Bayrağım
Çox məşəqqətlər
çəkdi[U1]
Elimiz
Qarabağda.
Ucaltmağa
çatmadı
Əlimiz
Qarabağda.
Səni
öyə bilmədi
Dilimiz
Qarabağda.
Gör
neçə il yaşadıq
Bu həsrətlə,
Bayrağım.
Dalğalan
başım üstə
Əzəmətlə,
Bayrağım!
İgidlərin
zərbindən
Tülkü
tək qaçdı yağı.
Zirvələrə
sancıldı
Qalibiyyət
bayrağı.
Dosta Zəfər
müjdəsi,
Düşmənə
sən göz dağı.
Bədxahlarım
boylansın
Qoy həsədlə,
Bayrağım.
Dalğalan
başım üstə
Əzəmətlə,
Bayrağım!
Varlığınla
tanıtdın
Dünyaya
bu Vətəni,
Öpüb
gözümüz üstə
Qoymuşuq
hər vaxt səni.
Neçə
şəhidin oldun
Sən
müqəddəs kəfəni.
Anırıq
ehtiramla,
Fəxarətlə,
Bayrağım.
Dalğalan
başım üstə
Əzəmətlə,
Bayrağım!
Sən
sülhün keşikçisi,
Səadət
nişanəsi,
Haqq-ədalət
carçısı,
Həqiqət
nişanəsi.
Bu
torpağın, bu xalqın
Sən
qeyrət nişanəsi,
Durdun
düşmən önündə
Mətanətlə,
Bayrağım.
Dalğalan
başım üstə
Əzəmətlə,
Bayrağım!
Vətənimin
adıyla
Adın
çəkilir qoşa.
Hər dəfə
yüksələndə
Qəlbimiz
gəlir cuşa.
Günəştək
ucal göyə,
Ucalarda
hey yaşa!
Seyr etsin
Türk dünyası
Məhəbbətlə,
Bayrağım.
Dalğalan
başım üstə
Əzəmətlə,
Bayrağım!
Şəhidlər
xiyabanı
Ayaq saxla,
asta keç
Şəhidlərin
yanından.
Onlar Vətən
yolunda
Keçiblər
öz canından.
Bayrağım
da rəng alıb
Şəhidlərin
qanından.
Burda
uyuyur neçə
Müharibə
qurbanı.
Ziyarət
et buranı,
Ziyarətgahın
olsun
Şəhidlər
xiyabanı.
Hər
şəhidə qoyulan
Bir heykəldi
başdaşı.
Burda
daşları yuyur
Anaların
göz yaşı.
Şəhidlərin
müqəddəs
Ruhu burda
dolaşır.
Ehtiramla
yad elə,
Əziz
tut bu məkanı.
Xalqımın
qan yaddaşı,
Bir
ölməzlik dastanı, -
Şəhidlər
xiyabanı.
İgid
oğullarıyla
Vətən
hər vaxt öyünür.
Şəhidlərin
ürəyi
O məşəldə
döyünür.
Qürur
hissi keçirir,
Qəlbimiz
dağa dönür.
Bu yurdun
yaxasında
Bir fəxarət
nişanı.
Müqəddəs
and yerimiz,
Əbədiyyət
ünvanı, -
Şəhidlər
xiyabanı,
Şəhidlər
xiyabanı!
Şəhid
anası gəlir
Bu yurdun
igidləri
Sipər
etdi özünü,
Vətənə
qurban getdi
Heç
qırpmadan gözünü.
Öz
qanıyla tarixə
Yazdı
Zəfər sözünü.
Qarabağda
Bayrağım
Əzəmətlə
yüksəlir.
Ehtiramla
baş əyin,
"Vətən
sağ olsun!"- deyən
Şəhid
anası gəlir,
Şəhid
atası gəlir!
Qarabağım
məkrlə
Əlimdən
alınmışdı.
Neçə
yüz min soydaşım
Doğma
yurd-yuvasından
Didərgin
salınmışdı.
Malı,
mülkü, sərvəti
Talanıb
çalınmışdı.
Farsa, rusa
güvənib
Ağnayırdı
yurdumda
Erməni
ulaqları.
Otuz ildi
kar idi
Dünyanın
qulaqları.
Eşitmirdi
səsimi
Haqq-ədalət
adından
Danışan
o ölkələr.
Otuz ildi
yurdumun
Başı
üstə gəzirdi
Qara-qara
kölgələr.
Daha bizi
üzmüşdü
Boş vədələr,
"bəlkə"lər.
Fəqət,
Haqqın Günəşi
Dağıdaraq
buludu
Doğdu
Qarabağımda!
Cəngavər
igidlərim
Erməni
faşistləri
Qovdu
itiqovantək,
Boğdu
Qarabağımda!
Əsarətdən
qurtuldu
Neçə
kəndim, şəhərim.
Yenə
güldü üzümə
Qarabağda
səhərim.
Qəhrəman
şəhidlərim
Əyilməyə
qoymadı
Millətimin
qürurun.
Yaradan da
onlara
Pay
vermişdi öz nurun.
Qarşısında
diz çökün,
Dağlar,
salama durun!
Şəhidləri
xalqımın
Hamı
baş tacı bilir.
Şəhidlər
qanı hopmuş
Al
Bayrağa bürünüb
Şəhid
anası gəlir,
Şəhid
atası gəlir!
Mübariz
Milli Qəhrəmanımız
Mübariz
İbrahimova
O mənfur
düşmənin başının üstə,
O gecə
şimşək tək çaxdı Mübariz!
O gün
daş qoymadı daşının üstə,
Düşməni
odlara yaxdı Mübariz!
"Biz
şəhid olsaq da, sağ olsun Vətən!" -
Deyib irəliyə
şığıdı birdən.
Düşmənin
üstünə gör neçə yerdən,
Güllətək,
mərmitək yağdı Mübariz!
Göz
aça bilmədi o gecə yağı,
Gördü
qisasımı intiqam çağı.
Şəhidlər
qanına batan bayrağı
Əsir
torpaqlara taxdı Mübariz!
Türk
oğlu dünyanı saldı heyrətə,
Vicdanı
yatmışlar gəldi qeyrətə.
Vətən
səmasından əbədiyyətə
Parlaq
ulduz kimi axdı Mübariz!
Yaralı
torpağı anası sandı,
Səməndər
quşutək Vətənçün yandı.
Düşmən
qarşısında mətin dayandı,
Yenə səngərdədi,
sağdı Mübariz!
Qəlbimizdə
yaşayırsınız
Qarabağ
döyüşlərində itkin düşmüş
Mübariz İsayevə və bütün şəhidlərimizə
Can fəda
etdiniz bu yurd uğrunda,
Siz şəhid
adını daşıyırsınız.
İtkin
düşsəniz də Vətən yolunda,
Elin
yaddaşında yaşayırsınız!
Düşmən
endirəndə bayrağımızı
Silaha
sarılıb öndə getdiniz.
Aldıq
səngərlərdən sorağınızı,
Əsir
torpaqları azad etdiniz.
Qalmadı
düşmənin daşı daş üstdə,
Yenə
dalğalandı məğrur bayrağım.
Özünüz
geriyə dönməsəniz də,
Geriyə
qayıtdı öz Qarabağım.
Vətən
öz qoynunda dəfn edib sizi,
Hamı
yad eləyir xeyir-şərində.
Mələklər
qaldırıb cənazənizi
Tanrı
dərgahına çiyinlərində.
Can fəda
etdiniz bu yurd uğrunda,
Siz şəhid
adını daşıyırsınız.
İtkin
düşsəniz də Vətən yolunda,
Bizim qəlbimizdə
yaşayırsınız!
Şəhidim
Nur
üzlü şəhidimiz Mirəli Mirfəttah
oğlu
Təhməzovun əziz xatirəsinə
Tanrının
ən sevimli bəndəsi, nurdu şəhidim,
Bizə
başucalığı, daim qürurdu şəhidim.
Vətənin
çağrışına əldə silah getdi həmən,
Düşmənin
qarşısında dağ kimi durdu şəhidim.
Qəhrəman
oğullartək öz dəmir yumruğunu
Yurdumu zəbt
edənin başına vurdu şəhidim.
Şəhidlik
zirvəsinə ucalsa da haqq yolunda,
Bizim
üçün həmişə sağdı, məğrurdu
şəhidim.
Ey
Ədalət, şəhidə nə qədər yazsan da,
azdı,
Qəlbimizdə
əbədi abidə qurdu şəhidim.
Ədalət
SALMAN
Ədəbiyyat
qəzeti.- 2024.- 8 noyabr, №43.- S.22.