Adonisin şeirlərindən bir çələng...

 

Əli Əhməd Səid İsbər 1 yanvar 1930-cu ildə işığı, məktəbi və yolu olmayan Suriyanın yoxsul Qəssabin kəndində dünyaya göz açmışdır. Uşaq yaşlarından etibarən atasından ərəb şeirləri Quran bilgisini öyrənir.

Suriyanın ilk prezidenti Şükrü əl-Qüvvətlinin dəstəyi ilə o, 13 yaşında fransız orta məktəbində təhsil almağa başlayır beləliklə , doğma kəndini tərk edir. Daha sonra, 1954-cü ildə Dəməşq Universitetinə daxil olur fəlsəfə üzrə təhsil alır. Universitetdə təhsil alması ilə yanaşı Dəməşqdə nəşr edilən bir çox qəzet jurnallarda redaktor vəzifəsində çalışır. Tələbəlik illərində tələbə hərəkatlarına qoşulur, müxtəlif siyasi çıxışlar edir. 1955-ci ildə siyasi fəliyyəti Suriya Sosial Milliyyətçi partiyasına üzv olması səbəbindən 6 aylıq həbs cəzasına məruz qalır.

Yeniyetməlik illərində o, şeirlər yazıb müxtəlif qəzet jurnallara göndərərdi, lakin onun şeirlərini Suriyada, Livanda bir dəfə olsun nəşr etdirmirdilər. Özünün dediyi kimi, 1947-ci ildə Adonis əfsanəsini oxuyur hekayəni çox bəyənir. Əfsanədəki Adonis obrazı ilə özündə, öz taleyində bir bənzərlik görür. Qəzetlərin jurnalların eynən "vəhşi bir qaban kimi" Əli Əhməd Səid Əsbəri öldürdüklərini beləliklə, "Adonis"in doğulduğunu deyir. Qəzetlər, jurnallar Əli Əşbər adıyla qəbul etmədikləri şeirləri Adonis adıyla qəbul edərək nəşr edirlər. O andan etibarən Adonis klassik yunan adını - gülə çevrilmiş ölümcül yaralı oğlanı - öz talismanı kimi qəbul edir...

Siyasi çətinliklər üzündən 1956-cı ildə şair Livana köçür, 1957-ci ildə isə Livan vətəndaşlılığına keçir. Burada o, mühacir yazıçılar rəssamlardan ibarət zəngin bir cəmiyyət qurmuş, "Şeir" "Muvafiq" adlı iki mütərəqqi ədəbi jurnalın əsasını qoymuş bundan əlavə Sent Cozef Universitetində fəlsəfə doktoru adını qazanmişdır.

Hal-hazırda dünyanın yaşayan ən yaxşı ərəb şairlərindən biri, publisisti olan Adonis həyatının böyük hissəsini Livan Fransada keçirmişdir. O, əsərlərini doğma ərəb dilində yazır, 20-dən artıq kitabın müəllifidir. "Dəməşqli Mihyarın nəğmələri" (1961), "Cəm formasında olan tək" (1977), "Əgər yalnız dəniz yata bilsəydi", "Nyu York üçün qəbir" (1971), "Sufizm sürrealizm" (1992) s. o cümlədəndir. Adonis 1995-ci ildə Beynəlxalq Nazim Hikmət Şeir Mükafatına, 2011-ci ildə isə yüksək prestijli Alman ədəbi mükafatı sayılan İohann Volfqanq Göte mükafatına layiq görülmüşdür. Məlumat üçün qeyd etmək lazımdır ki, Əli Əhməd Səid İsbər Adonis "Yeni poeziya" hərəkatının öndə gedən nümayəndələrindən biri hesab olunur.

Mən , fürsətdən istifadə edib Adonisin ərəb dilində qələmə aldığı şeirlərdən bir neçəsini doğma dilimizə tərcümə edib, onları ərəb şeiri poeziyası vurğunlarına təqdim etmək istədim. Bu şeirlərin oxucular üçün maraqlı olacağı ümidi ilə!

 

İlqar İsmayılzadə

 

ADONİS

 

Gözlərində daşıyır...

 

Onun gözlərində bir inci var

O, günlərin sonundan

küləklərdən bir parıltı alır.

yanındakı yağış adalarından

            kömək almaqla sanki bir dağ yaradır.

Mən onu tanıyıram, onun gözlərində

            ilham dənizləri gizlənmişdir.

O, məni bir tarix; bir yeri

            təmizləyən bir şeir adlandırdı.

Mən onu tanıyıram:

            O, məni tufan adlandırdı.

 

 Sirlər...

 

Ölüm bizləri basır bağrına

Macəraçılıqla, zahidliklə.

Bizə öz sirri üzərində yeni bir sirr yükləyir,

O, bizim çoxluğumuzdan təklik yaradır.

 

Səfər...

 

Hərəkət etmədən bir səyahətçi var:

Ey günəş! Mən sənin səhvini

            haradan bilmişəm?

 

Gecə gündüz ağacı...

 

Gün çatmazdan öncə gəlirəm,

Onun günəşi axtarılmazdan öncə işıq saçıram.

Ağaclar ardımca qaçaraq gəlir,

Tumurcuqlar meyvə qabıqları kölgəmdə hərəkət edirlər.

Bu zaman üzümdəki xəyallar qarşımda sükutdan ibarət adalar qalalar yaradır.

Lakin söz onun qapılarından xəbərsizdir.

Sadiq gecə aydınlaşır, gündüzlər isə özünü yatağımda unudurlar.

Mənbələr şəlalə tək sinəmdən axıb yerə töküldükdə,

Düymələr açılıb yuxuya gedəndə,

Suyu yuxuları oyadır,

onlar kimi röya səhifəmi cilalandırıb, yuxuya gedirəm.

 

Qadın üzü...

 

Mən bir qadın üzündə sakinləşdim,

O, bir dalğanın içində yerləşmiş,

            dalğa isə onu sahilə doğru atırdı.

O, öz incilərinin limanını itirmişdi.

Mən bir qadın üzündə sakinləşdim,

Sənsə məni beləcə öldürür,

Dəliliyin son həddinə qədər sönmüş

bir mayak kimi qanımda üzməyi sevirsən.

 

Şəhid...

 

Onun yanan göz qapaqlarında gecəni görəndə

Onun üzündə heç bir xurma ağacı tapmadım mən.

Heç bir ulduzu da, tapa bilmədim.

Mən bir külək kimi onun başının ətrafında

Fırlandım bir qamıştək qırılıb yerə düşdüm.

 

Dua...

 

Kül içində qalmağın üçün dua etdim.

Dua etdim ki, o günü görməyəsən

            ya oyanmayasan.

Gecəni yaşamadıq, qaranlığa üzmədik,

Mən dua etdim, ey Feniks

Sehrin sönməsi qərarımızın

            odda küllər içində olması üçün,

Dua etdim ki, bu bizi dəli etsin.

 

Sükutdan sonra...

 

Nitqin cəsarət etmədiyi

            bir sükutdan sonra qışqırıram

Qışqırıram, aranızdan kimsə məni görürmü?

Bu səssizlikdən sonra, ey qədsiz-qamətsiz

            qalıqlar ey ölən qalıqlar!

Küləklər səsimdə ucalsın səhərlər

            gəlib-çatsın deyə qışqırıram

Dilim qanımda mahnımda olarkən qışqırıram.

Qışqırıram: Aranızdan kimsə məni görürmü?

Nitqin cəsarət etmədiyi bu sükutun altında,

Mən tək olduğuma əmin olmaq üçün

            qışqırıram - mən qaranlıq.

 

Ad...

 

Biz zeytun ağacını uca,

Yolu günəş üçün açılış,

Küləyi keçid üçün icazə,

Quşu isə bir yol adlandırdıq...

 

Adəm...

 

Adəm məni çaşdırdı

Tanrının kədəri ilə

susmaqla, çünki -

"Mən dünyanın atası deyiləm,

Mən Cənnəti , görmədim

Məni Tanrıya doğru apar".

 

Sən kimsən?..

 

Kəpənəyin yanında iki göz

mahnılarımı dəhşət bürüyür.

- Sən kimsən? -

İtirilmiş bir nizə

Tanrı duasız yaşayır.

 

Sənin gözlərinlə

mənim aramda...

 

Sənin gözlərində boğulanda gözlərim

Dərin bir şəfəqi müşahidə edirəm.

Mən orada qədim olan dünəni,

bilmədiyimi görürəm,

sənin gözlərinlə mənim aramda

kainatın hərəkət etdiyini hiss edirəm.

 

Ədəbiyyat qəzeti.- 2024.- 1 noyabr, ¹42.- S.32.