Yeni nəsil
arasında
Əhməd Ağaoğlu irsindən bir
örnək
Elmi araşdırma
Azərbaycan mühacirət ədəbiyyatının
görkəmli nümayəndələrindən olan Əhməd
Ağaoğlunun 1920-30-cu illərdə Türkiyə mətbuatında
- "Cümhuriyyət", "İkdam",
"Akın", "Akşam", "Milliyyət",
"Tan ", "Son posta", "Türklük",
"İş", "Ülkü", digər bu kimi qəzet
və dərgilərdə çoxsaylı yazıları
yayımlanmışdır ki, onların böyük bir qismi nə
müəllifin sağlığında, nə də
ölümündən sonra çap edilmiş kitablarında
yer almışdır. Bunların içərisində dəyərli
bədii, bədii-sənədli, bədii-fəlsəfi nəsr
örnəkləri də vardır. Böyük mütəfəkkirin
həmin əsərlərinin AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun təsis etdiyi "Azərbaycan mühacirət ədəbiyyatı
kitabxanası" seriyasının xüsusi cildində nəşri
nəzərdə tutulur. Əməkdaşı olduğum
şöbədə fil.e.d. Nikpur Cabbarlının rəhbərliyi
altında hazırlanan sözügedən cilddə yer alacaq əsərlərdən
biri də ədibin "Cümhuriyyət" qəzetinin
1934-cü il 16-17 avqust tarixli saylarında 2 təfriqə şəklində
dərc edilmiş "Yeni nəsil arasında" adlı bədii-fəlsəfi
nəsr örnəyidir. Əsərdə təsvir olunan
dövrün vacib problemlərinə toxunulur, qadınlara
seçmək və seçilmək hüququ verən
böyük öndər Mustafa Kamal Atatürkün
başladığı islahatların mahiyyəti
açıqlanır. Ümumiyyətlə, Atatürkün
mütərəqqi ideya və islahatlarını həmişə
rəğbətlə qarşılayan Ə.Ağaoğlu təkcə
ictimai-siyasi fəaliyyəti ilə deyil, bədii, publisistik
yaradıcılığı ilə də onun bu
addımlarını dəstəkləyirdi. "Yeni nəsil
arasında" əsəri də bunun bariz örnəyidir.
Ötən əsrin 30-cu illər Türkiyəsindəki
ictimai-siyasi prosesləri əks etdirən bu bədii-fəlsəfi
nəsr nümunəsi dövrün türk gənclərinin
düşüncə tərzi, həyata baxışları
barədə dolğun təəssürat yaratmaqla
yanaşı, ölkədə qadın hüquqları problemi
ətrafındakı fikir dartışmalarını da əks
etdirir. Bir sıra məqamları ilə bu gün də aktual
səslənən həmin əsəri "Ədəbiyyat qəzeti"nin
oxucularına təqdim etməyi məqsədəuyğun
sayırıq.
Mətn nəşrə hazırlanarkən,
çağdaş Azərbaycan dilinin orfoqrafiya normaları əsas
götürülmüş, müəllifin dili və
üslubu saxlanılmış, bəzi sözlərin mötərizədə
izahı verilmişdir.
Aysel Əfəndiyeva,
AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu
Azərbaycan
mühacirət ədəbiyyatı şöbəsinin elmi
işçisi
Yeni nəsil arasında
Leyla xanım və Turqut bəy darülfünunun fəlsəfə və ictimaiyyət şöbəsində məzun iki arkadaşdı.
Bunlar məktəbdən sonra da arkadaşlığa davam ediyorlardı və aralarında təmiz və səmimi bir dostluq vardı.
İkisi də müəllimdi, ikisi də evlənmişdi. Leyla xanımım kocası mühəndisdi, Turqut bəyin rəfiqəsi əczaçı idi.
Eyni məhəllədə oturan bu iki ailə sıx-sıx görüşüyor və bəzən də digər arkadaşları ilə birləşərək, uzun qış gecələrini müsahibələr ilə keçiriyorlardı. Daha doğrusu, müsahibələr Leyla xanımla Turqut bəy arasında həmən hər toplantıda davam edən münaqişələr ətrafında dolaşıyordu.
Bu münaqişələr iki dost arasında da məktəb sıralarında başlamışdı. Şimdi dostca davam ediyordu. Fəqət o zamanlar xüsusi və gizli bir mahiyyəti haizdi. Bunlar sinfin ən zəki və çalışqan tələbəsi idi. Aralarında saklı və etiraf edilməyən bir rəqabət vardı. Gah birisi, gah digəri sinfin birincisi oluyordu və o zaman hər ikisinin gözlərində və dodaqlarında ancaq kəndilərincə duyulan və anlaşılan əlamətlər bəlirirdi. Fəqət heç birisi bunu fazla göstərməzlərdi və birisi digərini "səmimiyyətlə" təbrik edərdi.
Şimdi Leyla xanım həyata atılmış o yeni türk qızı tiplərindəndir ki, şəxsiyyətlərini hər gün daha ziyadə göstərməkdədirlər. Cəsur, çalışqan, izzəti-nəfs sahibi, vəzifəsinə mərbut (burada: bağlı) bu yeni varlıqda çalışmaq və öyrənmək həvəsi pək qüvvətlidir. Məktəbdə təhsil etmiş olduğu ictimaiyyət və ruhiyyət məlumatını hər gün genişlətməkdə idi və bunun için də kəndi-kəndinə iki əcnəbi lisanını oxuyub-anlayacaq qədər öyrənməyə müvəffəq olmuşdu.
Leyla xanım, eyni zamanda mücadiləçi idi və bilxassə erkəkləri "mat" etməkdən xoşlanıyordu.
- Erkəklərmi? Beşini bir paraya almam, - deyə qəhqəhələr atardı və kocasını oxşayaraq:
- "Kocacığım, bu sənin için deyil. Səni bəyənməsəydim, səninlə evlənməzdim, bən bunlardan bəhs ediyorum", - deyib əski məktəb arkadaşlarını göstəriyordu.
Leyla xanımın kocası fleqmatik, qeydsiz, kəndi mədən işləri ilə məşğul və Leyla xanımın işlərinə və fikirlərinə qarışmaz birisi idi.
Fəqət Leyla xanımın bu gibi çıxışları, bilxassə, əski arkadaşı Turqut bəyə toxunurdu. Turqut da mücadiləçi idi, o da müvəffəqiyyətdən, qələbədən xoşlanırdı. Bilxassə, qadınların aldıqları son vəziyyətə təhəmmül edəmiyordu və nə olsa da erkəyin qadına təfəvvüq (üstünlük) etdiyini göstərmək istərdi:
- "Fazla irəli gediyorsun, qadın olduğunu unuduyorsun!" - deyə müqabilədə bulundu.
Leyla hərarətlə:
- Nə demək istiyorsun? Baban gibi sən də mi qadının aşağı bir məxluq olduğu fikrindəsən?
Turqut gülərək:
- Nə də olsa, qadınla erkəyin arasında fərq vardır.
Leyla pürhiddət:
- Əvət, vardır. Fəqət o dəxi erkəklərin əleyhinə!
- Əfv edərsin, anlayamadım!
- Anladayım: Biz daha dün meydana çıxdıq və tamamən çıxdıqmı? Demək ki, hənuz biz kəndimizi kəndi əlimizə almadıq, bunun için vakit bulamadıq! Şimdilik biz nə isək, genə sizin məhsulunuzuz. Binaənaleyh (ona görə) nə qədər qüsurlarımız varsa, sizdən gəliyor.
- Amma da məntiq! Həm kəndinə pəhləvan dersin, həm bana toxunma, bən xəstəyim, - deyə fəryad edərsin.
- Əvət, əvət! Bəni xəstə, cılız, zəif, becəriksiz yapan həp sənsin, sənin əsrlərcə davam edən qəlbsiz, şəfqətsiz hakimiyyətindir! Fəqət həmd olsun, artıq buna son verilmişdir! Bir az keçsin də, görəcəksin!
- Genə
bizim sayəmizdə!
- Hangi sayənizdə?
- Siz
qadınlara haqlar verdiyimizi, sizi dünya işığına
çıxardığımızı da mı unudacaqsın?
- Kim?
Sizmi?
- Əvət,
biz!
Leyla
çılğın bir qəhqəhə sovurdu və əlini
də Turqutun üzünə qədər uzadaraq:
Yəni, sizmi, sizin gibilərmi?
- Əvət,
bən və bənim gibilər!
Leyla genə
çılğın bir qəhqəhə atdı və
bağıraraq:
- Bizə
verdiyiniz haqları siz kəndiniz nerədən aldınız?
Dünə qədər bənim gibi sən də kölə
idin. Dünya işığından məhrumdun! Zatən, sənin
gibilərdə qüdrət belə olsa, kimsəyə haqq
verməzsiniz! Çünki təbiət sizdən bu qabiliyyəti
əsirgəmişdir.
- Bu nə
deməkdir, nədən bizdə böylə bir qabiliyyət
olmasın?
-
Çünki səndə və sənin gibilərdə qəlb
yoxdur, könül ölmüşdür. Siz başdan-başa
eqoizmdən yoğrulmuş qaya parçalarısınız! Zərrə
qədər mənfəətiniz için
başqalarının dünyalar qədər haqlarını
çeynəməkdə tərəddüd etməzsiniz!
Başqasının iztirabını duymaq,
başqasının dərdlərini və ehtiyaclarını
anlamaq və onlarla əlaqədar ola bilmək için həssas
olmalı. Sizdə isə qəlb yerinə tas, ruh yerinə
süngər və zəka yerinə bir hesab makinası
qonulmuşdur! Yalnız bu sonuncu işlər, o da, ümumiyyətlə,
cəm əməliyyəsinin ötə tərəfinə
keçməz. Həm də nə cəm əməliyyəsi?!
ilaxır... ufaq-təfək, adi, saymağa dəyməz, həqir,
biçarə qırıntılar! Barı, heç olmazsa,
göstərilən təhəmmülə, çəkilən
zəhmətə dəysə!..
Leyla
xanım bu sərt ithamları Turqutun üzünə atarkən
siyah gözləri qərib atəşlər
saçıyordu, yanağı qızarmış, dodaqları
titriyordu. Qadınlar onu heyrətlə və bir az da məmnuniyyətlə
dinliyorlardı, erkəklərin dodaqlarında acı təbəssümlər
bəliriyordu. Hətta ələlümum laqeyd olan və
münaqişələrə qarışmayan kocası belə
mütəəssir oldu, Turqut bəyə qarşı
sıxıldı.
- Leyla! sənə
nə oluyor? Bu qədər irəli getməyə lüzum
varmı? - deyə zövcəsinə ixtarda (burada:
xatırlatma, xəbərdarlıq) bulundu.
Turqut isə
Leyla xanımın bu gibi çıxışlarına ta məktəb
sıralarından alışqın olduğundan müstəhzi
(istehza edən, rişxəndçi) bir lisanla:
-
Buraxınız, əzizim, söyləsin! İnşallah, biz
erkəklərin qüsurlarımızı öyrədir və
türk qadınının yüksək və canlı qəlbindən
türk erkəyinin ölü qəlbinə bir az can
axıdır!
- Əvət!
Əvət! Tam dediyiniz gibi olacaq? İmdadınıza
yetişməzsək, vay halınıza!
- Fəqət
nasıl oluyor da eyni camaatın bir yarısında qəlb xəstələniyor,
çəlimsizləniyor, öbürüsündə isə
sağlam və canlı qalıyor?
- Qayət
təbiidir! Siz erkəklər bizi hərəmlərə
soxaraq pərdə və peçə (niqab, hicab) arxasında
öldürmək istədiniz. Fəqət bizə
qarşı qurduğunuz tuzağa tam kəndiniz
düşdünüz! İctimai hadisələr iştə
böylədir. Qüvvəti sui-istimal edənləri
çarpar. Hərəm və pərdə bizi öldürmədi,
saxladı. Dış həyatından ayrılmış
olduğumuz için biz qadınlar bu həyatın
bütün pisliklərindən az-çox məsum qaldıq. Əsrlərcə
davam edən istibdadın müdhiş təzyiqləri, əzmələri,
alçaltmaları bizə qədər ancaq dolayısı ilə
gəldi. Qüvvətin, cəbr (burada: zor) və
zülmün təzyiqlərinə qarşı konula biləcək
yeganə qurtuluş çarəsi birlikdə hərəkət
edə bilməkdir. Halbuki bu birlik məfhumunu siz kəndi əlinizlə
pozmuşdunuz. İctimai həyatın ilk hüceyrəsi olan
ailəni hərəm və salamlıq deyə ikiyə
ayırdığınız gibi, eyni həyatın ikinci
hüceyrəsi olan məhəllə xalqını da bir-birlərinə
yüksək divarlar, qalın qəfəslər, qara pərdələrlə
genə siz yabançı qıldınız. Bu surətlə
camaat arasında toplu yaşamaq, toplu düşünmək,
toplu hiss etmək və bir-biri ilə əlaqədar olmaq gibi
xassələrin oyanmasına və açılmasına əngəl
oldunuz. Halbuki zülm və cəbr hər kəsi eyni dərəcədə
əziyordu. Buna qarşı müştərək hərəkət
intiqamı olmadığından, təbiətilə hər kəs:
"va nəfsi" - deyərək, kəndini qurtarmağa
qoyuldu. Fəqət tək-tək fərdlər bütün bu
istibdad üsuluna qarşı nə yapa bilirdi? Hangi silahı
kullanacaqdı? Təbiətilə hər yerdə və hər
zaman zəiflərin qüvvətlilərə, biçarələrin
qüdrətlilərə qarşı qoyduqları silahlara
baxılacaqdı. Yəni, yalvarma, riya və tabasbus
(yaltaqlıq), təslim və riza, yalan və hiylə, təzəllüm
(zülm altında inləmə) və aldatma gibi vasitələrə!
Bu isə getdikcə hər kəsi alçaltdı və
alçaltdıqca zəlil etdi və hər kəs zəlil
olduqca nəfsindən başqa kimsəni düşünməz
oldu! Haqq məfhumu qalxdı, yerinə qüvvətə tapmaq
qondu. Müdhiş bir eqoizm, bir ötkəmlik qəlbləri
qapladı; şöylə ki, bu əzilmiş qəlblər həyəcan
və həmlə deyilən və böyük hərəkətlərin,
yüksək fədakarlıqların mənbəyi olan xassələrdən
silindi! Hətta həqiqəti sevmək qabiliyyəti belə
qalmadı!
2
Hazirun
Leyla xanımın bu təşrihini diqqətlə və heyrətlə
dinliyorlardı. Turqut dəxi əski məktəb
arkadaşının zəka və məntiqini təqdir ediyor
və etiraz ediləcək cəhət bulamıyordu.
- Fəqət,
xanım əfəndi, siz qadınlar əski dövrün mənfi
təsirlərindən tamamən məsummu qaldınız? -
deyə sordu.
- Bən
tamamən məsum qaldıq deyə bir iddiada bulunmadım. Bu təsirlər
təbiətilə siz erkəklərin vasitəsi ilə ailə
ocaqlarına qədər gəliyordu. Zatən, o zaman ailə
ocağı dediyiniz şey nə idi? O da istibdad sisteminin bir
nümunəsi deyilmiydi? Orada da təhəkküm eynən
hakimdi. Fəqət sən də etiraf edərsin ki, ailədə
cəbr və təhəkküm dışarıdakı cəbr
və təhəkkümün yanında heç qalıyordu.
Ailədə qadını erkəyin təhəkkümünə
qarşı qoruyan qiymətli mənəvi amillər vardı.
Məsələn, çocuqlar, birlikdə yaşamaqdan
doğan qarşılıqlı əlaqələr, erkəyin
qadına qarşı hər nə də olsa, məhəbbəti
ilaxır! Fəqət bütün bunlara rəğmən,
iddia edəməm ki, qadın istibdad zülmünün təsirlərindən
tamamən məsum qaldı. Bənim iddiam şudur: Erkəkdə
qəlb fəlçə uğramışkən, qadında qəlb
zədələnmiş isə də,
daşıdığı fitri qabiliyyət və qüvvətləri
qeyd etməmişdir və bu qabiliyyət və qüvvətlərin
inkişafı ilə erkək qəlbinin də gələcəkdə
düzələcəyi ümidini veriyor!
Turqut
gülümsəyərək əllərini ovuşdurdu və
müstəhzi bir tövrlə:
- Bu son əməliyyənin
nasıl olacağını lütfən
anladırmısın?
- Zatən
oraya keçmək üzrə idim; son inqilabımız
qadının ictimai qiymətini təqdir edərək, ona
layiq olduğu mövqeni təmin etdi!
- Burada
sözünüzü kəsməkliyimə lütfən,
müsaidə buyururmusunuz?
- Söyləyiniz!
- Bu son
inqilabı yapanlar erkəklər deyilmidirlər?
- Əzizim!
Qolay bir təərrüz (burada: hücum etmə) cəbhəsi
buldum deyə kəndini aldatma! İctimai varlıqlar, tarixi qəhrəmanlar
ölçüyə gəlməzlər! Biz burada ələladə
erkəklərdən, hər gün təsadüf etdiyimiz
insanlardan bəhs ediyoruz. İstisnayi insanlara və qəhrəmanlara
beş yüz, min, beş min daha nə biləyim nə qədər
sənədə bir kərə təsadüf edilir! Onları
nümunə ittixaz edərək, hər dəqiqə
doğub-keçənlər haqqında da hökm verirsək,
kəndimizi aldatmaqdan başqa bir şey yapmış
olmayız. Biz şimdi səndən, bəndən sokakda,
bazarda gəzənlərdən bəhs ediyoruz; zatən vəq'ələr
(burada: hadisə, əhvalat) də meydandadır. Sən və
bən və bir çox münəvvər erkəklər o qəhrəmanın
zühurundan əvvəl də qadına mövqe vermək tərəfdarı
idik! Fəqət nədən birimiz meydana atılıb da, bu
arzunu tətmin edəmədik! Hətta tətmin etmək
şöylə dursun, bu dəruni arzunu izhar etməkdən belə
ürküyorduq! Binaənaleyh, ümumdan bəhs edilirkən,
sən bu istisnayi varlıqları misal olaraq göstərməkdən
çəkin! Şimdi gələlim əsl məsələyə,
yəni qadının təsiri ilə erkək qəlbinin
qurtuluşu məsələsinə! Son inqilabımız sayəsində
türk qadını ictimai həyatda amil olmağa
başlamış olduğundan, təbiətilə
daşıdığı həssasiyyəti də bu həyata
qarışdıracaqdır. Arkadaşlarımız Zeynəb,
Lütfiyyə və Səbriyyə xanımları
tanırsın. Bunca erkək arkadaşlarımız
arasında bunlar qədər nəfslərini başqaları
için fəda edənlər varmıdır? Bunlar
bütün varlıqlarını ailələrinə vəqf
etmişlərdir. Gecə-gündüz durmadan didiniyorlar, kəndilərini,
üst-başlarını və hətta qidalarını belə
ehmal edərək ixtiyar annələrini, gənc
qardaşlarını keçindirməyə baxıyorlar. Məsələn,
zavallı Lütfiyyə bir-iki dərs fazla verib bir kaç
para ziyadə qazana bilmək için bu böyük şəhərin
bir ucundan ötəki ucuna qədər yaya yürüməkdədir.
Keçən gün kəndisinə təsadüf etdim. Rəngi
atmış, üst-baş pərişan, kundurasının
(ayaqqabı) bir tərəfi yırtıq, genə o məhud
(bilinən, məlum olan) yoxuşu yaya dırmanmaqda idi. Qəlbim
parçalandı.
-
Lütfiyyə, - dedim: - bu nə hal, bir az da kəndinə
baxsana!
Zavallı
üzümə həzin-həzin baxaraq:
- Ah,
kardeşim, vəziyyəti biliyorsun, annəm xəstədir,
doktoruna, ilaclarına güc yetişiyorum! - dedi.
Böylə
bir fədakar erkək arkadaş göstərə bilirmisin?
- Fəqət
bütün qızlar da böylə deyil ya! Sənə
öylə qız arkadaşlar göstərə bilirim ki, bir
kürk için zövclərindən
ayrılmışlardır! Məsələn, Naciyə
xanımı xatırlarsın ya!
Leyla sərt
bir baxışla:
- Bən
sənə bütün qızların böylə
olduqlarını söylədimmi? Hətta bu gün sənin
göstərdiyin tip əksəriyyətdir. Eqoizm içində
yuvarlanan bir mühitdə Lütfiyyə gibilərin birdən-birə
əksəriyyət olması için möcüzə
lazımdır.
- Fəqət
sənin yeni türk qadınına nümunə olmaq üzrə
göstərdiyin Lütfiyyə xanım gibilərə əski
türk qadınları arasında da az təsadüf
edilmiyordu. Bən böylə şəhid dulları biliyorum
ki, çocuqları için gəncliklərini, gözəlliklərini
və bütün həyatlarını fəda etmişlərdir!
- Bənim
tezimi təyid ediyorsun. Yəni türk qadınının qəlbindəki
yüksəkliyi mühafizə etmiş olduğunu isbat
ediyorsun. Yalnız şurası vardır ki, o əski türk
qadını camaat həyatına
qarışmadığından daşıdığı fəzilətlər
müəssir (təsirli) olamıyordu. Şimdi isə o feyzlər
kəndisini göstərəcək, türk erkəyinə də
sirayət edəcəkdir.
Turqut
gülərək:
- Sirayət
etdiyini görmüyoruz. Yeni ailələr altı aydan ziyadə
davam edəmiyor. Rəfiqəm hekayə ediyordu: Məktəb
arkadaşlarından birisinin evləndiyini eşitmiş, sokakda
təsadüf etmiş və təbrik eyləmiş.
Arkadaşı isə:
-
Ayrıldıq, - deyə qocaman qəhqəhə
salıvermiş.
Rəfiqəm
heyrətlər içində:
-
Neçin? - deyə sormuş.
- Hərif
sinemanı sevmiyormuş, bənimlə sinemaya gedəməzmiş!
Böyləsini cəhənnəmin dibinə getsin!
Hazirun
gülüşdülər, Leyla da güldü və Turquta
xitabən:
- Əvət,
əvət! Sinema için, teatro için, kürk için, apartman
için və bəzən də sırf dəyişiklik
olsun için ayrılan yeni qızlar vardır.
Fəqət
məşru-zövcələrinin, çocuqlarının
gözləri önündə metres tutan, metreslərinə
ailə və çocuqlarından ziyadə baxan erkəklərə
nə dersin? Hələ şu elanı bir oxu: "Oksford
darülfünunu doktor ünvanı ilə ikmal etdim, yüz əlli
lira maaşım vardır. İki yüz əlli lira iradı
olan bir qız arıyorum, talib olanlar filan adresə müraciət
etsinlər!" Kəndini bazarlığa qoyan bu Oksford
darülfünunu doktorumu, yoxsa sinema için zövcündən
ayrılan qızmı yüksəkdir?
Turqut
böylə bir sual bəkləmiyordu. Şaşaladı.
Leyla: - Bən
cavab verəyim: fərqsizdirlər, biri digərinin eşidir,
eyni varlığın iki üzüdür, fəqət
Lütfiyyə xanıma gələlim. Yeni qızlar
arasında heç olmazsa, onun gibilər
çıxmışdır. Və bu tip getdikcə artmaqda,
çoxalmaqdadır. Çünki gözəllik, maddi və
mənəvi gözəllik çəkicidir,
oxşayıcıdır, insan nə qədər pozulmuş
olsa da, onun önündə əyilir, ona hörmət edər
və kəndisini ona bənzətmək istər. Sonra, əzizim
Turqut, etiraf et ki, siz erkəklər nə qədər qüvvətli
olsanız, nə qədər təhəkküm etsəniz də,
qadının təsirindən, ona xoş görünmək
istəməkdən kəndinizi alamazsınız! Bir
sürü erkək arasında bir tək qadının
bulunması belə, dərhal kəndini göstərir, dərhal
erkəklərin hərəkət və tövrləri üzərinə
təsir yapar, onları yumşaqlığa, incəliyə
çağırır. Erkəklər şimdiyə qədər
qadının bu tərbiyətkar fəzilətindən məhrumdular.
Bu gün isə bambaşqadır. Şimdi qarşınıza
sizinlə bilgi və dimağ etibarı ilə həmayar bir
qadın çıxmışdır, siz onunla hesablaşmaq məcburiyyətindəsiniz!
Bu yeni vəziyyət camaatımızın gələcəyini
hazırlamaqdadır. Türk qadınının qəlbindəki
şəfqət, mərhəmət, həssasiyyət, həyəcan
və həmlə qaynağı yavaş-yavaş daşacaq,
sizə də sirayət edəcək və nəhayət, sizi
ötkəmlik qını içindən çıxararaq, həssas
olmağa, başqalarının iztirablarını anlamağa
və bu iztirabları gidərmək için həmlələr
yapmağa dəvət edəcək! Hesabçı
dimağınızla durğun qəlbiniz arasında
pozulmuş olan müvazinəni təmin edəcək, sizi
yalnız düşünən deyil, eyni zamanda da hiss edən
bir varlıq halına gətirəcək və bu surətlə
sizi yarım qalmaqdan qurtaracaqdır! İştə,
qadının açılmış olan bu yeni dövrdəki
rolu!
Turqut
söyləyəcək bir şey bulamadı və
"İnşallah! İnşallah!" - deyərək
münaqişəyə nəhayət verdi.
Əhməd AĞAOĞLU
Ədəbiyyat
qəzeti.-
2024.- 22 noyabr,
№45.- S.12-13.