"Buker"
mükafatının 2024-cü
il üzrə qalibi
elan olunub
Dünyanın nüfuzlu ədəbiyyat
mükafatı olan
"Buker"in ("Booker Prize")
2024-cü il üzrə qalibi
elan olunub.
Mükafatın rəsmi saytında
xəbər verildiyi kimi, qalib Londonda
keçirilən mükafatlandırma
mərasimində açıqlanıb.
Qalib qısa siyahı əsasında seçilib.
Mükafatın 2024-cü il üzrə qalibi “Orbital” romanı ilə Samantha
Harvey olub.
Qeyd edək ki, qısa siyahıya aşağıdakı
6 müəllif və
əsər daxil idi.
1. Percival
Everett (“James”)
2. Samantha
Harvey (“Orbital”)
3. Rachel
Kushner (“Creation Lake”)
4. Anne
Michaels (“Held”)
5. Yael van
der Wouden (“The Safekeep”)
6.
Charlotte Wood (“Stone Yard Devotional”)
Qısa
siyahıda əsərləri
yer alan altı yazıçıdan
beşi qadın idi. Bu, mükafatın 55 illik tarixində bir ilk idi.
Xatırladaq ki, "Buker" mükafatı
hər il ingilis dilində yazılan və Böyük Britaniya və İrlandiyada nəşr olunan əsərlərə
verilir. Mükafatın
məbləği 50 min funt
sterlinqdir. Ötən
il "Buker"in qalibi
"Prophet Song" əsəri ilə Paul Lynch olub.
Ədəbiyyat qəzeti.- 2024.- 15 noyabr, №44.- S.27.