İlyas Əfəndiyev haqqında yeni
monoqrafiya
XX əsr Azərbaycan ədəbiyyatının klassiki
İlyas Əfəndiyevin yaradıcılığı
daima oxucuların, elmi ictimaiyyətin, ədəbi tənqidin diqqət mərkəzində
olub. Xalq yazıçısı bədii
əsərlərinin əsas
qismini sovet dönəmində yazıb,
ancaq hakim ideologiyaya yox, ədəbiyyata xidmət etdiyi üçün onun romanları və povestləri, pyesləri və hekayələri bu gün də
nəşr olunur, tamaşaya qoyulur. Vaxtilə böyük şairimiz Səməd Vurğun yazırdı:
“İlyas Əfəndiyev əməkçilərin
zəhmətini böyük
məhəbbətlə və
hərarətlə təsvir
edir, onları parlaq və real boyalarla göstərir”.
İlyas Əfəndiyevin əsərləri
indi də bir cümləsinə belə toxunulmadan müstəqil Azərbaycanın
oxucularına, tamaşaçılarına
təqdim edilir. Ədibin yaradıcılığı
haqqında məqalələr
yazılır, kitablar
nəşr olunur. Belə kitablardan biri də bu
günlərdə işıq
üzü görüb.
ədqiqatçı Qənirə Əmiraslanova “İlyas Əfəndiyevin
yaradıcılığında tarixilik və müasirlik” monoqrafiyasını
Xalq yazıçısının
anadan olmasının 110
illiyinə həsr edib.
İrihəcmli tədqiqat əsərinin
elmi redaktoru və “Ön söz”ünün müəllifi professor Təyyar
Salamoğludur. O, Qənirə
Əmiraslanovanın analitik
elmi düşüncə
imkanlarını önə
çəkərək yazır
ki, monoqrafiyada yazıçının
həm roman və povestlərində, həm
də dramaturgiyasında
mənəvi-əxlaqi problemlərin
bədii ifadəsinə,
məhəbbət süjetlərinə
ayrılan yeri doğru olaraq tarixi şəraitlə bilavasitə əlaqələndirilir.
Müəllif bu istiqamətdəki əsərləri
ötən əsrin
50-ci illərin ortalarından
sonra ədəbiyyatımızda
formalaşan yeni keyfiyyət
mərhələsinin səciyyəvi
əlamətlərini özündə
daşıyan yaradıcılıq
faktları kimi dəyərləndirir.
Monoqrafiyada böyük ədibin
yaradıcılığı ilk hekayəsindən son əsərinəcən
tədqiq edilib və İlyas Əfəndiyevin
Azərbaycan ədəbiyyatının
inkişafındakı rolu
yüksək qiymətləndirilib.
Monoqrafiyanın rəyçiləri professor Sara Osmanlı və dosent Razim Məmmədovdur.
Ədəbiyyat qəzeti.- 2024.- 22 noyabr, ¹45.- S.5.