Xuraman Muradovanın yaradıcılığına
həsr olunmuş görüş keçirildi
Milli Müdafiə
Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində Azərbaycan, Türkiyə Yazarlar Birliyinin üzvü, Özbəkistan Yazıçılar İttifaqının fəxri
üzvü, Əlişir Nəvai adına Özbəkistan Dövlət Universitetinin fəxri professoru Xuraman Muradovanın gənclərlə görüşü
keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin,
Gənclər və İdman Nazirliyinin,
Milli Müdafiə Universitetinin
tabeliyində olan Hərbi Kolleclə birgə təşkil etdikləri tədbirdə
millət vəkilləri,
mədəniyyət xadimləri,
şəhid valideynləri,
qazilər, gənclər
və ictimaiyyət nümayəndələri iştirak
ediblər.
Öncə vətən uğrunda
canından keçmiş
şəhidlərin xatirəsi
bir dəqiqəlik sükutla anılıb, himn səsləndirilib.
Sonra Xuraman Muradovanın yaradıcılığı ilə
bağlı hazırlanmış
videoçarx nümayiş
etdirilib.
Qeyd olunub ki, Azərbaycan Yazıçılar Birliyinin
və Türkiyə Yazarlar Birliyinin üzvü, “Vektor Beynəlxalq Elmlər Akademiyasının, Əlişir
Nəvai adına Daşkənd Dövlət
Universitetinin fəxri professoru, Özbəkistan Respublikası Beynəlxalq
Ədəbiyyat, Sənət,
İctimai Fənlər
Akademiyasının fəxri
akademiki, Türk Dünyası Araşdırmaları
Beynəlxalq Elmlər
Akademiyasının fəxri
professoru olan Xuraman Muradova istər sahibkar, istərsə də yaradıcı bir insan kimi ölkəmizdə
və bir sıra türk dövlətlərində fəxri
adlara layiq görülüb, orden və medallarla təltif olunub, xaricdə təşkil olunan ədəbi-mədəni
tədbirlərdə ölkəmizi
layiqincə təmsil edib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri səlahiyyətlərinin icraçısı,
nazir müavini Məcid
Seyidov təmsil etdiyi qurumun və gənclərin adından Xuraman xanıma təşəkkür
edib, tədbirin gənclərin vətənpərvərlik
tərbiyəsinə təsiri,
eyni zamanda şeirə, ədəbiyyata
olan marağının
yüksəlməsinə önəmli
töhfə kimi dəyərləndirib.
Məcid
Seyidov əlavə edib ki, bu cür
tədbirlərin təşkilinin
Muxtar Respublikanın bölgələrində həyata
keçirilməsi üçün
də əsaslı zəmin yaranıb və bu istiqamətdə
müvafiq işlər
aparılacaqdır.
Naxçıvan Muxtar Respublikasının
Mədəniyyət naziri
səlahiyyətlərinin müvəqqəti
icraçısı, nazir müavini
Həsən Seyidov Xuraman xanım Muradovanı Naxçıvanda
görməkdən məmnunluğunu
ifadə edib, təşkil olunan görüşün Naxçıvan
ədəbi mühiti
ilə tanışlıq
və bu sahədə yeni əməkdaşlıq
əlaqələrinin qurulması
baxımından uğurlu
olacağına inamını
ifadə edib. Qeyd edib ki, Xuraman
xanımın yaradıcılığında
Naxçıvana həsr
olunmuş yaradıcılıq
nümunələrinin olması
onun 100 illik muxtariyyət yolu keçmiş diyarımıza
olan sevgisinin təzahürüdür.
Milli Müdafiə Universitetinin
tabeliyində olan Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik-leytenant Yaşar Hüseynov, Naxçıvan
Yazıçılar Birliyinin
sədri Asim Yadigar, “Naxçıvan Şəhid
Ailələri” İctimai
Birliyinin sədri Mayis Gülməmmədov,
Naxçıvan Muxtar
Respublikası Ailə,
Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsinin
sədri Ramilə Seyidova da öz təəssüratlarını və fikirlərini bölüşüblər.
Xuraman Muradova tədbirə görə təşkilatçı
qurumlara öz dərin minnətdarlığını
ifadə edib, Naxçıvanın və
bu yurdun insanlarının onun üçün əziz, doğma olduğunu diqqətə çatdırıb.
Şairə öz yaradıcılığına aid şeirlərdən parçalar
səsləndirib, müəllifi
olduğu kitablar haqqında məlumatları
diqqətə çatdırıb.
“Əsrə bərabər
20 il” kitabına xüsusi
önəm verən şairə bildirib ki, burada əsasən ümummilli lider Heydər Əliyevin layiqli davamçısı
Müzəffər Ali Baş
Komandan, Prezident
İlham Əliyevin qazanılmış
möhtəşəm Zəfərdə,
ölkəmizin inkişaf
və tərəqqisi
yolundakı yorulmaz fəaliyyətindən bəhs
olunur.
Xuraman Muradovanın zəngin yaradıcılıq nümunələrindən
“Əsrin qəhrəmanı
olan Komandan!”, “Zərifə xanım”, “Nəbi və Həcər dastanı”, “Döz ürəyim” şeirləri, sözlərinin
müəllifi olduğu
“Sənə məktub
yazacam” və “Ayrılıqlar” adlı mahnıları səsləndirilib.
Tədbir
çərçivəsində Xuraman Muradovanın yenicə çapdan çıxmış “Kimim
var ki dağlarda?!” adlı
kitabı ilk dəfə
ictimaiyyətə təqdim
olunub.
Ədəbiyyat qəzeti.- 2024.- 8 noyabr, ¹43.- S.19.