Kürən buludlar
Niyə kükrəyirsən,
ay kürən bulud,
Guya ki, qədrini bilənlərin var?
İlham atlarına
bir təpik vurub,
Səni bezdiribmi bu boşboğazlar?
Nə çıxar
tökülən göz
yaşlarından,
Azad, çılğın
olmaq xoş deyilmi, ya?
Cinləri çağırıb
hər cinlənəndə,
Bundan xoş olarmı ölümlü dünya?
Hər cürə
işləri, həkətləri
var,
Qoyun otartdırar şairə, bunlar.
Boşuna kükrəmə,
kürən buludum,
Sən dinclik tapanda könlün xoş olar.
Balbal nəğməsi
Ömür, sənə
gəldim-getdim,
Sonda nəyi tutdurdum?
Səma zəngindən
zər dərdim,
Selə,
suya baş vurdum.
Ömür, sənə
vardım-döndüm,
Dan suyunda bəsləndim.
Mənə qulaq
tutar, deyə
Göy tanrıya səsləndim.
Gözlərimi açdım-yumdum,
Gəzdim dağı-düzəni.
Dilini udmuş daşam mən,
Söylətməyin siz məni.
Biz türkləriz
Biz türkləriz..
Biz türkləriz!
Göy səmada
bərq vuraraq kükrəriz,
Göy səmada bulud olub titrəriz.
Göy börüdən
gəlir bizim soyumuz,
Göy Tanrıdan qüvvət alıb yaşarız.
Köksümüzdən böyük amal asılıb,
Tariximiz salt daşlara
yazılıb.
Heç zaman
sapmadıq biz yolumuzdan,
Nə də göz yaşında boğulmamışıq.
Göy üzünə
yayılır göy qurdun ötkəm səsi,
Yüz illəri titrədib türklüyün fəth
həvəsi.
At tərkinə minəndə
içimdə ruhum oynar,
Türkü üfüqə səslər
məngu çağırış
səsi.
Qollarıma güc
gəlir, at belinə minincə,
Düşüncə ucur göyə, əl uzanır qılınca.
Əsrlərin tərkinə
qürurla qalxıb çıxan
Bu xalq qayadan da sərt,
bu xalq qaymaqdan
incə.
Heç zaman yenilmədik, yengi hara, biz hara?
Türküstanın kümbəzi ucaldı səmalara.
Hər zaman
mənimlədi əcdadımın
öyüdü,
Layiq olmaq gərəkdir ölümsüz babalara.
Göy Tanrıdan könülə nur diləriz,
Göy səmada yenə də kükrəyəriz.
Göy börülü göy bayraq yenidən göyə qalxsa,
Düşman milyon da olsa, hamısını yenəriz.
Biz türkləriz!
Biz türkləriz!
Biz türkləriz!
Uluğbek Esdaulet
Ədəbiyyat qəzeti 2024.- 25 may, ¹19.-
S.11.