Beynəlxalq Muğam Mərkəzində
görkəmli alim-şair
Mahirə Nağı qızı Hüseynovanın yaradıcılıq
gecəsi keçirilib
Noyabrın 2-də Beynəlxalq Muğam
Mərkəzində Qərbi
Azərbaycan İcmasının
təşkilatçılığı ilə görkəmli alim və pedaqoq, sevilən şair və ictimai xadim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq
əlaqələr üzrə
prorektoru, professor Mahirə
Nağı qızı
Hüseynovanın yaradıcılığına
həsr edilmiş poeziya gecəsi keçirilib.
Təntənəli məclisin iştirakçısı
olan elmi-mədəni ictimaiyyətin təmsilçiləri,
rəsmi qurumların nümayəndələri əvvəlcə
Mahirə Nağı qızı Hüseynovanın
elmi-bədii yaradıcılıqğını
əks etdirən kitablarla və illüstrativ materiallarla tanış oldular.
Tədbirin aparıcısı Mahirə
Nağı qızı
Hüseynovanın çoxyönlü
elmi-pedaqoji və bədii yaradıcılığı,
geniş ictimai fəaliyyəti barədə
məlumat verib. Sonra alimin zəngin və mənalı ömür yolunu əks etdirən videosüjet nümayiş
etdirilib.
Qərbi
Azərbaycan İcmasının
Qadınlar Şurasının
sədri, Milli Məclisin
deputatı Məlahət
İbrahimqızı Mahirə
Nağıqızının ömür yolunun ictimai önəm daşıyan yönlərinə
nəzər salaraq onun qadın hərəkatında, uzun illərdən bəri qaçqın taleyi yaşayan soydaşlarımızın
Qərbi Azərbaycana
qayıdışı ilə
bağlı təşkilatlanmada
təşəbbüskar və
səmərəli fəaliyyətini
vurğulayıb, diqqətə
çatdırıb ki, dilçi-türkoloq
alim, elm və maarif təşkilatçısı kimi
Mahirə xanım həm də Qərbi Azərbaycan Televiziyasında “Ziyalı”
elmi-publisistik verilişin
müəllifidir.
Mahirə
xanımın incə
ruhlu, yüksək amallı şeirlər müəllifi olduğunu xatırladan deputat onu da qeyd edib
ki, onun poetik yaradıcılığında Vətən sevgisi, təbiət, məhəbbət
və insanın ruhi-mənəvi dünyası
aparıcı mövzulardır.
"Mahirə xanımın yaradıcılığında müxtəlif mövzular əks olunur. Bunlar vətən sevgisi, təbiət, ilahi məhəbbət, insanın ruh aləmi mövzularıdır.
Lakin onun poeziyasında
ən diqqətçəkən
məqamlardan biri Vətənə olan sevgisidir. O, Vətən torpağının hər
qarışını sevgi
ilə tərənnüm
edir. Mahirə xanımın yaradıcılığında
Qarabağın 30 il müddətində
işğal altında
olduğu dövrdə
elə bir guşəsi yoxdur ki, onunla bağlı şeir və ya hekayəsi olmasın. Bu gün isə artıq Qarabağ azaddır, Azərbaycanın ərazi
bütövlüyü bərpa
olunub və bu tarixi zəfər
Mahirə xanımın
yaradıcılığında yeni bir mərhələnin başlanğıcıdır", - deyə Məlahət İbrahimqızı diqqətə
çatdırıb.
Azərbaycan Milli Elmlər Akademiyasının
Prezidenti, akademik
İsa Həbibbəyli isə
filoloq alimin ana dili və ədəbiyyatımızın
aktual mövzularında
məhsuldar araşdırmalarından,
Qərbi Azərbaycanın
mədəni irsinin qorunub yaşadılmasında
fəal iştirakından,
elmi kadrlar hazırlığında fəaliyyətindən
söz açıb.
Azərbaycan Dövlət Pedaqoji
Universitetinin (ADPU) rektoru,
professor Cəfər Cəfərov
rəhbərlik etdiyi ali məktəbin yetirməsi olan Mahirə Nağı qızı Hüseynovanın
sevimli müəllimi,
unudulmaz dilçi
professor, şair və
ictimai xadim Həsən Mirzənin
elm, sənət və
məslək yolunu uğurla davam etdirdiyini qeyd edib. O bildirib ki, orta məktəbdə müəllimlik fəaliyyətini
sonrakı illərdə
doğma universitetdə
davam etdirən filoloq namizədlik və doktorluq dissertasiyaları müdafiə
etmiş, dilçilik
kafedrasında müdir,
filologiya fakültəsində
dekan işləmiş,
hazırda prorektordur.
"Mahirə xanımın həm incə ruhluşair olması, həm alimliyi, həm də ki, gözəl pedaqoq olması özünü təşkilatçılıq sahəsində də göstərir. Bizim universitetin əməkdaşları
təsdiqləyərlər ki, onun fəaliyyəti nəticəsində universitetimiz
və onun bir müddət rəhbərlik etdiyi Filologiya fakültəsi həm tertibatına göre, həm də mahiyyətinə görə gözəl bir məkana çevrilmişdir. Mahirə
xanım həm də yenilikçi bir insandır. 44 günlük Vətən Müharibəsindəki qələbədən
sonra onun təşəbbüsi ilə
Universitetimizdə zəfər
gününə və
şəhidlərimizin xatirəsinə
həsr olunmuş stendlər yaradıldı.
Bu stendlər tədbirlər
zamanı gələn
qonaqların ziyarət
etdiyi yerə çevrilib. Onun təşəbbüsu ilə
Filologiya fakültəsində
"Meh" Ədəbi Dərnəyi
yaranıb və burada universitetin istedadlı tələbələri
gözəl işlər
görürlər", - deyə
Cəfər Cəfərov
bildirib.
Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov Mahirə Nağı qızı Hüseynovanın
milli dilçilik elminə
verdiyi töhfələrdən,
onun poetik dünyasında Ana, Ana dili
və Ana Vətən
anlayışlarının məfkürəvi təcəssümündən
danışıb. Qeyd
edib ki, şairin yüksək mənəvi
dəyərləri incələyən
onlarca şeirinə mahnı qoşulub və bu axşamkı
yaradıcılıq hesabatı
da həmin nəğmələrlə
müşayiət olunur.
Tədbirdə digər çıxış
edənlər bildiriblər
ki, Mahirə xanım bu gün elmi
fəaliyyəti ilə
bərabər, ölkənin
ictimai həyatında
da fəal iştirak edir. Onun Qərbi
Azərbaycan İcmasının
fəaliyyətində də
böyük əməyi
var və Qərbi Azərbaycan həqiqətlərinin
ölkə daxilində
və xaricində təşviq edilməsi istiqamətində intensiv fəaliyyət göstərir.
Çıxış edənlər onu da vurğulayıblar
ki, çoxşaxəli və
məhsuldar fəaliyyəti
ilə tanınan professor
Mahirə Nağı qızı Hüseynova
60-dan çox elmi əsərin, monoqrafiyanın,
tədqiqat əsərlərinin
müəllifidir. Bildirilib
ki, bu əsərlərin
bir çoxu müxtəlif dillərdə,
xarici ölkələrdə
nəşr edilib və tədris edilir.
Qeyd edək ki, müasir Azərbaycan poeziyasında
Mahirə Nağıqızı
imzası ilə tanınan və sevilən şair Türk dünyasının
bir sıra universitetlərinin fəxri
professorudur.
Mahirə
xanımın 70-dən çox
şeirinə musiqi bəstələnib.
Sonda çıxış edən
Mahirə Nağıqızı
təşkil olunmuş
gecəni öz yaradıcılığının hesabatı kimi dəyərləndirib, elmi
fəaliyyətinə göstərilən
diqqətə görə
minnətdarlığını bildirib.
"Bu axşam çox qürurluyam, eyni zamanda, həyəcanlıyam.
Beynəlxalq Muğam Mərkəzində keçirilən
yaradıcılıq gecəsi
mənim hesabatım kimi qəbul edildi. Bu gün sözə, elmə verilən belə dəyər məni daha məhsuldar çalışmağa ruhlandırdı.
Qərbi Azərbaycan İcmasının üzvü
olaraq Ali Baş Komandanımız İlham Əliyevin
rəhbərliyi ilə
qədim yurd yerlərimizə qayıtmaq
uğrunda mübarizədə
daha fəal iştirak edəcəyəm.
Bundan sonra da gələcəyə böyük
inamla yazıb-yaradacaq,
tədqiqatlar aparacaq və sonrakı nəsillərin maariflənməsi
üçün əlimdən
gələni əsirgəməyəcəyəm.
Belə bir tarixi missiyaya xidmət etmək böyük şərəfdir",
- deyə Mahirə xanım qeyd edib.
Gecədə şairin müəllifi
olduğu şeirlər
Azərbaycan Respublikasının
xalq artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının
Aparıcı səhnə
ustası, "Şöhrət"
ordeni laureatı Nurəddin Mehdixanlı, Azərbaycan Respublikasının
xalq artisti Sabir Məmmədov, bədii qiraətçi, gənc şair Xəzər Süleymanlı və başqaları tərəfindən
səsləndirilib.
Tədbirdə həmçinin Mahirə
xanımın sözlərinə
bəstələnmiş mahnıları
Azərbaycan Respublikasının
xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova
bacıları, Azərbaycan
Respublikasının əməkdar
artisti Cabir Abdullayev,
Az.TV- nin və Beynəlxalq Muğam Mərkəzinin solisti Almaxanım Əhmədli,
Leyla Rəhimova və
başqaları ifa edərək onun yaradıcılığı barədə
təsəvvürü daha
da zənginləşdiriblər və mərasimə əlavə təntənə
gətiriblər.
Aynurə ƏLİYEVA
Azərbaycan Dövlət Pedaqoji
Universitetinin əməkdaşı
Ədəbiyyat qəzeti.- 2024.- 8 noyabr, №43.- S.17.