Heca məşqi və ya "Uşaqlıq" şeiri
Yol bağıydı doqquz ayda yurdumuz
Kələmlərdən bitməz idi qurdumuz
Paxlaları toplayardıq dördümüz
Sonra onu üç məmmədə satardıq
Üç məmmədi dal gün üçün atardıq
Avqust ayın bəğəliyə gedərdik
Gündə
əlli yerə səfər edərdik
Dağ
kolları
didim-didim didərdik
Qolumuzda qan idimi,
bilməzdik
Tikan deşər, arı sancar, bezməzdik.
Aclıq
idi boyun bükən dərdimiz
Yumurtayla
dəf edirdik dərdi biz.
Bir qızdırma toyuqları
dərdimi
Bir ovuc un, bir qazan
su qaynadar
Anam bizi doyurar da, aldadar.
Utanardıq cırıq paltar
geyəndə,
Hey susardıq xətrimizə
dəyəndə
Biz məktəbdə boynumuzu
əyəndə
Anam bizdən qabaq gözün doldurar
Dörd
uşaqla bizə geri yol durar.
Dəftər idi, kitab idi dostumuz
"Səfillər"di, "Cənab"
idi dostumuz
Kirisk, Mılqun və ab idi dostumuz
Göy siçanı axtarardıq
hər gecə
Qəhvəyisin axtalardıq hər
gecə.
Gicitkəni, cincilimi yığardıq
Altı
adam bir otağa sığardıq
Yayı
qara, qış boyunca ağardıq
Hər
yay "bitsin, bir qış gəlsin" deyərdik
Sonra
"nolar, qış da bitsin" deyərdik.
Çiynimizdə çaydan odun gələrdik
İşıq sönər, hər
gün biz də ölərdik
Bir bakkuşu altı yerə bölərdik
O bakkuşu saatlarca yeməzdik
Zövq
alardıq, baxışardıq,
dinməzdik.
Soyuq idi, isti idi
evimiz
Nəmlik
idi, tüstü idi evimiz.
Pulsuzluqdu
bizi udan divimiz.
O div ilə beş yaşımdan savaşdım
Bilməz
idim, həyat özü savaşdı.
İllər ötdü yaşa
dolduq, ad aldıq
Müəllim olduq, ata olduq, ad aldıq
Altı
idik, dörd ildir ki, beş qaldıq.
Bir məzarda, beşi ayrı evdədi
Dörd
uşaqdan hamı ayrı evlidi.
ADƏM
Ədəbiyyat qəzeti.- 2024.- 22 noyabr, №45.- S.13.