Beynəlxalq Buker
Mükafatının qalibi - bəlli oldu
2024-cü ilin Beynəlxalq Buker Mükafatının
qalibinin adı açıqlanıb.
Alman yazıçısı Cenni Erpenbek ingilis dilində
yazılmış “Kairos” romanına görə 2024-cü ilin
nüfuzlu Beynəlxalq Buker Mükafatına layiq
görülüb.
Bu barədə Londonda keçirilən
mükafatlandırma mərasimi zamanı məlum olub.
Mükafatın münsiflər heyətinin sədri
kanadalı yazıçı Eleanor Vaxtel olub. Mərasimin
yayımı mükafatın saytında yerləşdirilib.
Qalib 50
min funt-sterlinq (təxminən 63,5 min dollar)
məbləğində mükafat alacaq. Qaydalara
uyğun olaraq, Erpenbek pul mükafatını kitabın ingilis
dilinə tərcüməçisi, alman şairi Mixael Hofman ilə
bölüşməyə borcludur.
Qeyd edək
ki, bundan əvvəl irlandiyalı yazıçı Pol
Linç “Peyğəmbərin nəğməsi” romanına
görə 2023-cü il ədəbiyyat
üzrə Buker Mükafatını qazanmışdı.
Ədəbiyyat qəzeti 2024.-
25 may, ¹19.- S.26.