Adım əsgər, rütbəm Şəhid
Poemadan parçalar
Mənim şanlı qəhrəmanım
Haqq yolunda döyüşçüdür.
Qurşun kimi baxışları, polad kimi biləyi var.
Silahlanıb vətən üçün,
torpaq üçün, millət üçün,
Onun cəsur ürəyində min arzusu, diləyi var.
Ölsə belə döyüşlərdə ondan ötrü ölüm nağıl,
O - adında qəhrəmanım torpaq ilə bütünləşir.
Bu vətənin uğurunda canın verən hər bir oğul
Səngərləşir, heykəlləşir, bayraqlaşır, vətənləşir.
***
Savaş varsa demək zəfər də vardır,
Olanlar, olacaq öz sırasıyla...
Qızışmışdı ara iki ay əvvəl
Polad Həşimovun vurulmasıyla.
Arada gərginlik hökm sürürdü,
Hər iki tərəfə yox idi dinclik.
Artıq kəsməkdəydi xalqın səbrini,
Uzun sürən xaos, həm də hərc-mərclik.
Əsgərin atası - mərd generalın,
Ölümüylə artıq hamı coşmuşdu.
İyirmi
yeddisi sentyabrın,
Başlandı. Ordular səddə
toqquşdu.
***
Azadlıq ərlərinin hayqıran
səslərindən,
Sanki bir zəlzələ tək sarsılırdı
göy üzü.
İrəli atıldıqca qabarırdı
ürəyi,
Gözləri böyüsə də
nurlanırdı ay üzü.
Ona sadiq olanlar gəlirdi
arxasınca,
Dağ sayırdı onları, o qəhrəman, o zabit.
Qorxu yoxdu gözündə qarayanız əsgərin,
Qaşları çatılıydı, baxışlarısa sabit.
Yeni bir xəbər gəldi: Atılın sağ cinaha!
Xəbəri tez çatdırın
halqada duranlara.
Bir işarə bəs idi tapşırığı
anlasın,
Bu ürəkdən-ürəyə əlaqə quranlara.
***
Elə
ki, al günəşin od-ocağı
qalandı,
Sübh
çağı on nəfərin
adları sadalandı.
İrəli getmək əmri,
qərarı qəti idi,
Adları
çəkilənlər zabit
heyəti idi.
Bu vaxt çıxdı irəli boy-buxunlu bir igid,
İzin
verin mən gedim! - deyib eylədi təkid.
Bilirsiniz
ki, düşmən hər
addımda izləyir,
Sizləri ailəniz-uşağınız gözləyir.
Mənsə subayam hələ,
icazənizlə gedim,
O mənfur düşmənlərin
hamısını məhv
edim!
On ayın əsgəriydi, cəsarətli, azadə,
Adı tək ehtişamlı Cəbrayıl Dövlətzadə!
On doqquz yaşındaydı,
tam dəliqanlı vaxtı,
(Sən demə Şəhidlikdə qurulu imiş taxtı...)
Yola düşdülər onlar,
gizli yollar seçdilər,
Erməni
postlarına üç
saata keçdilər.
Arxadan hücum edib bölüklərə daldılar,
Mübarizin, Çingizin qisasını
aldılar.
Cəbrayıl boğazladı erməni
polkovniki,
Əlləri güclü idi,
hərəkəti taktiki...
Generalın boynunu qırdı
göz baxa-baxa,
Hünər göstərdi igid
döyüşdə əlbəyaxa.
Bir-bir məğlub edirdi qabağa çıxanları,
Gerçək olurdu sanki bir günə xəyalları.
O quduz köpəklərin canını aldı belə,
Neçəsini gəbərtdi tam yalın
əllərilə.
O gün tarixə düşdü Cəbrayıl
əfsanəsi,
Heyif ki,
tək bircə gün döyüşdən
gəldi səsi...
Duyuq düşüb gəlmişdi
haylar leşin iyindən,
Bir günün qəhrəmanı
vuruldu kürəyindən.
On doqquz yaşlı igid qəhrəmana dönmüşdü,
İlk günün zəfərindən
Qələbəyə pay düşdü.
***
Düşüncələr içində gəzinirdi o yenə,
Baxa bilirdi ancaq işin
nəticəsinə...
Bu Bozqurdlarla mütləq qələbə olacaqdı,
Zəfərin ilk yolunu artıq
Cəbrayıl açdı...
***
Bu gecə qorxulu, hamı təlaşlı,
Acı müharibə - qanlı, savaşlı...
Axşamdan hava da barıt qoxuyur,
O yanda bir əsgər
dua oxuyur.
Yayılır ətrafa inilti səsi,
Bir cavan ürəyin bitir həvəsi...
O, son sözlərini pıçıldayaraq,
Közərən sinəsi enib-qalxaraq,
Allaha, vətənə etibarilə,
Kəlmeyi-Şəhadət gətirir dilə...
***
Keçib topun arxasına
mərmini aldı ələ,
Vurmalıdır hədəfi o,
Əmr verdi komandir:
Düz nişan al, dağı-daşı,
yeri-göyü silkələ,
Elə
at ki, başdan-başa Qarabağı
oyandır.
Atacaqdır, əlbəttə ki, tam hədəfi tuşlayıb,
Mərmini lüləyə saldı,
tam üçə qədər
sayıb.
Sonra dönüb yumruğunu yuxarıya qaldırdı,
Qalib vəziyyəti idi, hər dəfədə alırdı.
İrəlidə susdu həyat, toz dumana qarışdı,
Əridi
gözündə kədər,
olanlarla barışdı.
Vətən üçün vuruşuruq,
şəhidlik dirilikdir,
Arzumuz azadlıq, sülh, bütövlükdür, birlikdir.
Belə
düşüncələrlə qalxdı təpəyə
sarı,
Birdən
sanki qırıldı
dizlərinin bağları...
***
Döyüşlər ara vermir, haqq ayrılır
gümandan,
Bir-birinin ardınca əmr verir Komandan,
Nəhayət çözüləcək otuz illik bu
düyün,
Haydı,
cəsur oğullar, irəliyə, yürüyün!
***
Şəhidlik zirvəsini paylaşdıqca
qardaşlar,
Qızıl qana dönürdü
dik təpələr,
sal daşlar,
Çoxalırdı yad ikən doğmalaşan sirdaşlar.
Üzüağ çıxan hər
kəs bugün haqq döyüşündən,
Zəfər mükafatını asacaqdı
döşündən.
Çıxmışdı şahinlərim
zirvələrin seyrinə,
Savaş
davam edirdi ədalətin xeyrinə...
***
Güclü döyüşdən sonra hamı yorğun, ac-susuz,
Pərişan olmuşdular, itkilər
də çox idi.
Adları
çəkildikcə indi
burda olmayan
Hər ad ürəklərinə
dəyən qanlı
ox idi.
Bir azdan keçməliydi qoşun yenə hücuma,
Əsir
yoldaşlarını xilas
etməliydilər.
And içmişdi ilk gündən
hamısı buna görə
Ölüm bahasına da, birgə
getməliydilər.
Vaxt itirmək olmazdı, tezcə hazır oldular,
Yarıya
bölündülər: meşə
yolu, dağ yolu...
Çatdılar, gördükləri qarşısında dondular...
Ortalıq qan gölüydü,
ətrafsa cəllad dolu.
Demək
müharibənin soyuq
üzü bu imiş,
Dama-dama
qafanı dələn
elə su imiş...
Torpaq üçün torpağa
qarışanlar can idi,
Bir zirehli maşının təkərləri qan idi...
***
Az vaxtda bu qədər
yol möcüzəydi
doğrusu,
Sürətlə irəlləyir Azərbaycan
ordusu!
Hamı
bir yumruq kimi birləşmişdi bir ayda,
Bir idi xalqla ordu
- həm öndə, həm arxada.
Alındıqca hər qarış
torpaq düşməndən
geri,
İrəli! şüarları titrədir
göyü, yeri.
Savaşın ortasından xoş
xəbərlər gəldikcə
Bayram edir xalq, düşmən
geriyə çəkildikcə.
Hərbi
maşın görəndə
tökülür küçələrə,
Su, yemək, corab, papaq göndərirlər əsgərə.
Tutur ana
duası göyün yeddi qatını,
Pay olsun, deyə verir ata son manatını.
Hər günün axırında
bir məlumat gözləyir,
Televizor
qarşısında yeni xəbər
izləyir.
Yumruğunu havaya qaldırdıqca
anbaban
Xalqın
qəlbi atlanır danışdıqca Komandan.
Bu gün Füzulinin bir neçə kəndi, sabah
Cəbrayılın kəndləri, Ağdərə, həm Murovdağ,
ardınca da Xocavənd...
Eheyyy, Xudafərinim artıq azaddır, azad...
***
Bir-bir azad olduqca
kəndləri, şəhərləri,
Üçrəngli bayraq ilə bəzənirdi Qarabağ.
Yağış yuyub üzünü,
açırdı gerçəkləri,
Ordumuz
da çıxırdı imtahandan
üzüağ.
***
Beş gündür ki, səngimir
burda qanlı döyüşlər,
Səslənir o tərəfdən həqarətlər,
söyüşlər.
Əldən salıbdır onu
yorğunluq, yuxusuzluq,
Bir yandan da susuzluq...
Xeyli itki veribdi yağı
düşmən bu həftə,
Leş-leş üstə qalanıb
ermənilər tərəfdə.
Yüksəldir əhvalını bu
da bizimkilərin,
Əsir
zəfər küləyi
dağlardan sərin-sərin.
Ulu Tanrı əli var haqq deyilən bu işdə.
Anası
ağlar qalıb düşmənin bu döyüşdə.
***
Savaş
davam edirdi, sürətlə, dayanmadan,
Qiymətli idi hər an.
Artıq
Zəfər yelləri
əsirdi Qarabağdan,
"Azad oldu!" nidası gəlirdi hər bir dağdan.
Noyabr özü ilə qar-çovğun gətirsə
də,
Ürəklər isti idi, qan coşqun - nəticədə.
***
Bakı
küçələri ən
xoşbəxt günü
Yaşayır, qeyd edir Zəfər gününü,
Bayraq meydanında, çiyin-çiyinə,
Qürurla gəzirdi Qazilərimiz.
Nə sözə gəlirdi, nə saza könül,
O günkü mübarək,
xoş hisslərimiz.
Hamı
qəlbidolu, hamı sevincək,
Gözlər gah ağlayır, gah parlayırdı,
Bir əlində bayraq, birində çiçək,
Bir şair ən kövrək duyğularıyla,
Qazi qardaşları salamlayırdı:
***
Döşünə qəlpəni qızılgül kimi,
Taxan Qaziləri salamlayıram.
Düşmən üzərinə çoşğun
sel kimi,
Axan Qaziləri salamlayıram.
Üz-üzə dayanıb mənfur
yağıyla,
Keçib imtahandan can sınağıyla,
Girdiyi meydandan tək ayağıyla
Çıxan Qaziləri salamlayıram.
Gedib babaların şanlı iziylə,
Savaşa
atılıb bıçaq-nizəylə...
Gözünü itirib, könül
gözüylə,
Baxan Qaziləri salamlayıram.
Payız
gətirsə də ömürünün yazı,
"Cəngi"də dil açdı qəlbinin sazı,
Qoymadı zəfərə bizi
tamarzı,
O xan Qaziləri salamlayıram.
***
Qış günündə üzdə
çiçək açdıran,
Gecəmizə gün işığı
saçdıran,
Yağıları el-obadan qaçdıran
Bu zəfərin mübarəkdir,
ey vətən!
Səman
geniş hey uçduqca
uçasan,
Torpağını ana kimi qucasan,
Qələbənlə Qaf dağından ucasan,
Bu zəfərin mübarəkdir,
ey vətən!
Olmaz imiş, sözdür, dostu düşənin,
Dostu aldı qəlbin "qəlbişüşənin",
Söylənəcək yüz il fəthi Şuşanın,
Bu zəfərin mübarəkdir,
ey vətən!
Haqq deyənlər, haqq yolundan azdılar,
Tarix boyu sənə quyu qazdılar,
...Oğulların şanlı
tarix yazdılar,
Bu zəfərin mübarəkdir,
ey vətən!
Qürurluydu bu Qarabağ səfəri...
Bu torpağın hər oğlu, hər nəfəri,
Qanımızla qazanmışıq zəfəri,
Bu zəfərin mübarəkdir,
ey vətən!
Şuşamızda dağlar başı
dumanlı,
Daha bir də kimsə
olmaz gümanlı,
Qazin rəşadətli, Şəhidin
sanlı,
Bu zəfərin mübarəkdir,
ey vətən!
Xarı
bülbül gələr
bu yaz, səcdənə,
Dursam
min il, yenə də az, səcdənə,
Dayanıbdı bütün Qafqaz
səcdənə,
Bu zəfərin mübarəkdir,
ey vətən!
***
Hər qarış torpağını
öz canınla qorudun,
Sənin
adın vətəndir,
igid hərbçi qardaş.
Vətənin keşiyində ayıq
və sayıq durdun,
Bundan sonra Turanı qurmaq üçün hazırlaş.
Adilə Nəzər
Ədəbiyyat qəzeti.- 2024.- 8 noyabr, ¹43.- S.29.