Bişkekdə təqdimat mərasimi
Görkəmli qırğız şairi Alıkul Osmonovun şeirlər kitabı Adil Cəmilin tərcüməsində
Bu günlərdə
Qırğızıstan Respublikasının paytaxtı
Bişkek
şəhərində
qırğız xalqının görkəmli şairi Alıkul Osmonovun
"Zamandan zamana" adlı şeirlər kitabının təntənəli təqdimat mərasimi keçirildi. Alıkul Osmonovun
adını daşıyan
mərkəzi kitabxanada
keçirilən, Türk
Mədəniyyəti və
İrsi Fondu tərəfindən
təşkil olunan tədbirə Qırğızıstan
respublikasının dövlət,
elm və ictimaiyyət
xadimləri həvəslə
qatılaraq cəmi 35
il yaşamış, lakin
şeirləri bu xalqın dilindən düşməyən şairin
Azərbaycan dilinə
ilk dəfə tərcümə
olunan kitab haqqında ürək sözlərini
söylədilər.
Tədbiri giriş sözü
ilə açan Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti, sənətşünaslıq elmləri
doktoru, professor Aktotı
Raimkulova Azərbaycanın
tanınmış şairi,
tərcüməçisi və
manasşünas alimi
Adil Cəmil tərəfindən
tərcümə olunan,
özünün isə
rəhbərlik etdiyi
fond tərəfindən nəşr
edilən bu kitabın türk dünyasına yeni bir töhfə olduğunu vurğuladı. Aktotı xanım şeirləri dünyanın bir neçə aparıcı
dilinə tərcümə
olunmuş şairin
ilk dəfə Azərbaycan
xalqına tanıdılmasında
əməyi keçən
Adil Cəmilə iki xalq arasında dostluq körpüsünün
daha da möhkəmlənməsi
sayəsindəki xidmətinə
görə öz minnətdarlığını bildirdi.
Qırğızıstan respublikasının
Mədəniyyət, İdman
və Gənclər nazirinin müavini Gülbar Abdıkalıkova
öz çıxışında
"Zamandan zamana"
kitabının Azərbaycan
türkcəsinə tərcüməsini
nakam şair Alıkul Osmanovun xatirəsinə böyük
ehtiram hesab etdi. O, tərcümənin
müəllifi Adil Cəmili
Qırğızıstan respublikasının
mədəniyyət əlaçısı
medalı ilə təltif etdi.
TÜRKSOY-un
baş katibi Sultan Rayev "qırğızların
Puşkini" adlandırdıqları
Alıkul Osmonovun şeirlərinin istedadlı
Azərbaycan şairi,
qırğız xalqının
mənəvi dünyasına
dərindən bələd
olan manasşünas
alim Adil Cəmil tərəfindən
tərcümə olunmasını
yüksək dəyərləndirdi.
Onu da əlavə etdi ki, bu yaxınlarda
Adil Cəmili 70 yaşı
münasibətilə TÜRKSOY-un təsis etdiyi "Nizami Gəncəvi" qızıl medalı ilə təltif etmişik.
Qırğızıstan Milli Yazıçılar
İttifaqının sədri
Kanıbək İmanəliyev
imzasına hörmətlə
yanaşdığı, Qırğız
şifahi və yazılı ədəbiyyatı
ilə bağlı tədqiqatlarına və tərcümələrinə yaxından
bələd olduğu
Adil Cəmilin tərcümə
etdiyi "Zamandan zamana" kitabının böyük əhəmiyyətini
vurğuladı. Qeyd etdi ki, bu, Alıkul
Osmonovun əlavə
10 milyon oxucu tərəfindən tanınması
deməkdir. Sonra K.İmanəliyev Adil Cəmilə
Qırğızıstan Milli Yazıçılar İttifaqının
üzvlük vəsiqəsini
təqdim edərək
yeni-yeni uğurlar dilədi.
Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri
Lətif Qəndilov nakam, həyatdan vaxtsız getmiş istedadlı şair Alıkul Osmonovu Azərbaycanın Mikayıl
Müşfiqi ilə müqayisə etdi və belə tərcümə kitabı
ilə xalqlarımızı
biri-birinə yaxından
tanıdan, doğmalaşdıran
Adil Cəmilə dərin
təşəkkürünü bildirdi. Vurğuladı ki,
eyni kökə, eyni dilə, dinə və adət-ənənəyə malik türk xalqlarının dünyaduyumunda da bir eynilik, bir oxşarlıq
var.
Azərbaycanda bu ilin aprelinə qədər Qırğızıstanın səfiri
işləmiş, hazırda
Y.Balasaqun adına Qırğızıstan
Milli Universiteti Türk
İrsi Mərkəzinin
direktoru, hüquq elmləri doktoru, professor Kayrat Osmonəliyev belə bir kitabın
təqdimatına ürəkdən
sevindiyini bildirdi. O, qeyd etdi ki, əslində
bu kitabın ərsəyə gəlməsinin
ilkin təşəbbüskarı
özü olmuşdur.
Azərbaycanda çalışdığı
3 il müddətində Adil Cəmil ilə vaxtaşırı görüşən
sabiq səfir görüşlərinin birində
Alıkul Osmonovun şeirlər kitabını
ona verib xoşuna gəlsə tərcümə edərsən
deyib. Adil Cəmilin xoşuna gəldiyinə görə qısa müddət ərzində
Alıkul Osmonovun 86 şeirini Azərbaycan dilinə tərcümə
edib. Kayrat Osmonəliyevin tərtibçiliyi,
Türk Mədəniyyəti
və İrsi Fondunun maliyyə dəstəyi və Aktotı xanımın müqəddiməsi ilə
"Türk ədəbiyyatının
inciləri" seriyasından
Alıkul Osmonovun
"Zamandan zamana"
poetik toplusu qırğız və Azərbaycan dillərində
nəfis şəkildə
nəşr olunub.
Dünya
şöhrətli yazıçı
Çingiz Aytmatovun oğlu Əskər Aytmatov türk xalqlarının inteqrasiyasında
belə tədbirlərin
düzənlənməsini yüksək qiymətləndirdi.
Eyni zamanda türk-turan birliyinin, ortaq əlifbanın meydana gəldiyi bu dönəmi atasının da böyük
arzuları kimi xatırlatdı.
Alıkul
Osmonov fondunun və ev-muzeyinin direktoru Pamirbəy Kazıbəyov belə bir kitabın ərsəyə gəlməsinə
görə ilk növbədə
şair-tərcüməçi Adil Cəmilə dərin təşəkkürünü bildirdi, onun əməyini fondun məxsusi fəxri-fərmanı
ilə dəyərləndirdi.
Alıkulşünas Zamir Asanaliyev qırğız poeziyasının
klassiki A.Osmonovun
"Zamandan zamana"
şeirlər kitabının
Azərbaycan türkcəsinə
mükəmməl tərcüməsinə
görə Adil Cəmilə
Alıkul Osmonov adına "Qızıl qələm" mükafatını
təqdim etdi. "Ruh-Beyne" Beynəlxalq Yaradıcılıq Akademiyasının
vitse-prezidenti, xalq yazıçısı, professor Sulayman Risbayev tədbir iştirakçılarına
sözügedən akademiyanın
prezidenti Kayırgül
Sıdıkanovanın salamlarını
çatdırdı. İlk dəfə Azərbaycan dilinə tərcümə
olunan bu şeirlərin qardaş məmləkətdə Alıkulun
tanınmasına yol açdığını söylədi.
Sonra Adil Cəmilə yaradıcılıq
akademiyasının məxsusi
medalını təqdim
etdi.
Unudulmaz
təəssüratla təqdimat
mərasimindən ayrılan
iştirakçılar sonra
Alıkul Osmonovun ev-muzeyinə və məzarına da baş çəkib ruhuna dualar oxudular.
Nazgül Omurzakova
Türk Mədəniyyəti və İrsi
Fondunun əməkdaşı
Ədəbiyyat qəzeti.- 2024.- 15 noyabr, №44.- S.21.