Allah adamı
Ürəyi Günəşə açılan adam,
Hardandır bu qədər sevgi, məhəbbət?!
Hardandır bu qədər hörmət, ehtiram?!
Bu qədər tükənməz, sonsuz sədaqət?!
Görünür, adamtək yaşamaq olar,
Təki, ləyaqətin, qeyrətin olsun.
Dünyanın yükün də daşımaq olar,
Qəlbində təpərin, cürətin olsun.
Sən bunu bacardın, Allah adamı!
Prometey ömrünü yaşamağınla.
Əridi
qəlblərin qaranlıqları,
Zülmətləri yaran gur işığınla.
Bacardın şeytanı mələk etməyi,
Bacaran yaşayır, yaradır ancaq.
Yaradan Günəşdir, qürub etsə də,
Sabah daha aydın, parlaq doğacaq.
İnanıb aldanma...
"İnanmasan, yaşamaq olmur"
əminliyi ilə yaşayanlara
Hər şeyə darılıb üzmə özünü,
Dildaş olmadığın dillərdən uzaq.
Üzə gülümsəyən üzgörənlərdən,
Əlinə əl yetməz əllərdən uzaq...
Öz yükün, öz yolun, mənzilin olsun,
Bil ki, gündoğanın, günbatanın
var.
Gündə bir yol tutub ayaq döyəndə
Olmaz nə sədaqət, nə də etibar.
Çətindir, bilirəm, ürək
qızdırmaq
Sənə ürəyindən "pay" verənlərə.
Bir az səbirli ol, bir az
da ayıq,
Yerli-yersiz sənə say verənlərə.
İnanıb aldanma inandığına,
Aldana-aldana yaşamaq çətin.
Aldana-aldana yaşasan əgər,
İtər ləyaqətin, düşər
hörmətin.
Demirəm, hamıdan çəkin,
kənar gəz,
Bəlkə də, ən böyük günahdır
bu hal.
Daş daşdır,daşlarda inam olmasa,
Dağlar
da diz çökər,
düşər qalmaqal.
Bir qismət payıdır ömür də, gün də,
Kiminə
işıqdır, kiminə
zülmət.
Zülməti işığa döndərənləri
Yaşadar məhəbbət, tapar
səadət.
Yaşa,
ürəyinlə, eşqinlə
yaşa,
Neçə ki, gözlərdən çəkilməyib nur.
Aldanma, yalmanma kimsəyə, nəyə,
İnsanı yaşadar sevgi və qürur...
Yaşayırıq zamanla gümanın arasında
"Özümdən özümə"
silsiləsindən
Kövrək xatirələrlə yaşayırıq hələ
ki,
Xatirələr bitəndə bitəcəkdi
ömür-gün.
Yaşayırıq zamanla gümanın
arasında,
Çox
şeylər də yadlaşıb yaddaşımda
büsbütün.
Yaş üstə yaş gəldikcə səngiyir
od-ocağın,
Duyub düşündüklərin unudulur
bir anda.
O qədər çəlpəşikdir
dünyamızın işləri,
Hər şey tərsinə dönür gözlənilməz
zamanda.
Nə yaşadın, nə gördün - keçirirsən
ələkdən,
Bu günə nə gətirdin, nə itirdin yollarda,
Dönüb baxanda geri bircə anda görürsən,
Ömrünün coxu keçib boş-boş qalmaqallarda.
İndi
"ələk ələnib,
xəlbir göydə
fırlanır",
Ələməyə ələklik qalmayıbdı darı
da.
Beş əllə yapışsaq
da dünyanın yaxasından,
Dünya
filan dünyadı, yoxdu etibarı da.
Bu, bir giley-güzar yox, gəldi-gedər söhbətdi,
Elə-belə dolandı yaşın
yaşlı çağında.
Yolun çoxu gedilib, qalsa da beş addımı,
Yenə
də ləzzəti
var indi yaşamağın
da.
Naxçıvanımın
Dağları dağımdı, bağları
bağım,
Aranlı,
yaylaqlı Naxçıvanımın.
Süsənli, sünbüllü, güllü
növrağı
Hüsnünə bəzəkdir Naxçıvanımın.
Bir canlı kitabdı onun hər daşı,
Qovğalar çəkibdi əyilməz
başı.
Beş
min ildən çoxdu
bu yurdun yaşı,
Tarixdir sirdaşı Naxçıvanımın.
Bir yanı Təbrizdir, bir yanı Göyçə,
Bir yanı Ərzurum, bir yanı Gəncə,
Əlinə əl çatar
üçü deyincə,
Süfrəsi halaldır Naxçıvanımın.
Xanəli,
bu yurda vurğun olandan,
İlhamı almısan dağdan,
arandan,
Qorxun yox çovğundan, qardan, borandan,
Hər çağı gözəldir
Naxçıvanımın.
Yaxşıdır
Həmişə insanlıqdan
gileyli olan bir dostuma
Kölgəsiz bar ağacından
Kölgəli söyüd yaxşıdır.
Hayla gələn var-dövlətdən
Faydalı öyüd yaxşıdır.
Aranı
olmayan dağdan,
Bağbanı olmayan bağdan,
Sənə sən olmayan çağdan
Quruca
ad-san yaxşıdır.
Ələ gəlməz keçən
gündən,
Duyulmayan
səsdən, ündən,
Ümid
yoxsa bir könüldən
Sabaha güman yaxşıdır.
Şirin
vəddən, yalan sözdən,
Utanmaq bilməyən üzdən,
Haqda haqq görməyən gözdən
Şərəfli ölüm yaxşıdır.
Çox
"dost-tanış" gəzmə,
canım,
Özünün var adın, sanın.
Yoxdursa qəlbdən yananın
Tək-tənha qalmaq yaxşıdır...
Kim bilir...
Məndən umu-küsü edən
bir
doğmama
Sən mənim nəyimdən küsürsən axı?!
Daha qar bağlayıb qapı-bacamı.
Bir vaxtlar gözlərim göz ovlayardı,
İndi o
gözəllik, o qamət
hanı?!
Yoxdu o gördüyün halım,
əhvalım,
Qəlbim
də əvvəlki qəlb deyil daha.
Nə sevilə bildim, nə sevə bildim,
Mən də belə-belə batdım günaha.
Vaxt vardı ağacdan bir yarpaq düşcək
Sanırdım qırıldı bir
sevgi vaxtsız.
Sanırdım bir ömrün
çırağı söndü,
Bir tale beləcə bitdi günahsız.
Onda təmiz idim - çiçəkdən təmiz,
Gül ləçəyi kimi incəydi ruhum.
Nə kinim var idi, nə də nifrətim,
İstərdim hamının qurbanı
olum...
Daha dövran kimi dəyişdim mən də,
Ürəyim daşlaşdı, ruhum
buzlaşdı.
Gözümün önündə mini ölsə də,
Sanıram insan yox, quruca daşdı...
Mən gəzərgi ruham zaman-məkansız,
Nə gecəm bilinir, nə də gündüzüm.
İllərdir yazıram dağdan,
arandan...
Nə dərdim tükənir, nə də ki sözüm.
Dərdli
deyingəndi, dərdli
danışqan,
Heyif ki,
dərdlini dərdli də duymur.
Qaçırsan çıxasan dərd
orbitindən,
Bu allahsız səni gözündən qoymur.
...Sən məndən küsmüsən - günahın
yoxdu,
Günah
səni məndən küsdürəndədi.
Kim bilir, nə vaxtsa keçmişə döndüm,
Kim bilir, bəlkə o keçmiş öndədi.
Bir söz dəllalına
Bir ömür yaşadın ağlı-qaralı,
Hələ dərk etmədin
özün özünü.
Dişlər tökülsə də,
bel bükülsə də,
Duymadın dünyanın astar-üzünü.
Millətdən,Vətəndən, Haqdan yazırsan...
Tutmadı əməllə sözün
bir-birin.
Gündə bir havaya oynadığından,
Hələ bilmirsən ki, hardadır
yerin.
Küləklər ağzında xəzələ
dönüb
Gah havaya qalxdın, gah yerə endin.
Gərəksiz məqamda bülbültək
ötdün,
Gərəkli məqamda aradan
itdin.
Sən sözə xəyanət yolunu tutdun,
Qoruya bilmədin bakirəliyin.
Sözə xəyanəti söz
bağışlamır,
Sözlə açılacaq çirkin
niyyətin.
Qapılar dalında bel bükə-bükə
Haqlının haqqını aldın
əlindən.
Çox
həşir-harayla yanan
ocağın
Dəyəri bəllidir onun külündən.
Bir ayağın burda, biri də gorda...
Yeddində nə idin, indi də osan.
Bu fani dünyada kişi olmadın,
Bəlkə o dünyada kişi
olasan...
Bir payız da
yola
saldıq beləcə
Başladı payızın yağış
nağılı,
Təbiət yuyundu toz-torpağını.
Quşlar-köçərilər köçüb
getdilər,
Qalanlar gözləyir qış növrağını.
Ahıllıq bürüyüb çölü,
çəməni,
Dəlisov küləklər həlimləşibdi.
Ağaclar mürgülü baxışlarıyla
Bir az da, bir az
da gözəlləşibdi.
Bulaqlar astaca pıçıldaşırlar,
Qorxurlar
mürgüsü qaça
dağların.
Nəğməli çayların dodaqlarında
Havası
duyulur şaxtanın,
qarın.
Təbiət başlayıb payız
nağılın
Çiskinli, dumanlı havası
ilə.
Payızsa kövrəlib əlvida
edir
Gələn görüşlərin səfası ilə.
Bir payız da yola saldıq beləcə,
Xonçası əllərdə köçən
qız kimi.
Nigaran-nigaran əl eyləyirik
Göy üzündən axan bir ulduz kimi.
Qərbi Azərbaycan bayatıları
Qərbi
Azərbaycanım -
Qərib
Azərbaycanım,
Sənə ki əlim çatmır,
Qürbət çəkən məkanım.
***
Orda bir elim itdi,
Gözümdə həsrət bitdi.
Sənin
yolunda,Vətən,
Nə qədər canlar getdi.
***
Uludan
ulu torpaq,
Kül oldu külün, torpaq.
Səndə bir bağ salmışdım,
Açmadı gülün, torpaq.
***
Çaylağa döndü çayın,
Söndü günəşin, ayın.
Qaldın
yadlar əlində,
Duyulmadı harayın.
***
Bülbülün bağa gəlməz,
Qartalın dağa gəlməz,
Sənə dönük çıxanlar
Nə utanmaz, nə ölməz.
***
Göyçənin gözü ağlar,
Ocağı, közü ağlar.
Aşıq Alının sazı,
Ələsgər sözü ağlar.
***
Dağın dumana qaldı,
Halın
yamana qaldı,
Sənə qovuşmaq dəmim
Bir xoş zamana qaldı.
Xanəli Kərimli
Ədəbiyyat qəzeti.- 2024.- 15 noyabr, №44.- S.14.