İki professorun məktublaşmaları
Abidin
İtil və
Abbas Zamanovun məktublaşması
"Yarım əsr əvvəl tərk etdiyiniz vətəni görmək sizin üçün böyük səadət olar"
Əslən Bakıdan olan, Türkiyədə hindologiyanın qurucusu, alman professor Valter Rubenin (1899-1982) yetirməsi Abidin İtil haqqında bilinən yeganə mənbə vəfatından sonra Şerif Baştavın yazdığı məqalə idi. Biz də o məqalədən istifadə edərək azərbaycanlı alimin həyat hekayəsini daha öncəki yazılarımızın birində təqdim etmiş, "Son mənzili İstanbul olan azərbaycanlılar" adlı kitabımızda da vermişdik. Amma bu yaxınlarda Abidin İtil haqqında öz dilindən çox qiymətli bir material qarşımıza çıxdı. Bu barədə bir qədər sonra.
***
Zeynəlabidin Həsən oğlu 2 aprel 1910-cu ildə Bakıda doğulub. Anasının adı Aişə olub. Kiçik yaşlarından valideynlərini itirib. İbtidai və orta məktəbi Bakıda oxuyub. 1928-ci ildə bir çox ailə kimi o da bacıları və yaxın qohumları ilə birgə İrana köçüb. Bir müddət orada qaldıqdan sonra təhsilini davam etdirmək üçün İstanbula gedib. Başda Məhəmməd Əmin Rəsulzadə olmaqla, bir çox mühacir türklərə kömək edən Türk Ocaqlarının sədri Həmdullah Sübhi Tanrıöver bəyin yardımı ilə Ədirnə Kişi Müəllim Məktəbinə daxil olub. Bakıdakı diplomu yanında olmadığı üçün buradakı təhsilini 1935-ci ildə bitirib, ardınca Təhsil Nazirliyi onu Urfaya müəllim olaraq göndərib. Bu ərəfələrdə Ankarada qurulan Dil və Tarix-Coğrafiya fakültəsində ali təhsil almaq istəyən Abidin bəy imtahanları qazanaraq bu qurumun ilk tələbələrindən olub.
Türkiyədə universitet islahatlarının başladığı bu dövrlərdə Avropadan müxtəlif səbəblərdən Türkiyəyə gələn professorlara böyük ehtiyac vardı. Bu fakültədə macar türkoloq Rasonyi, Hitler zülmündən qaçan Valter Ruben kimi müəllimlərlə yanaşı, türk alimlərdən Fuad Köprülü, Şövkət Aziz Kansu, Şəmsəddin Günaltay kimi şəxslər dərs deyirdilər. Daha sonra Avropada təhsillərini bitirərək yurda dönən gənc müəllimlər də heyətdə yer aldılar. Fakültədə yatılı rejimdə fəaliyyət göstərən tələbələrə latın dili də öyrədilirdi. Macar türkoloq türkcə bildiyi halda, digər xarici professorlar tərcüməçi vasitəsilə dərslərini keçirdilər. Mustafa Kamal Atatürkün böyük uzaqgörənliklə qurduğu bu fakültə Türkiyənin ən mühüm elm ocaqlarındandı. Abidin İtil fakültənin ilk məzunlarından biri olaraq doktoranturaya seçilib, 1 may 1942-ci ildə fakültədə köməkçi vəzifəsinə təyin edilib. Türkiyə vətəndaşı olduğu üçün Ərzurumda ehtiyat zabit məktəbində xidmət edən Abidin bəy 1944-cü ilin axırlarında fakültədə yenidən işə başlayıb. 23 may 1944-cü ildə "Bhavishyamahapuranam" üzərinə doktorluq işini müdafiə edib, 1945-ci ilin sonundan etibarən fakültədə müdir müavini vəzifəsinə təyin olunub. 1944-cü ildən dosentliklə bağlı elmi işə başlayan Abidin bəy hindşünaslığın qurucusu Valter Rubenin rəhbərliyində çalışmağa başlayıb. Lakin elmi rəhbəri Ruben həmin il Kırşehirdəki toplama düşərgəsinə göndərilib, 16 ay orada saxlanılıb. 1946-cı ildə fakültəyə qayıdan Ruben 1948-ci ilin martında birdəfəlik ayrılaraq Almaniyaya qayıdıb. Elmi rəhbərindən məhrum qalması ona xüsusi çətinliklər yaratsa da, Abidin bəy 10 aprel 1946-cı ildə dosentlik işini təhvil verib, 19 iyun 1946-cı ildə dosent ünvanını qazanıb.
1946-cı ildə professor Ruben, dosent Fərrux Sanırla birgə Abidin bəy də Konya və Tuz gölü çevrəsində tədqiqat aparıb. Dosent olmasına baxmayaraq, Abidin bəy hindşünaslıq kimi çətin bir sahədə yetərli bilikləri əldə etmək üçün Hindistana getməyi qərara alıb. 5 avqust 1948-ci ildə dekanlığa müraciət edərək Hindistana göndərilməsini və ya sanskrit dili mütəxəssisi yanında çalışmasını istəyib. Lakin fakültə maddi imkansızlıq səbəbindən onun bu arzusunu yerinə yetirməyib, əksinə, dərs yükünü də çoxaldıb. Belə ki, azsaylı mütəxəssislərdən olduğu üçün Abidin İtil 1953-1956-cı illərdə bu şəraitdə çalışıb: həftədə iki saat Hind ədəbiyyatı tarixi; həftədə iki saat Hind fəlsəfəsi; həftədə iki saat Hind dinləri tarixi; həftədə 4 saat sanskrit qrammatikası dərsi.
Tələbəsi Kemal Çağdaş 7 fevral 1956-cı ildə doktorluq işini müdafiə etdikdən sonra dərs yükü qismən azalıb. Nəhayət, Abidin bəyin Hindistan arzusu gerçəkləşib. 25 dekabr 1958-ci ildə o, Hindistandakı Poona Universitetinin Bhandarkar Oriental Research İnstitute-də bir il məsləyi ilə bağlı tədqiqatlar aparıb. 1971-ci ildə 4 ay Almaniyanın Vürzburq şəhərindəki Julius Maximilian Universitetində çalışıb. Abidin bəy 30 dekabr 1963-cü ildə professor ünvanını qazanıb, 1 noyabr 1975-ci ildə təqaüdə çıxıb. 1976-cı ildə fakültədə onunla vida mərasimi keçirilib.
Abidin bəy eyni fakültənin Alman dili bölümündən məzun olan Afifə xanımla 1940-cı ildə evlənib. Afifə xanım Qazi Təhsil İnstitutundan təqaüdə çıxıb. Övladları olmayıb. Şəxsi arxivimizdə Abidin bəyin həyat yoldaşı Afifə xanımın ona göndərdiyi bir məktub da vardır.
Bir çox elmi konfranslara qatılan Abidin bəy fakültənin Hindşünaslıq bölümünün və fakültənin Doğu Dilləri və Ədəbiyyatları Araşdırma İnstitutunun sədri olub və bu institutun çıxardığı jurnalı idarə edib. O, Türkiyədə indi də fəaliyyət göstərən Türk Kültürünü Araşdırma İnstitutunun da qurucusu və ilk sədri olub. Abidin bəy alman, ingilis, fars və rus dillərini bilib. Sahəsi üzrə müxtəlif əsərlər yazmaqla yanaşı, "Türk Ensiklopediyası"na da 14 maddə yazıb. Vəfatından sonra qurucusu olduğu Türk Kültürünü Araşdırma İnstitutunun "Türk Kültürü" dərgisində həmkarı Şerif Baştav geniş məqalə yazıb. Eləcə də digər həmkarı, onun kimi Türkiyəyə kənardan gələn tatar əsilli Əhməd Temir də qısa başsağlığı mətni qələmə alıb. Bizim də bu məqalədə yararlandığımız bütün bilgilər Şərif bəyin yazısından götürülüb. Baştav məqaləsində 4 illik universitet həyatında Abidin bəylə yoldaşlıq etdiyini, iki ay bir evdə yaşadıqlarını, İtilin çalışqan, zəkalı, qabiliyyətli bir şəxs olduğunu bildirib. Zarafatcıl, musiqiyə və idmana marağı olduğunu da əlavə edib. Hətta fakültənin futbol taqımında da yer alıb. Abidin İtil ustadı Valter Rubenin "Buddizm tarixi" kitabını türk dilinə çevirib, "Sanskrit klavuzu" və Hindşünaslıqla bağlı bir neçə əsər ərsəyə gətirib.
İtil Azərbaycan mühacirləri ilə də əlaqədə olub. Məsələn, "Ulus" qəzetindəki xəbərdən məlum olur ki, Azərbaycan Kültür Dərnəyinin 27 yanvar 1952-ci ildə keçirilən illik qurultayında Abidin bəy nəzarət-təftiş heyətində yer alıb.
Həyatının 45 ilini keçirdiyi Ankaradan İstanbula köçən Abidin bəy xəstəlik səbəbindən 8 noyabr 1980-ci ildə vəfat edib, Qaraca Əhməd məzarlığında dəfn olunub.
Professor Abbas Zamanova məktub
Mərhum professor Abbas Zamanov 1960-cı illərdən etibarən Türkiyədə, Avropada, eləcə də Amerikada yaşayan azərbaycanlı mühacirlərlə əlaqələr qurub, onlarla məktublaşıb, qarşılıqlı kitab mübadiləsi edib. O, Hüseyn bəy Mirzəcamalzadə, Əhməd Cəfəroğlu, Dilşad Elbrus Talıbxan, Mirzə Göygöl, Ənvər Sultanzadə, Alazan Baycan, Əli Volkan kimi mühacirlərlə rabitə yaradıb, Azərbaycan Cümhuriyyətini Paris Sülh Konfransında tanıdan heyətin üzvlərindən Məhəmməd Məhərrəmovu Bakıda müşayiət edib. Eləcə də Səlim Rəfiq Rəfioğlu, Mirzə Göygöl, Bəkir Odoğlu kimi şəxslər Bakıya gələrkən onunla görüşüblər. Bu baxımdan, AR Ədəbiyyat və İncəsənət Arxivindəki Abbas Zamanov fondunda mühacirlərlə bağlı maraqlı materiallar mövcuddur. Həmin materiallara nəzər yetirərkən Abidin İtillə olan məktublaşmalarına da rast gəldim.
11 dekabr 1979-cu ildə Ankaradan göndərdiyi məktubunda Abidin İtil özü və ailəsi haqqında maraqlı bilgilər verib:
(Məktubların mətnini olduğu kimi saxlamağı münasib bildik)
"11.
XII. 1979
Ankara -
Türkiye
Sayın
Prof. Dr. Abbas Zamanov,
Adresinizi,
İran'ın bugünkü ünlü genç
kompozitörlerinden Samin Bağçeban'dan öğrendim.
Genç kompozitörden öğrendiğime göre, siz,
Samin'in babası Cabbar Bağçeban'ın biyografisi ve maarif
sahasında gördüğü büyük hizmetler
mevzularında çok sayıda neşriyatta bulunmak
kadirşinaslığını göstermiş bulunuyorsunuz.
Sayın
Profesör,
Samin
Bağçeban müzik tahsilini büyük
ölçüde Türkiye'de gördü. Halen de her
Türkiye'ye gelişinde beni arar ve görüşürüz.
Son gelişinde (Eylül/Ekim) sizi Paris'te
gördüğünü bana anlattı. Size karşı
aşırı derecede saygı ve sevgisi vardır.
Muhterem
Meslekdaşım Zamanov,
Ben de
Bakü'da dünyaya gelmiş bulunuyorum. Çok
küçükken Bakü'dan ayrıldım. Elli yılı
bir hayli geçiyor Türkiye'deyim. Daha önce bir müddet de
İran'da mukim oldum. Ankara Üniversitesi'nde 35 yıl kadar bir
hizmet devrem vardır. Dört yıl önce kendi arzumla emekliye
ayrıldım.
Samin Bey
sizi bana çok methetti; size bir yazı yazarsam benim Bakü'daki
büyük kardeşimden veya oğlundan bana bir haber
iletebileceğinizi söyledi. İzninizi almadan size böyle bir
mektup yazdığım için beni lütfen
bağışlayınız.
Çok
muhterem meslekdaşım,
Bugün
Bakü şehrinde yaşamakta olup da altmış beş
yaşının üzerinde olanlar eminim ki büyük bir
ekseriyetle o günlerin Şeyh Gani'sini kolaylıkla
hatırlayacaklardır. Ve yine eminim ki, kendisini tanıyanlar
çoktur. Maalesef ben bugün eski adresimizi hatırlayacak
durumda değilim. Şeyh Gani'nin kızı Halime Hanım benim
büyük kardeşimin, yani Molla Kazım'ın hanımı
olur. Molla Kazım'ın halen hayatta olup
olmadığını bilmiyorum. Fakat Molla Kazım'ın
oğlu Hasan Ağa veya annesi Halime Hanım, beni çok iyi
tanımaları veya hatırlamaları icap eder.
Size
böyle bir zahmeti yüklemeye hakkım var mıdır,
bilmiyorum; emin olun bu cesareti bana Samin Bağçeban verdi.
Çok yardım sever bir kişi olduğunuzu söyledi durdu.
Büyük kardeşim veya ailesinden bir ferdle mektuplaşarak
temas kurabilirsen çok bahtiyar ve bir o kadar da size minnettar
olacağım. Bana cevap yazmak lütfunda bulunmak isterseniz,
mektubunuzu Farsça (Arap harfleri ile) veya Azerbaycan şivesiyle
(Kiril Elifbasıyle) veya da Rusça ile yazabilirsiniz; benim
için pek o kadar büyük farkı olmaz.
Bu
mektubumla sizi rahatsız ettiğim ve değerli
zamanınızı harcattığım için sizden tekrar
tekrar özür dilerim.
Türkiye'deki
neşriyattan arzu ettikleriniz varsa lütfen bana yazınız;
size hizmet edebilmiş olmaktan büyük zevk duyacağım.
Dilerseniz buradaki neşriyat hakkında size kataloglar da
gönderebilirim. Rica ediyorum yazınız.
Şimdiden
teşekkürler eder derin saygılarımı sunarım.
Emekli
Prof.
(Dr. Abidin
İtil)
Adresim:
Erenköy-Sahrayi
Cedid. İntaş Çamlık Sitesi B - Blok, Daire 59,
İstanbul. Türkiye"
Abidin
İtilin xahişini məmnuniyyətlə yerinə yetirən
Abbas Zamanov onun Azərbaycandakı ailəsini tapıb və
aşağıdakı məktubu göndərib:
(Abbas
Zamanov özündə saxladığı məktubun nüsxəsində
tarix qeyd etməyib)
"Hörmətli
professor Abidin bəy!
Universitetdə
qış imtahanlarının başlanması ilə əlaqədar
olaraq, işlər çoxaldı, buna görə
qohumlarınızı axtarmağa vaxtım olmadı, nəticədə
məktubunuzun cavabı gecikdi. Bunun üçün üzr istəyirəm.
Nəhayət,
bu günlərdə xəbərləşib Şeyx Qəninin
evini tapdım. İndi Şeyxin evində Həlimə
xanımın kiçik bacısı, 40 gün öncə vəfat
etmiş Səkinə xanımın övladları
yaşayır.
Molla
Kazım və Həlimə xanım vəfat etmişlər.
Hazırda onların iki oğlu yaşayır. Sizin
tanıdığınız Məmmədhəsən
ağanın bir oğlu, iki qızı vardır. Oğlu
Moskvada, qızları isə Bakıda institutda təhsil
alırlar. Molla Kazımın kiçik oğlunun da ailəsi
və bir övladı vardır.
Məktubunuzu
qohumlarınıza oxudum, çox sevindilər. Sizə məktub
yazacaqlarına söz verdilər. Yəqin ki, indi onlardan məktub
almış olarsınız. Qohumlarınız Sizi çox
yaxşı xatırlayırlar. Sizi görməyənlər
isə haqqınızda böyüklərdən
eşitmişlər. Bakıda xeyli qohum-əqrəbanız
vardır. Mən Sizin səbrinizə təəccüb edirəm.
Necə olub ki, Siz indiyədək bir dəfə də olsun
Bakıya gəlməmişsiniz. Halbuki Siz istəsəydiniz,
indiyə kimi bir neçə dəfə bura gəlib gedərdiniz.
Əgər səhhətiniz imkan versə gəlin, mütləq
gəlin. Mənim əziz qonağım olarsınız.
Yarım əsr əvvəl tərk etdiyiniz vətəni
görmək Sizin üçün böyük səadət
olar.
Mən
Sizin adınızı ötəri eşitmişdim. Ankarada
yaşayan Olcay xanım Yurdsevərlə mən məktublaşır,
kitab mübadiləsi edirəm. Bir dəfə o, mənə
yazmışdı ki, anlamadığım Azəri sözlərinin
mənasını azərbaycanlı xocam Abidin bəydən
soruşub öyrənirəm. Mən Türkiyənin bir
neçə alimi ilə dostluq əlaqəsi saxlayır, kitab
mübadiləsi edirəm. Əgər istəsəniz Sizinlə
də yazışar, kitab mübadiləsi edərik. Bakıdan
Sizə lazım olan kitabları yazın, məmnuniyyətlə
tapıb göndərərəm.
Səmin
bəyə məktub yazsanız, rica edirəm, məndən də
salam yazasınız. Bağçabanlar ailəsindən
çoxdan məktub almıram. İran
qarışıqlıqdır, kim bilir, başlarına nə
gəlib... Onlardan nigaranam.
Salam və
ehtiramla
Abbas
Zamanov"
***
7 fevral
1980-ci ildə Abidin bəy Abbas Zamanova təşəkkür məktubu
göndərib:
"7
Şubat 1980
Erenköy/
İstanbul
Sayın
Prof. Dr. Abbas Zamanov,
İki
gün önce Bakü'deki ağabeyimin baldızının
kızı Meryem Hüseyinova'dan mektup aldım, dünyalar
benim oldu desem inanınız. Size ne kadar ve nasıl teşekkür
edeceğimi bilemiyorum. Samim Bahçıvan'ın dediği
ölçüden çok daha fazla iyi kalpli ve hayırsever
bir insanmışsınız. Kim bilir Şeyh Gani ailesini
bulabilmek için ne kadar zahmetlere katlanmış bulunuyorsunuz.
Çektikleriniz için çok çok özürler diler
ve lütfen yaptıklarınız için ise çok
çok teşekkürler ederim. Ağabeyim ve eşini maalesef
kaybetmiş bulunuyorum. Meryem bu hususlarda bana daha tafsilatlı
yazacaktır. Şimdilik ona da uzun bir yazı yazıyorum,
yollayacağım. Ancak sizden büyük ricam vardır:
Türkiye'den arzu edebileceklerinizi bana yazınız.
Türkiye'de neşredilen veya edilecek olan eserlerden
arzuladıklarınız varsa lütfen yazınız. Sizin
lütfettiğiniz iyilik ve yardımlarınız altında
beni ezmeyiniz; size ne yapabilirim.
Mirza Ali
Ekber Sabir'in, 1962'de sizin redaktörlüğünüz
altında ve Arap harfleriyle neşredilmiş olan "Hop
Hopname" nüshası her zaman elimdedir ve okuyarak sizleri yad
ediyorum. Son zamanlarda Dr. A. Mecit Doğru adında bir amatör,
Sabir'in Hop Hopnamesini, 1960'da Bakü'da Azerbaycan Devlet
Neşriyatı arasında çıkan nüshadan faydalanarak,
Türkiye'deki cari alfabe ile neşretti. Benim naçiz kanaatime
göre bu zat bununla boşuna vakit öldürmüş oluyor:
zira Sabir'i yalnız okuyabilmek kafi değil, onu anlamak da
lazımdır. Bugün Türkiye'de bu kitabı okuyanlar
nezdinde büyük şairimiz Sabir bir az da değer ve önem
kaybediyor; Bir Türkiye Türkü "Sağdan sola soldan
sağa sal boynuna heykel - koy cinni muattal" ifadesindeki espriyi
kolay kolay anlayamaz ki. v.s. v.s.
Zannedersem
bu zat sizi tanıyor ve görmüştür. Arzu
buyurursanız bu nüshadan size alıp yollayabilirim.
Aziz
meslektaşım,
Beni ihya
buyurun ve emirlerinizi bildirin. Her zaman emirlerinize amadeyim. Gerek
eşim ve gerekse kendim adına hem zati alinize ve hem de muhterem
aileniz efradına selam ve saygılarımı arzederim.
Sizin
Abidin"
7 aprel
1980-ci ildə Abidin İtil Abbas Zamanova növbəti məktubunu
yazıb:
"7.
IV.1980
Erenköy
- İstanbul
Muhterem
Üstad, Prof. Dr. Abbas Zamanov
Büyük
yardımlarınızın ve iyiliklerinizin minnet ve
şükran yükü altında kendimi çok ezik ve mahcup
hissederken ve, elimden acaba ne gelebilir ve sayın hocaya hangi yoldan
bir hizmette bulunabilirim diye hesaplar yaparken, bu sefer birbirinden
güzel ve değerli altı eserinizi daha almak şerefine nail
olmuş oluyorum. Dünyalarca teşekkürler. Uzun zamandan beri
Azerbaycan Edebiyatına ait eserlerden ve bunların
mütalaasından mahrum idim. Sabir'i hep okurdum ama onun devri,
muasırları, muasır edebi ve içtimai fikir cereyanları
vs. hakkında hemen hemen hiçbir şey bilmiyordum. Sayenizde bu
pencereler bana ardına kadar açılmış oldu; edip ve
yazar Celil Mehmet Kulizade'nin "Ölüler" komedisini bir
çırpıda okuyarak hayal aleminde Bakü'ye gittim ve geldim;
İskender'le çahır içtim, Şeyh Nasrullah'ı
lanetledim.
Sabir'i
muasırları arasında ve bu muasır fikir
adamlarının muhakeme ve tahlillerinin menşurundan seyir ve
mütalaa etmek meğerse ne kadar zevkli imiş! Binlerce,
yüzbinlerce teşekkürler size, sayın ve hayırhah
meslektaşım!
Üstadım,
bu yılki kış mevsimi bana uğurlu gelmedi: uzun müddet
hastanede yattım. Sizin son mektubunuzu ve değerli kitapları
hastane dönüşü evde buldum. Bugün için Allah'a
çok şükür iyiyim.
Meryem
kızıma da henüz cevap yazamadım. İlk fırsatta bu
vazifemi yerine getireceğim. Görünüşe göre
bugün için Bakü'de benim kuşaktan kimse
kalmamış. Samed Vurgun'un tabirince düşünen beyinlerin
hemen hemen hepsi toprak olmuş gitmişlerdir.
Muhterem
Üstad,
Mektubunuzda
yazıyorsunuz ki "Men sizin sabrınıza taaccüb
edirem", haklısınız; Bakü'ye bugüne dek
birkaç defa gelip gidilebilirdi. Demek kısmet değilmiş.
Ben kendi hesabıma bundan fazlasıyla memnunum, zira aksi halde sizin
gibi alikadr bir zat-ı muhteremle aşina olmak şerefinden ben
mahrum kalacaktım.
Üniversitenin
içindesiniz, biliyorsunuz her zaman her istediğimizi yapmak
için ne zemin ve ne de zaman müsait olabiliyor. İnşallah
bundan sonrası hayırlı olur. Büyük bir nezaket ve
alicenaplıkla bana Bakü'ye gelirsem
"gonağınız" olabileceğimi yazıyorsunuz; ne
kadar naziksiniz. Sağ olunuz. Buyurduğunuz gibi: yarım asrı
çok geçmiş olan bir zamandan sonra Bakü'ye tekrar
kavuşabilmek beni ölçüsüz olarak sevindirecektir;
sağlıkla inşallah her şey olur.
Gerçekten
Olcay Yurdseverle bir zamanlar Füzuli Gazelleri üzerinde
çalışmıştık. O kızın hocası
Hasibe Mazıoğlu, daha doğrusu Prof. Dr. Hasibe
Mazıoğlu kızı bana yollamıştı. Hasibe
Hanım benim eski talebelik devri arkadaşlarımdandır. Tabii
kuşak olarak benden çok gençtir. Sizin kıymetli
eserlerden olan, 1962 baskılı ve eski Arap harfleriyle "Hop
Hopname-yi" de Hasibe Hanım bana hediye etmişti.
Türkiye'deki
edebiyatla ilgili Türk alimlerinden hangileriyle alaka içerisinde
olduğunuzu merak ediyorum. Ankara'dakilerin çoğu ve belki de
hepsi ile yakınlığım vardır. Vakıa ben edebiyatla
meşgul olmadım, fakat Azeri olmam öteden beri benim edebiyat
erbabıyla yakından bir aşinalık içerisinde
olmamı intaç ettirmiştir.
Az bir
miktar Fars dili ile de meşgul olduğum için, birkaç
defa İran'a ve İranologlar kongresine davet edildim. Bilmiyorum siz
de Sovyetten gelen heyet arasında var mıydınız. Rüstem
Aliyev ve Hanımını defalarca Tahran'da, Şiraz ve
İsfahan'da görmüşlüğüm vardır. Size
Türkiye'den arzu buyuracağınız kitap ve neşriyatı
her zaman için yollamaya hazırım. Yeter ki siz bana
yazın. Benim esas saham Hindoloji'dir: Sanskrit dili ve Edebiyatı ile
uğraştım. Ama sizin Türkiye'de gerçek bir
dostunuzum, belki de ağabeyinizim. Arzularınızı behemehal
yazınız.
Bugünlerde
İran'la ilişkim maalesef kesik durumdadır. Arzunuz üzerine
en yakın bir gelecekte Samet Bey'den size hayırlı haber
ileteceğim. Oradaki akrabalarımdan da yakında bir haber
almış değilim. Onlara da yazmam icap ediyor.
Gerek
eşim Afife İtil namına ve gerekse kendi adıma en derin
saygı ve sevgilerimizi şahsınıza ve Zamanov'lar ailesinin
diğer bütün sayın efradına göndeririz.
Prof. Dr.
Abidin İtil
Erenköy
- Sahrayı Cedid, İntaş Çamlık Sitesi, B-Blok, Daire
39, İstanbul, TURKEY (Dr. Abidin İtil)"
Abbas
Zamanov fondundakı sonuncu məktub 2 iyul 1980-ci ilə aiddir. Zamanov
Türkiyədəki həmkarına yazıb:
"Çox
hörmətli İtil bəy.
Məktubunuzu
xeyli vaxtdır ki, almışam. Universitetdə imtahan
sessiyalarının keçirilməsi ilə əlaqədar
olaraq işlərim çoxalmışdır. Necə deyərlər,
başımı qaşımağa belə vaxtım yox idi.
Ona görə məktubunuza vaxtında cavab verə bilməmişəm.
Güman edirəm ki, üzrlü hesab edərsiniz.
Yaxınlarda
Sizə yeni kitablar göndərəcəyəm. Hər
hansı bir istəyiniz olsa, çəkinmədən
yazınız, məmnuniyyətlə əməl edərəm.
Gün o
gün olsun ki, Bakıda və İstanbulda görüşək.
Salam və
ehtiramla
Abbas
Zamanov
2.VII.80."
Abidin
İtilin məktublarında bəhs etdiyi Şeyx Qəniyə
gəldikdə isə, o, 1881-ci ildə Bakıda dünyaya gələn
Şeyx Qəni Axund Badkubeyidir. İçərişəhərdəki
"Sınıqqala" adı ilə tanınan Məhəmməd
məscidinin nəzdindəki Mirzə Həsib Qüdsinin mədrəsəsində
oxuyub. Zöhrə adlı xanımla ailə həyatı
qurub. Dörd ildən artıq Qum şəhərində təhsil
alıb, daha sonra Kərbəla şəhərinə
yollanıb. Tələbəlik illərində Həcc ziyarətində
olub. Zöhrə xanım gənc yaşlarında
dünyasını dəyişib, azyaşlı qızı Həlimə
ilə çətin bir vəziyyətdə qalıb. Nərgiz
xatun adlı ərəb qızı ilə izdivac edib. Şeyx
Qəni Axund Bakıya qayıtmaq qərarına gəlib, lakin
həyat yoldaşı Bakıya getməkdən imtina etdiyi
üçün o, 1915-ci ildə Bakıya qızı ilə
qayıtmalı olub.
Bakıya
qayıtdıqdan sonra Maştağanın Xunxarlar məhəlləsində
yaşayan Ruqəyya xanım ilə ailə həyatı qurub.
Çox keçmir ki, Nərgiz xatun da Bakıya
qayıdıb. Nərgiz xatundan Məmmədəli və Mərziyyə
adlı övladları dünyaya gəlib. Şeyx Qəni
Axundun oğlu Məmmədəli 1918-ci ildə Bakı şəhərində
ermənilər tərəfindən qətlə yetirilib.
Əmisi Əlimustafa Fətəli xan oğlu İçərişəhərdə
ikimərtəbəli evini ona bağışlayıb. Mirməhəmməd
Kərim Axund tərəfindən Bayır şəhərdəki
Qubalılar məscidinə axund təyin olunub.
Bir
çox din adamı kimi Şeyx Qəni də repressiyaya məruz
qalıb. 1931-ci ilin yay aylarında Axund Kamiyabla bir gündə
həbs olunub və 2 ay müddətində Bakı həbsxanasında
saxlanılıb. Orada da dünyasını dəyişib.
Dilqəm
Əhməd
Ədəbiyyat
qəzeti.- 2024.- 15 noyabr, №44.- S.12-13.