Tural Cəfərlinin “Sokratla çayxana
söhbətlərim” adlı yeni kitabı çap olunub
ADU-nun əməkdaşı, Fəlsəfə araşdırmaçısı, tərcüməçi, yazar Tural Cəfərlinin “Sokratla çayxana söhbətlərim” adlı yeni kitabı işıq üzü görüb.
Qədim Yunan filosofu Sokrat müasir dünyamızda yaşasaydı necə olardı? O da başqaları kimi məişət qayğılarından, sosial ədalətsizlikdən şikayətlənərdimi? Yoxsa hamıdan fərqli olaraq düşüncələrini və həyata baxışlarını dəyişərdimi? Bu suallarla müxtəlif cavabların axtarışına çıxan müəllif keçmişlə bu günü, bu günlə gələcəyi və gələcəklə keçmişi fərqli düşüncələrin fonunda təsvir edir.
Hadisələr “Bəxtsizlər” adlı qəsəbədə cərəyan edir. Bu qəsəbədə Sokrat qısa zamanda bütün diqqətləri özünə çəkir və beləliklə bir-birindən maraqlı, təzadlı və qəribə əhvalatlar baş verir.
Qeyd edək ki, “Sokratla çayxana söhbətlərim” müəllifin ilk romanıdır.
Kitab “Mücrü” nəşriyyatında çap olunub.
Ədəbiyyat qəzeti.- 2024.- 22 noyabr, ¹45.- S.5.