Trampın Herakl sevdası
Heraklın 12 qəhrəmanlığını
Tramp təkrarlayacaqmı?
Donald
Tramp əvvəllər özünü
Qay Yuli Sezarın reinkarnasiyası
bilərdi. Bu səbəbdən
Konqreslə, Nensi
Pelosi ilə "döyüşünü"
7-8 yanvar 2019-cu il tarixinə
salmışdı. Sezar
həmin tarixdə Rubikon çayını keçərək, Roma senatı
ilə açıq davaya başlamışdı
axı... Trampın Vaşinqton Kapitolisinə qayıdışı fərqli
ssenari ilə, Heraklın 12 qəhrəmanlıq
siyahısı ilə
davam edəcək. Yəni, bu dəfə
o, Heraklı təkrarlamaq,
hətta ötmək istəyəcək. Seçkiöncəsi
Viskonsin ştatında
zibilyığan avtomobilə
minməsi də Herakl nağılının
performansıdır. Herakl
Avqi tövlələrini
təmizləmək istəyirdi.
Trampın gözündə
"Avqi tövlələri"
real ünvandır. Demokratların
Kapitolisi, Senatdaki irsidir.
İqlim
dəyişkənliyi ilə
bağlı demokratların
125 qanun maddəsidir. Vaxtilə Trampın ləğv etdiyi bu qanunları Bayden bərpa etmişdi.
Paris iqlim sazişinə qayıtmışdı.
İndi bu "Avqi tövlələri"ni
Tramp təmizləmək istəyir.
Vaşinqton isə çoxdan qədim Roma dekorasiyalarında yaşayır.
Roma yunan miflərini səhnələşdirir.
Tramp bu mifləri canlandıran növbəti
Herakldır bəlkə?
Hər halda bu dəfə
o Heraklın 12 qəhrəmanlığını,
o cümlədən "Avqi
tövlələri" əfsanəsini
canlandırmaq istəyir.
İqlim
dəyişkənliyi ilə
bağlı 125 qanun maddəsi dövlət düyməsi ilə silinə bilər.
Bakı
İqlim sammiti bu cür çətin
şəraitdə baş
tutdu.
Qorxmayaq.
Trampla siyasi alverə başlasaq, xərcləcəyimiz
bax bu COP29 mövzusu, maddələri
ola bilər.
Kədərlənməyək.
Herakla kömək edək.
İrəlidə bu əfsanənin
hələ 11 seriyası
var.
Həmid
HERİSÇİ
Ədəbiyyat qəzeti.- 2024.- 22 noyabr, №45.- S.17.