
Ərəfə
Küləklər
ahdan başladı,
Yağışlar şehdən başladı.
Adəm
ilə Həvva çaşdı, -
Dünya
günahdan başladı...
- Bir
günah da biz elədik,
Elə bildik düz elədik.
Çatana
"sevirəm" deyib
Sözü
sevimsiz elədik...
Nə qədər
eşq, o qədər qəm!
Belə gəlib dünya, aləm.
Kimi bizi
qaraladı,
Kiminə
biz çəkdik qələm...
Keçmir
bu Yerdə nazımız,
Eyzən qəm çalır sazımız.
Torpaq
payın alıb susur
Razımızla
narazımız...
Günəş
keçir o tərəfə:
Xəbərdir, qoyulur zərfə.
Səhər
əyan olacaq,bu
nəyə son, nəyə ərəfə...
Salvador Dali
Ən qəddar
insan mənəm;
Qarışqalar
da şahidim...
Şirniyyat
tabağında,
Filanıncı
ilin
Yay
günü bir nəsil qarışqanı
məhv
edəndən sonra,
çayla
ləzzətlə şəkərbura yedim...
Hörümçəklərin
evini yıxdım,
Yer belləyəndə
soxulcanların
Yuvasını dağıtdım.
Hamam
böcəklərinin anasını ağlatdım...
Kürkümüzə
düşən birələrdən
qurtulmaq
üçün yorğanları yaxdım,
Sonra
hünülərin atasını yandırdım, -
Qanımızı
içirdi o yaramazlar!
-
Bütün insanların intiqamını aldım!
Daha sonra,
Salvador
Dalinin
əriyən
saatlarından vaxtı soruşub...
Ağırlaşan
başımı yatağa atdım...
Və
yatdım...
Nübar Eldarqızı
Ədəbiyyat qəzeti 2024.- 25 may, ¹19.- S.25.