Azərbaycan Respublikasının

Prezidenti cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydəroğlu!

COP29-un böyük uğurla keçirilməsi, Sizin bu tədbirdə parlaq çıxışlarınız ölkəmizin başını daha da ucaltdı. Bədxahlarımızın bütün cəhdlərinə baxmayaraq, dünya Azərbaycanı sanki kəşf etdi, yenidən tanıdı. Qədim tarixi, zəngin əlvan mədəniyyəti olan, bu gün qurucu bir həyatla yaşayan, dini milli dözümlülük, tolerantlıq amallarına daima sadiq qalan, otuz il işğal altında qalmış vandallar tərəfindən xarabaya çevrilmiş torpaqlarını öz gücü ilə azad edən, ərazi bütövlüyünü son qarışınacan əbədi bərpa edən qürurlu məğrur bir xalqın vətəni Azərbaycan – Ulu Öndərin dediyi kimi, dünyaya günəş kimi doğdu.

O da təsadüfi deyildir ki, müqəddəs dinimiz İslamın Yaşılı ilə Təbiətin rəmzi olan Yaşıl bir vəhdətdəmənəvi əxlaqi dəyərlər vəhdətində qovuşur.

Ayrı-ayrı insanlar içində paxıllar olduğu kimi, paxıl dövlətlər var. Daha doğrusu, paxıl siyasətçilər tərəfindən idarə olunmağa məruz qalmış məmləkətlər. Füsunkar təbiətimizə, yeraltı sərvətlərimizə həsəd çəkənlər, hətta dənizimizə, küləklərimizə, bol-bol günəşli günlərimizə qısqanclıqla yanaşırlar. Bizi təkləmək, boykot etmək cəhdləri məhz bu gücsüz hiddətdən, aciz hikkədən doğur. Ölkəmizi təkləmək istəyənlərin arzuları ürəklərində qaldı. Özləri təkləndilər.

 Fransız xalqı bəşəriyyətə ədəbiyyat, sənət, elm, maarif sahəsində dahi insanlar bəxş etmiş böyük millətdir. Amma bu ölkənin müstəmləkəçilik xumarından hələ ayılmamış bədnam siyasətçiləri əzdikləri xalqların fəryadını, iqlim fəsadı ilə tamamilə yox olmaq təhlükəsinə görə çəkdikləri harayı eşitmək istəmirlər. Zəbt etdikləri xalqlara öz doğma dillərini unutdurub fransız dilini sırıyan müstəmləkəçilər bu məqsədlə hətta fransızca danışan ölkələr birliyifrankofon təşkilatı yaradıblar. Amma indi XIX əsrdir, XX yüzillik. XXI əsrdə bu təşkilatın yalnız iki üzvdən ibarət qalması realdırFransanın özündən, bir frankofonErmənistandan.

Hörmətli Prezidentim!

44 günlük Zəfər savaşından 23 saatlıq antiterror əməliyyatından sonra COP29-un Bakımızda belə möhtəşəm keçirilməsi şəxsən Sizin, xalqımızın, müstəqil dövlətimizin Üçüncü tarixi qələbəsidir.

Qələbələr qüruru dərin minnətdarlıq hissi ilə

                                                                                                                               

ANAR

Azərbaycan Yazıçılar Birliyinin sədri

 

15 noyabr 2024

 

Ədəbiyyat qəzeti.- 2024.- 22 noyabr, ¹45.- S.2.