Öz yazısına aşiq
olan balıqçı
tərif bülbülləri
1
Yazının səviyyəsi
zamanla müəllifin
davranışlarına da yansıyır,
oralarda mütləq özünü göstərir.
Ən uğursuz riyaziyyatçıların sonda
qəzəlləri çıxır,
yaxud əvvəl-axır
şeir toplusu peyda olur. Mükəmməl
şeir mətni (şərti olaraq mükəmməl - !) şübhəsiz
ki, gücdür, enerjidir,
poetik enerjinin təkrarsız ifadəsidir,
amma şeir həm də zəiflikdir, daha doğrusu, bu ikisinin qovşağında
kəsilib-dirilən nəfəsdir,
öz ixtisas sahəsində piyada gəzən adamların niqabıdır, şeir həm də bu tipli sənətkarları
ustalıqla aldadır,
onların dilinə qıfıl vurur, adam yazdıqca, elə güman edir ki, yazdıqlarıyla dünyanı dəyişib,
böyük aləm yaradıb, amma və sadəcə, açar kilidin içində vurnuxmaqdan başqa heç nəyə yaramır. Şeir canlı, aşıb-daşan fantaziyanı
xoşlayır, Xətainin
varsağılarına baxın,
yaxud Şəhriyarın
"Heydərbaba"sına, enerji o qədər gözəldir ki, poetik təfəkkürü çəpərləməyə
meyilli təriqət havasını neçə
köynək yarıb
keçir. Ömrü
boyu qəzəlin möhürbəndinə "çırpılan"
şair bir dəfə o qəfəsdən
çıxdımı, qayıdıb
bütün dünya ədəbiyyatını dəyişmək,
köhnə və pas
atmış nəsnələri
alt-üst etmək istər. Müasir dövrdə təsəvvüf
terminologiyasının qədim
divarları arasında
bardaş qurub yazan şairlər var, burda məsələ bir az qəlizdir,
təriqət havası
şairin nəfəsindən
yan keçib onun yazmaq istədiklərini
ondan qabaq yazır, yəni tavtalogiya ən qənirsiz nəsnələrin
havasına da boy ata bilər.
Müasir poeziyamızın
bir qismi belədir, şeir şairdən əvvəl
özünü əzbərə
söyləyir, şairlə
o, iki yanaşı axan və qovuşmayan
çay misalıdırlar.
Belədə, şair
əbədi susmağa
məhkumdur, çünki
açar qıfılın
içində pas atıb.
Şeir nəfəsin
daim, əvvəldən
bilinməyən sonsuza
qədər çalışmasını
istəyir və bu çalışmanın
ən böyük payı yazmamaqdır, anı gözləməkdir,
bu daimi nəfəslik şübhə
toxumları əkir, cücərdir, sənə
elə gəlir ki, mənasız işlərlə
uğraşmısan, sənin
imzan olan mətnlərdə fərqli
heç nə yoxdu, ona görə
də yazıdan qaçmaqla ona tutulmaq eyni nəfəsin
içindən keçir
və bunun özü də şeirdir.
Başqa şəkil,
forma, haşiyə... içində
yazılanlar hava proqnozudur: sabah səhər tezdən buludlar dağılacaq, narın yağış yağacaq və bu hər gün
təkrarlanır, vərəqlər
islanır, yazılanların
mürəkkəbi qlobusun
Afrika tərəfindən aşağı
axır...
Şeirə doğru
əl-ələ tutub
qaçanlar...
2
Repressiya dövrü
poeziyasının psixoloji
çırpıntılarını incələmək maraqlı
olardı. Misralarda, onların arasındakı
bir nəfəslik sahədə inilti, ağrı, iztirab ən dərində qövr edir. Bu şeirlərdə boş
şadyanalıqla kədər,
üzüntü, dövrün,
rejimin taleyə köz kimi basılan
möhürü o mətnləri
yazan şairi dünyanın ən bədbəxt adamı kimi seçir. Stalin rejiminin sonunda Səməd Vurğunun ona həsr olunmuş
iclası radiodan dinləməsi nə qədər ümidverici nəfəs dərimi olsa da, artıq şeirin də sonuydu. Bu yerlərdə şeir qoşmaq yasaqdı. Belə gənc ikən hər gün intihara gedən, heç kəsi, ilk növbədə, özünü
bağışlamayan şairin
"Mən tələsmirəm"
deyimi ağrının
ən dəhşətli
səsidir, sükut adalarında...
3
Bir də Nadir Yalçının "Balıqçılar"
hekayəsi. Bu hekayə,
hətta Nadir Yalçının
özündən də:
"niyə gözəldir?"
- soruşsanız, bir-iki
kəlmə bəs edər. Ən gözəl mətn haqqında o bir-iki kəlməni ürəklə
yaza bilməkdən bəllənir. Təbiidir.
İçində heç
nə yoxdur, - yəni, əhvalat düzgün yerdən
"kəsilib" hekayə
məkanına qoşulub.
Bəzən deyirlər,
axı filan hekayə niyə soyuqdu, niyə bizi həyəcanlandırmır?
Nadirin hekayəsi də həyəcanlandırmır,
özünü əlini
qaşına qoyub bu hadisəni müşahidə edən
məqamda ələ keçirirsən. Əli Kərimin "Tolstoyvari"
şeiri yada düşür
- eynən bu iki qardaş da bir-birlərini suya basmaqla məşğuldurlar
("Koroğlunu suya basar..."). Hekayə - təhkiyə məkanındakı
istisnasız olaraq bütün detallar, işarə və işarələmələr hekayənin
dərinliyində baş
verənləri və
baş verəcəkləri
oxumağa sövq edir. Müasir hekayənin şəkli budur - mətnin dərinliyində işarələnənləri
oxucu özü üzə çıxarır.
Yəni, müəllifin
sızdırdığı bəzi para şeylərin
LƏPİR-i pozulmur heç zaman.
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.-
2024.- 4 may, ¹ 16.- S. 12.