Dediklərim, demədiklərim

 

Sərbəst esse-poema

 

Ağacları qurumaya qoymayaq,

ağaclar quruyanda nəfəsi kəsilir,

yavaş-yavaş can verir bu zaman ağaclar;

ya yeri onu dar eyləyir,

ya suya həsrət qalıb.

Ağacları kəsməyin,

Bu, qəfil faciədir,

gəlir ağacların başına

qəfil ölümlər kimi.

Ağacların nəfəsini kəsməyin,

bəlkə onların nəfəsidir

bizi yaşadan?!

Ağaclar adam kimidir,

amma adam kimi

ağlamaqdan vaz keçir.

Ağacların altından, yanından keçən

suyun şırıltısına baxmısınızmı?!

Nəğməyə oxşayır onun şırıltısı.

Çünki adamlar ona rəng qatmayıb,

ona görə suyun şırıltısı

nəğməyə oxşayır.

Yəqin adamlar bacarmır ona əl vurmağı.

Yarpaqlar da danışa bilir

xəzan olana qədər.

Baxmayaraq, xəzanlar da xışıldayır,

yəqin yarpaqların ruhu hələ

canlarından çıxmayıb.

Yarpaqlar danışanda, quşlar bir az

aralıda dayanır,

ta ki, yarpaqlar sözünü qurtarsın,

Höcət eləməyin vaxtı deyil,

ən yaxşısı aralıda dayanmaqdı.

Qartallar qayaların üzərində

məğrur görünür.

Qartallar elə böyük deyil,

sadəcə, sərçədən böyükdürlər.

Bir qayaların üstündə olanda,

hamı böyük görünür.

Amma bu, qayaların böyüklüyüdür.

Sənin səsin qayalara düşəndə

qayalar da sənə səs qaytarır.

Əslində, bu, qayaların sənə salamıdır.

Həm qayaların böyüklüyüdür,

hamının salamını alır.

Bunlar mənim bildiyim dediklərimdir.

Amma demədiyim o qədər nəsnə var ki...

Məsələn, mən hələ demirəm ki,

nəyə görə mənim üçün yerin altı da,

üstü eynidir.

Çünki heç biri mənlik deyil.

Mənim yerim göylərdədir,

ona görə göylərə baxıram.

Göylərdəki yerim hansı qatdadır,

bunu hələ demirəm.

Ancaq onu deyirəm ki,

niyə sən yatanda işığı söndürürsən?

Gözün qamaşır deyə?

Bu da bir bəhanədir,

sadəcə, sən işıqda yaşamağa

öyrəşməmisən.

Ona görə günəşin işığından

qaçırsan.

Günəşin altında niyə sevinmirsən?

O günəşi ki, Allah sənə pay verib.

Allah dünyaya verdiyi işığı söndürmür,

sən isə bir otağa işığı çox görürsən.

Kim zülmətdə parlayır ki?

Yarasaların gözü görmür,

günəşi axtarır,

sənin gözün ola-ola

öz nurunu söndürürsən...

Bunlar mənim bildiklərim

demək istədiklərimdir.

Lakin insanın bilmədiyi

mənim demədiyim

o qədər nəsnə var ki...

Məsələn, mən deyirəm ki,

çaylardan hoppanmaq elə bir hünər deyil.

Hünərin var, çayın qabağını kəs

Həzrəti Musa kimi.

Sən bilirsən, Həzrəti Musa bizim yurddan çıxıb?!

Mən heç vaxt caydan hoppanmıram,

əgər çayın qabağını kəsə bilmirsənsə,

hoppanmağın mənası yoxdur.

Çay öz yolu ilə gedəcək,

amma çayın yolunu dəyişmək olar...

Deyəsən, mənim oçağım Kəbədir,

hər gün başına dolanıram,

soyuqdur, istidir,

Bu Kəbə mənimdir.

Görəsən, İbrahim peyğəmbər

öz Kəbəsini necə qurub?

Bəlkə elə o Kəbə mənim yurdumdadır?

Eh, mənim yurdum da elə Kəbədir.

Bilirsənmi, İbrahim peyğəmbər

bizim bu yurddan çıxıb...

Əgər belə deyilsə, niyə İbrahim peyğəmbərin

atasının adı Azərdir?

Adəm peyğəmbər cənnətdən

bizim yurda enmişdir.

Əgər belə deyilsə, dünyanın hansı xalqı

insana adam deyir?

Nuhun gəmisi hardadır?

- Bizim yurdda - Ağrı dağında...

Odlar diyarı həm

peyğəmlərlər diyarıdır.

Nəyə görə bizim çaylar ancaq

Xəzərə axır?

Çünki Xəzərin yolu elə Kəbəyə doğru gedir.

Xəzərin dalğaları bizə deyir?

Xəzər özünü dalğalarla qoruyur.

Əgər dalğalar olmasaydı,

Xəzərin suyunu qurutmuşdular.

Siz meşəyə gedəndə canavardan,

aslandan qorxursunuz.

Görürsünüz, qədər meşəni

Xəzər udub?!

Siz meşəyə gedəndə qorxmayın,

çünki siz orada qonaqsınız.

Kaş, hər yerdə insanları canavarlar,

aslanlar kimi qarşılayaydılar.

Onda çaylarımız da Xəzərə

doğru tələsməzdi.

Xəzərin suyu gedib Kəbəyə çatardı.

Biz gedirik meşəyə, bir

ağaclardan tullanmaq üçün.

Onda biz meşələrin şahından

icazə alırıqmı?

Axı bu ağaclara onlar cavabdehdir.

Hələ demirəm ki, mən ağacdan tullananda

ağaclar bir az balacalaşır.

Yəqin ağaclar məndən

böyük görsənmək istəmir.

Mən ağacdan tullananda

ağacdələn səs çıxarmır,

bircə quşlar cəh-cəh vurur.

O da yəqin mənə görə yox...

Hərdən düşünürüəm ki, insandan aciz var;

bəzən bir həşərat sancmasından da

insan ölür.

Təkəbbür insanın gücsüzlüyüdür,

insan torpağı xışlayanda güclüdür,

çünki torpaqda öz izini qoyur.

Bəzən torpağı xışlamağa da

ehtiyac qalmır,

çünki daşlarda da bizim izimiz çoxdur.

Görmürsən Qobustanda adımız

daşlarla yazılıb?

Daşlar bir az torpaqdan fərqlidir;

daşlar torpaqdan ayrılıb,

öz taleyinin sahibi olsun.

Heç nədən asılı olmayan bir tale.

Bircə qayalara söykənsin daşlar...

Heç fikirləşirsən

torpağı, meşələri udan dəniz

niyə daşlara, qayalara dəymir?

Ona görə daşlar, qayalar

sahilin qırağındadırlar.

Daşlar, qayalar dənizin

quyruğunu tapdalamır.

Dənizi saxlayım...

Bir az da özümdən danışım.

Özümdən danışanda mən hələ

demirəm ki, Vətən məni niyə çox sevir.

Ona görə yox ki, mən

Vətəni çox sevirəm.

Təkcə ona görə yox,

ona görə, mən dünyaya Vətənin

duaları ilə gəlmişəm.

Eh, məni böyütməyə Vətən

qədər şeytan daşlayıb,

şeytanı quyularda gizlədib...

Mən deyirəm ki, şeytan nəyə görə

mənə bu qədər düşməndir?

Təyyarələrin göydə uçması

deməkdir?

Göyün onlara aidiyyatı var?

Elə bunun özü şeytan əməlidir.

Vaxt gələcək, atlar təyyarələri ötəcək.

Ona görə atları yəhərləyib

hazır saxlayın.

Atlardan muğayat olun,

çünki atlar hər şeydə təmənnasızdır;

hətta ölməkdə .

Deyirlər, kimlərsə dünyanı idarə edir,

inanmayın belə söhbətlərə,

onlar sadəcə, şeytanın dediklərini edirlər.

Ya da ki, şeytanın qulluğunda dayanırlar.

Hələlik Allah dünyaya baş qoşmur,

ya da ki, az baş qoşur.

Dünya Ona külli-kainatda

sonuncu həlqədir.

Hər şeyin öz vaxt var,

qiyamətə qalıb ki...

Qudurğanlıq, təkəbbür dünyanın bəlasıdır.

Bu bəlaya dualar da kar etmir,

dünya öz-özünün evini yıxacaq.

Hər şeyin öz vaxtı var,

qiyamətə qalıb ki...

olacaq qiyamətdə?

Bunu mən bilmirəm.

Bu, mənim işim deyil.

Amma bilirəm ki, qiyamətin əsas

səbəbkarı dünya olacaq...

Yenə gələk ağacların üstünə,

ağaclar da insan kimi nəfəs alır,

amma insan kimi

nəfəs dərməyə imkan vermirlər.

Bəlkə səhralar da ona görə qurudur?!

Quru səhralar... heç qarşılıqlısız deyil.

Görürsən, canavarların,

aslanların ağaclarla işi yoxdur.

Ona görə onlar canavar kimi qalır,

aslan kimi qalır,

canavar kimi ölür,

aslan kimi ölür...

Əvvəllər dağların dəstəyi ilə

səhralarda da su olmuşdur.

Suyu qıtlığa çıxaran insan...

Vətənimin dağlarına bax,

hamısı sirlidir, möcüzədir.

Yurdumun bütün dağları

Savalana hesabat verir.

Ona görə Savalan bütün

müqəddəs dağların məbədidir.

Mən niyə Savalanın ətəyində

böyümüşəm?

Bu, Tanrının mənə lütfüdür.

Hələ bilmirəm,

ilk dəfə Savalanı görəndə,

onu başı qarlı görəndə

yamaqlı şalvarda, köhnə ayaqqabıda,

cəmi on iki yaşında,

ağlım hələ kəsməyən vaxtlar

bizdən ayrı düşən,

Savalandan aldığım doğmalıq

məni ağuşuna almışdı.

Ömrüm boyu belə nəvaziş

görməmişdim.

Ana nəvazişi görməyən

mən yetimin ruhunu

nədən Savalan bu qədər tilsimləmişdi?

Sanki yetimliyimi unutmuşdum.

İlk dəfə Savalandan yürüşə çıxmışam -

elm, təhsil almaq yürüşünə.

Bu yürüş məni Bakıya gətirirdi.

Şah Xətai Savalanın ətəyindən

yürüşə çıxmışdı

Vətənini bütövləşdirmək üçün.

İlk dəfə Bakıya, Şirvana yürüş etdi Xətai.

Onunla eyni ormanlardan,

eyni cığırlardan keçmişik.

Ona görə məndə Xətainin ruhu var.

Tomris Savalana gəlib çıxmışdı,

məndə Tomrisin qanı var.

Görəsən, haradadır Kirin başı?

Savalan ayrı möcüzədir,

qiyamətdə ona sorğu yoxdur.

Deyəsən, mən çox yazıram,

ən çox Allahımı dərk etməkdən yazıram.

Dünyanın faniliyindən yazıram.

qədər yazsam da mən "Xəmsə"

yaza bilmərəm.

"Xəmsə" bəşəriyyətin şah nüsxəsidir.

Qurandan sonra burda bütün suallara

cavab var.

Şeyx Nizami merac şairidir,

Bir gecə yuxuma girmişdi Şeyx Nizami.

Vətənim haqqında onun

xeyir-duasını eşitdim.

Həzrəti Əlini yuxuda görmüşəm,

O da bizim yurdu çox sevirmiş.

Bəlkə bu dünya ona görə bu

günə düşdü ki, irfan ağsaqqalları

yoxa çıxdı?!

Dədə Qorquddan sonra

Nəsimi kimi Allaha yaxın şairi

Allahsız kimi soydular.

Bundan böyük küfr olarmı?

Xətaidən sonra fatehlik

urvatdan düşdü.

Sabir Vətənimdə cahillərin coxluğundan,

xurufatdan şikayətlənirdi.

Üzeyir peyğəmbərlərin yolu ilə getmişdir,

Muğam azandan sonra ikinci

haqq səsidir.

Görəsən, bu yurdun müqəddəsləri, övliyaları

göylərin hansı qatındadırlar?

Tanrı dərgahında doğma Qarabağımız

müqəddəsliyin simvoludur.

Çünki Təbrizin, Ərdəbilin, Dərbəndin qübləsi

Qarabağdan keçir.

Burda murdarlara yer olmamalıdır.

Babək erməni murdarlığının xəyanətinin

ilk qurbanıdır.

Puşkin erməniyə oğru deməklə heç

ixtira etməmişdi,

sadəcə, həqiqəti demişdi.

Erməni dünyada yeganə toplumdur ki,

təpədən-dırnağa hər şeyi saxtadır.

Dəyərlərdən uzaq toplumdur,

hər şeyi oğurluqdur.

Tanrı onları lənətləmişdir.

Erməni doğulmaq artıq bədbəxtçilikdir.

Saxtalıq, oğurluq, yalan bu toplumun

alın yazısıdır.

Necə iyrənc görünür...

Türk insanlığın zirvəsi,

ədalət carçısıdır.

Türk dünyaya ağalıq etməyincə,

dünyada haqq-ədalət olmayacaq.

Bu, İlahi tapşırıqdır.

Turan imperiyalarında ermənilərin yaşaması

Türkün nüfuzuna ləkə gətirir.

Çünki məğrurluqla çılızlıq bir arada ola bilməz.

Əmir Teymur erməilərin axırına çıxmadığı üçün

məzəmmətə tuş gələcəyindən ehtiyatlanmışdı.

Erməni hətta qul olmağa da yaramır,

çünki qulda da mənəviyyat olur...

Lakin erməni öz ağasının

dar günündə birinci onu satan məxluqdur.

Bu toplum ancaq fahişəlik üçün yarayır.

Bunu Karl Marks demişdir.

Tanrı türkü böyük yaratmaqla ermənini

qara daş kimi qarşısına atmışdır ki,

türk bilsin ki, ondan böyük Tanrı var.

Bu da bir Tanrının imtahanıdır,

Dünyanın yarısını alan İsgəndər

bir tarakan sancmasından dünyasını

dəyişmədimi?

Tanrının türklərə buyruğu

tarakanların üstündən keçməkdir.

Mustafa Kamal Atatürk öz dühasıyla bütün

İmperialist dünyasını sarsıtdı.

Nəriman Nərimanov Azərbaycan

ictimai fikrinin,

Türk dünyasının nuru idi.

Stalin despotizmi bu nuru

söndürməklə türk dünyasına zərbə

vurmağı düşündü.

Nəriman Nərimanov ilk şəhiddir.

Səməd Vurğun, Üzeyir Hacıbəyov

diri ikən şəhid idilər.

Heydər Əliyev müdrikliyin

ucalığın zirvəsi idi.

Hətta düşmənləri onun

böyüklüyü qarşısında mütiləşirdilər.

O, Nərimanovun söndürülmüş

nurunu yenidən  alovlandırdı.

İmperiya təlaş keçirirdi,

lakin bu dəfə bu alovu söndürə bilmədi,

əksinə imperiya bu alovun təsirindən

yanıb külə döndü.

Qarabağın işğaldan azad edilməsi

İstanbulun fəthinə bənzəyir.

İlham Əliyev ikinci Mehmetlə eyni

sırada dayanır.

Hər ikisi İlahi tapşırığı

başa çatdırdılar.

Mehriban xanım bu yurdda

Tomris xatunun ruhunu dirçəltmişdir.

Tarix təkrarlanır...

Bizim yurdumuza Tomrislər yaraşır.

Düşmənlər səksəkədədirlər,

xəyanət  bağışlanmır.

Unutmasınlar Kirin başını,

kim rahat yaşamaq istəyirsə,

türkün ayağını basmamalıdır.

Hətta Hitler bunu etiraf etmişdir,

Stalin türkə dilini çıxarsa da,

dili ağzında qaldı.

Gücü ancaq arxadan zərbə vurmağa çatdı.

Dünyanı bölüşdümək istəyənər

türklərə daha çox pay ayırmalıdır.

Türklərin əcdadları haralarda olmayıb ki...

Sibirdən Dərbəndə qədər,

Təbizdən Aralıq dənizinə qədər,

Uyqurustan, Monqolustandan, Budapeştə qədər...

Bunlar da hələ hamısı deyil.

Erməniyə xoşladığı səhralardan bir məkan

ayrılmalı, bu məkan qapalı olmalı,

insanlıq murdarlanmamalı,

dünya təmizlənməlidir.

Bunları zaman diktə edir,

bəlkə Tanrı diktə edir...

 

Rafiq ƏLƏKBƏR

 

Ədəbiyyat qəzeti.- 2024.- 8 noyabr, №43.- S.26-27.