Ürəklərdə izi qaldı
Azərbaycanın Xalq
şairləri
- Rəsul Rzanın və Nigar Rəfibəylinin xatirəsinə böyük ehtiramla
"Quş qanadla uçar" deyiblər. Dövrünün, zamanın
çətin vaxtlarında
poeziya cəbhəsində
sözlə döyüşə
çıxan Rəsul
Rza və Nigar Rəfibəyli ona görə uzaq məsafələrə,
şeirin dərinliklərinə
uça bildilər
ki, onlar həyatda olduğu kimi, ədəbiyyatda da çiyin
yoldaşı idilər.
Şeirə gətirdikləri
yenilikləri ilə ədəbiyyat tariximizə
qızıl səhifələr
yazan Rəsul və Nigar cütlüyü
özülünü qoyduqları
ənənəni övladlarına
ötürə bildilər.
Bu gün Anarın simasında Azərbaycan ədəbiyyatının böyük
bir inkişaf mərhələsinin mənzərəsini
görürük. Anar
anası Nigarın, atası Rəsulun söz savaşını poeziyadan nəşrə keçirdi. Rəsul Rza, Nigar Rəfibəyli
və Anar yaradıcılığı Azərbaycan
ədəbiyyatının qürurverici
bir mərhələsini
təşkil edir.
Böyük şairimiz Rəsul
Rzanın ölümündən
illər keçsə
də, ötən əsrin otuzuncu illərində Azərbaycan
poeziyasında özülünü
qoyduğu poetik yeniliklər yaşam ənənələrini gələcək
nəslə ötürə
bildi. O, Azərbaycan ədəbiyyatının çətin
və şərəfli
illərində dilimizi,
tariximizi bir novator şair kimi dünyada tanıtdı. Bununla yanaşı, ölkəmizdə
oxucular tərəfindən
günbəgün sevildi
və illər ötdükcə nəinki
Azərbaycanda, eləcə
də Sovetlər Birliyində məşhurlaşdı.
Vəfatından keçən bu
illər ərzində
o yaddan çıxmadı,
əksinə, daha çox sevildi, əsərləri dillər
əzbəri oldu. Onun yaradıcılığından
bəhs edən çoxlu əsərlər
yarandı, bu da Rəsul Rzanın böyük bir fenomen olduğunu təsdiq edir. Şairin əsərləri
təkcə o dövrdə
deyil, bu günümüzdə də
oxucuların marağına
cavab verir. Müasir Azərbaycan poeziyasının sevilən
şairi kimi qəlblərdə özünə
məskən salaraq əbədi yaşaya bilmişdir.
O, yenilikçi şair idi, özündən sonra gələn, yolunu davam etdirən
şairlər üçün
ədəbi bir məktəb yaratmışdır.
Əslində bu yol gələcək şairlər üçün
bir örnək idi. Rəsul Rzanın açdığı
ədəbi məktəb
keçən əsrin
50-ci illərindən sonra
formalaşaraq yeni bir ədəbi yol yaratmağa nail ola bilmişdir.
Bu yenliyinə görə
o novator şair kimi ədəbiyyatda öz təsdiqini tapır. Sərbəst şeirləri ilə əvvəllər qınağa
tuş gəlsə də, tutduğu yoldan çəkilmədi,
sonralar da fikirlərini
sərbəst şeirlərində
qələmə alaraq
oxucuların diqqətini
özünə çəkə
bildi. O, həm də heca vəznində
gözəl şeirlərin
müəllifidir.
Rəsul
Rza klassik, eləcə də dünya ədəbiyyatını
dərindən bilən
dahi şairlərimizdən
biri idi. Altımışıncı illərdən
sonra ədəbiyyata gələn cavan şairlərdən bir qismi Rəsul Rza poeziyasından bəhrələnərək, onun
yolunu seçmişdi.
Ədəbiyyata yeni qədəm
qoyan cavanlara məsləhət və tövsiyələr verirdi,
onun poeziyasından çox şey öyrənən gənc qələm sahibləri sonradan böyük uğura çata bildilər. Rəsul Rza şəxsiyyətinə,
poeziyasına sevginin nəticəsidir ki, onun haqqında çoxlu şeirlər, poemalar yazılmışdır. Azərbaycan
poeziyasında novator ustad kimi onun
böyüklüyünü xalq həmişə ehtiramla yad edir.
Rəsul
Rzasız ötən illərdə onu sevənlərin qəlbində
bir nisgilli guyğular yatır. O, böyük insanın haçansa yenidən poeziyada görünəcəyi
ümidi ilə poeziyanın gözləri
yol çəkir. Böyük Azərbaycan poeziyasını zirvələrə
qaldıranlardan biri də Rəsul Rza dühasıdır.
Bir ürəkdə yaşadılar,
Eşqdən heykəl yaratdılar,
Xəbərsiz sönən ulduzlar,
Ürəklərdə izi qaldı.
Yaşadılar bir amalda,
Yaratdılar bir amalda,
Ayrıldılar bir amalda,
Ürəklərdə izi qaldı.
Göylər düşdü haldan-hala,
İstəmədi onsuz qala,
Arxasınca düşdü yola,
Ürəklərdə izi qaldı.
Məhəbbəti dastan oldu,
Çiçək kimi açıb
soldu,
Baxan gözlər yaşla doldu,
Ürəklərdə izi qaldı.
Örnək idi sevənlərə,
Eşq yolunda gedənlərə,
Bir nur idi görənlərə,
Ürəklərdə izi qaldı.
Nigar təkdi, əvəzsizdi,
Göydə Aytək bir gözəldi,
Xəyallarda bir günəşdi,
Ürəklərdə izi qaldı.
Rəsul
Rza sevgi oldu,
Könüllərə axıb doldu,
Anar kimi günəş doğdu,
Ürəklərdə izi qaldı.
Yaddaşlarda qalacaqlar,
Göy üzündən baxacaqlar,
Günəş təki yanacaqlar,
Ürəklərdə izi qaldı.
Əli YUSİF
Ədəbiyyat qəzeti.- 2024.- 15 noyabr, №44.- S.25.