Şair Orxan Aras və
ya "Eşqlər daha ölmədi"
şeir kitabı
haqqında təəssüratlarım
"Şair" sözü ərəbcədən dilimizə keçmiş əcnəbi söz, "qeyri-adi gücə malik, kahin" mənalarını özündə barındıran bir kəlmədir. Həqiqətən, belə deyilmi?! Ağrı-acılarımızı, sevinc və kədərlərimizi, sevgi və hüsranlarımızı şairlərin dilindən oxumadıqmı bir-birimizə, könül alıb, könül vermədikmi şeirlə?! İstər nəfəsini dayandırıb, torpaq altında qırx gün yata bilən dərviş yogi, istərsə işıq effektləri ilə sehrbazlıqla dünyanı heyrətə salan Koperfild olsun, heç biri duyğularımızın tərcümanı və bizə təsəlli olmur. Əsl sehr, qeyri-adi güc söz sərraflarının qələmində yatır. Özünü tapmış, qəlbində insanlığı otuzdura bilmiş uca şəxsiyyətdir şairlər. Kövrək insanlara da "şair ruhlu insan" deyirik el arasında. Bəzən şair kimliyi ilə insanlıq kimliyi üst-üstə düşmür. Sonucda insanlıq halıdır. İnsan üsyan edər, elə bir situasiyadan keçər ki, insanlıqdan çıxar, amma şair şairlikdən çıxmaz.
Bir şeirin yamacında durmaq
Və ölümünə bu cür haykırmaq keçdi içimdən:
Eşqlər daha ölmədi!
Eşqlər daha ölmədi.
Orxan Arasın "Eşqlər daha ölmədi" şeirindən misralar da bizə deyir ki, bir şeirin yamacına yaslanmaqdır, şeirə tutunmaqdır şairlik. Sənin, mənim, onun yaşadıqlarını hiss edərək hər kəslə bütünləşməkdir şairlik. Ümumilikdə yazıçı, jurnalist və tədqiqatçı kimliyi ilə tanınsa da, şairlik kimliyini də çox sevdim onun. Orxan Aras yaradıcılığı hər yönüylə diqqətəlayiqdir. Şeirlərini türkiyəli jurnalist Muaz Özgünün redaktoru olduğu "Dibace.net" elektron dərgisində oxuya bilərik hərdən. Sosial mediadan paylaşır təkdən-tükdən. Bəzən mənim halımdan yazır, bəzən sənin, bəzən də onun.
Sən bəzən bir quşsan, bəzən bir çiçək.
Sən bəzən bir uşaq təbəssümündəsən,
bəzən bir qadın baxışında.
Sən bəzən ölkəmsən mənim, sürgünə atıldığım.
Bəzən də "ayrılıq" sözü belə edərkən
gözlərimi yaşardan
dostlarımdansan.
Sənin
ismin yox...
İliyinə
qədər türkçü birisidir Orxan Aras. Amma mən sənəti
həmişə milliyyətçilikdən uzaq
görmüşəm. Sənətdə milli kimlik
axtarmamışam heç bir zaman. Ümumiyyətlə sənəti
milliyyətçiliyə aid etmək olarmı? Milliyyətçi
birisi böyük sənətkar ola bilər, amma onun
yaratdığı sənət əsəri artıq milli
kimlikdən çıxıb bəşəriyyətə aid
olmalıdır. Türk olmayan birisi özünü bir
şairin şeirində, yazıçının romanında,
rəssamın tablosunda, bəstəkarın musiqisində tapa
bilirsə, bu, sənətdir deməli. Sənət İnsan
üçündür. Bu cür sənət növü həm
milli kimliyi olan sənətkarı dəyərli etməklə
yanaşı, həm də özünü aid hiss etdiyi məmləkətin
də adının ucalığıdır əlbəttə
ki. Orxan Arasın Almaniya Yazıçılar Birliyinin
üzvü olmağı, onun söz adamı kimi sənət
dünyasında təsdiqidir həm də. Sənət bəşəriyyətə,
insanlığa xidmət etməlidir. Orxan Arasın ən milli
şeirlərində, əsərlərində belə bəşəri
dəyərlər əks olunur.
Mühacir
ədəbiyyatında Nazim Hikmətdən sonra qürbətçilik
mövzusu Orxan Arasın bütün əsərlərində,
hətta tədqiqat işlərində belə sərhədlərini
genişləndirib yerini bərkitdi. "Son cənnət"
romanı, "Almaniya, mənə bir az sevgi ver" əsəri,
Qurban Səidlə bağlı araşdırma kitabları və
şeirləri qürbəti çılpaqlığı ilə
canlandırdılar gözümüzdə.
Anam yox
yanıbaşımda,
Bu günəş
heç isitmir məni.
Çiçəkləri
bir başqa ətirlidir buranın,
Yuxuları
heç uyutmur məni...
Sənət
bəşəri olsa da, sənətkarlar daha çox öz vətənində
söz sahibi olmaq və təsdiqlənmək istərlər. Hər
insan gücünü doğulduğu torpaqdan alar. Torpaq insana
güc verər, həyata bağlayar və əcəl gələndə
ana kimi qucağına alıb sonsuza qədər yorulmadan
qoruyar, gizlədər onu. Bəlkə də torpaq sahibi olmaq
buna görə müharibələrə səbəb olur,
bilmirəm. İnsanın şüuraltı
"dürtü"sü, impulsudur hər halda. Orxan Arası
Azərbaycanda daha çox oxuyub təqdir edirlər. Səbəbi
isə yazıçının uşaqlıqdan "o tay, bu
tay" həsrətiylə yaşayan İğdırdakı
böyüklərinin bütöv Azərbaycan arzuları ola
bilər. Şairin anası - rəhmətlik cənnətməkan
Səbiha ananın Orxan Arasın şair kimliyinin
açığa çıxmasında böyük rolu var.
Ananın cümləsinin əvvəli də şeirlə,
bayatıyla başlardı, gileyini-güzarını, sevgisini
də qafiyəli misralarla bildirər, sonunu da bir şeirlə
bitirərdi. Bilmədiyi dastan, nağıl yox idi...
Orxan Aras
Azərbaycanı sevdi, Azərbaycan da qarşılıq verərək
onu qucaqladı və tanıtdı. Azərbaycanın
tanınmış söz ustadları ilə adının
yanaşı çəkilməsi əsassız deyil. Daha erkən
yeniyetməlik dövründən Nəbi Xəzri, Bəxtiyar
Vahabzadə kimi ulu şairlərlə məktublaşması
Azərbaycan sevdasının qəlbində böyüyüb
Avropada meydan hərəkatlarına qədər genişlənməsinə
təşviq etdi. Bu haqda "Biz Azərbaycanı çox
sevdik", "Ayrılığın rəngi hüzn",
"Qarabağın göz yaşları" kitablarında ətraflı
yazdı.
Vətən
şair Orxan Aras üçün nədir? "Səndə
qalsın, Anadolum" şeirinə Ön sözündə
belə ifadə etdi: " Anadolunun bitməz-tükənməz
davaları, insanlarını təqib edən yoxsulluğu, ona
sarılıb dolanan düşmənçilikləri belə,
heç bir şeyi mənim onu sevməyimə mane olmur"...
Səndə
qalsın,
Anam, atam,
Tozlu
küçələrinə qurban olduğum kəndim,
Obam...
Bir ovuc
buğda üçün tökdüyüm tər,
Əməyim,
çabam
Səndə
qalsın!..
Orxan Aras
şeirlərində hələ də qürbətdən
yazır. Bir var, gerçək qürbət, bir də var,
ruhun qürbəti. Ruhun qürbətini ən dərin yaşayanlar
isə şairlərdir. Deməli, Orxan Aras vətənində
yaşasa belə qürbət onun şeirlərindən
çəkilməyəcək.
Nə
gözəl olardı,
Ancaq məni
düşünsəydin, məni.
Kölgələr
sinməsəydi ürəyimə,
Sonra gələcəyi
yaşasaydın dolu-dolu
Mənim
də yerimə,
Nə
gözəl olardı...
Nə
gözəl olardı, Orxan Aras şeirlərini toplayıb yeni
şeir kitabıyla şair Orxan Arasdan danışsaydı bizə
yenidən, nə gözəl olardı!..
Afaq
ARAS
Ədəbiyyat
qəzeti.- 2024.- 8 noyabr,
¹43.- S.28.