Yarımçıq çay
stəkanda can verir
Gecələri yatmıram ki, əzizim,
Gecələrin göz qoyuram üstünə.
Azar-bezar, fikir-xəyal, dərdlərin,
Gecələri duz qoyuram üstünə.
Hamı yatıb, bir gecədi, bir də mən,
Yarımçıq
çay stəkanda can verir.
Qonşu
çırpır qapısını hirs ilə,
Arxasınca
gözlər dolub qan verir.
Gecə
yarı pəncərəmin altında
Qəfil
qalxır pişiklərin davası.
Yuvasından
hürküb düşür quşcuğaz,
Çırpılacaq
yerdə daşa quşcuğaz...
Uzaqlarda
soyumayan küləklər
Ara-sıra
səs gətirir üstümə:
"Anan
qurban, sabaha nə qaldı ki,
Gecələrin
axı sənlə qəsdi nə..."
Bir də
görrəm ağarıbdı dan yeri,
Yenə
qalxıb işə gedir küçələr.
Səs-küy
qalxıb salamlayır şəhəri,
Dalğa-dalğa
axıb gedir küçələr.
Bu gecə
də belə keçdi, əzizim,
Yalqız
görüb yaxın gəldi divarlar.
Yazdım,
pozdum, tükənmədi həsrətin,
Mənə
bir bu şeir qaldı yadigar.
Baharın
ürək tutması
Bir
yarpağa vurulub
sevmək
də olar payızı,
bir
küləyə qoşulub
getmək
də olar payızdan,
bir
yarpağın xətrinə
lap
söymək də olar payızı...
Barmaqlarının
darağında ucaldı,
qocaldı
barmaqlarım,
saçlarım
şahmat taxtasına
döndü...
Son dəfə
nə zaman tüstülənib bu ocaq,
nə
zaman boşalıb qolların...
Topuklarında
oynaşan kölgəmə
yazığı
gəlir köpəyimin də..,
İndi mən
baharın ürək tutmasıyam,
bayılıram
payıza...
Qadın-Vətən
Güllər
sizin üçün açır,
Günəş
sizə gülümsəyir.
Ulduzlar
göz vurub keçir,
Dağlar
düzə gülümsəyir.
Gülümsəyir
duman, çən də,
Əriyir
kədər də, qəm də.
Dodaqlarının
ucunda
Şürün
busə gülümsəyir.
Yağır
buluddan aşağı,
Yağış
yerə gülümsəyir,
Bağda
bəhrə gülümsəyir,
Ağacda
bar gülümsəyir.
Seyr edib
gözəllikləri
Bu nur
çöhrə gülümsəyir...
Saçalrında
gümüş tellər,
Telində
gül gülümsəyir.
Kipriyində
yaş titrəyir,
Gözündə
yol gülümsəyir.
Müqəddəsdi
torpaq, vətən,
Qadın-ana...
müqəddəsdi.
Uğrunda
qurban gedəndə
Qadın-Vətən
gülümsəyir...
Bayraq-bayraq
gülümsəyir,
Buta-buta
gülümsəyir,
Oğul-oğul
gülümsəyir.
Sıfırdan
aşağı
Sıfırdan
başlamaq -
hər
şeyi sıfırlamaq,
sonra nə
varsa bütöv almaqdır.
Sıfırdan
başlamaq özün olmaqdır...
Sıfırlanmaq
-
gözdən
düşmək,
sıfra vurulub
bölünmək,
sıfırdan
yıxılmaqdır...
Sıfırlamaq-silmək,
yox etmək,
qalan nə
varsa itirib batırmaqdır...
Sonra da
ardınca
dərin bir köks ötürüb,
rahat nəfəs
almaqdır...
Sıfırdan
aşağı
həddi
də var həyatın, birdənəm,
gəl
gedək... gedək üzmək öyrənək!
Bir
gün öldürəcək
məni
xoşbəxtlik
Bəbəklərindən
mutluluğu dərsəm,
nəğmələşsə
barmaqların,
oxusam əllərini
bir not dəftəritək...
Çiçəkləsə
yaxan,
üstündə
dava salsa arılar,
sünbül
kimi dən tutsa saçların,
uçub
gəlsə quşlar,
pıçhapıç
başlasa qarılar...
Yollar
koşaraq gəlsə üstümə,
sarılsa
boynuma,
öpüş
yığsam ayaqlarından,
tumurcuqlanıb
çatlasa dodaqların...
məni
öldürəcək xoşbəxtlik,
öldürəcək,
yavrucuğum...
Bu
arılar nə oxuyur
görəsən
Bir
çiçəyin ətirinə yığışıb,
Bu
arılar nə oxuyur görəsən.
Barılar
da qoca qarı misalı,
Səsə
düşüb qulaqları deyəsən.
Xonça
tutub, xəyal qurur zavallı...
O bənd
üstə bəndə düşüb, dərdə bax.
"Bir
baxmısan, bir də boylan, bir də bax",
Tut
günəşə, qumaşda bax, zərdə bax,
Baharda
bax, yağışda bax, qarda bax...
Dilbilməzmiş,
naşı imiş demə bu,
Gəlmədi
ki, imana bu, dinə bu.
"Sinə
meydan, zülf pərişan..."eyvallah
Ədasından
od götürüb yanar bu...
Açıq
işvə, naz qarışıq üzə bax,
Yanağında
halə tutan közdü, köz..,
Arıların
sayı bəlkə yüzdü, yüz!..
Arı gələr
çiçəklərdən bal çəkər,
Bal
çəkdiyi ürəklərə yol çəkər.
Günəş
doğar, Ay dolanar, il çəkər,
Səsə
düşər qulaqları ellərin.
Əsib
keçər sübhün sərin yelləri,
Tel-tel
olar ləçəkləri güllərin...
Dünya
yaz doğurdu
o
doğulanda
İndi mən
payızın nəyi oluram..,
Yağan
yağışımı, əsən yelimi,
Saralan
yarpağı, tənha çölümü?..
Bu
yağış altında qalıb üşüyən,
Dünənki
atəşin soyuq külümü?..
Açdım
pəncərəni, hava soyuyub..,
Dünənki
istidən əsər qalmayıb,
Dünənki
istidən kəsər qalmayıb,
Hava kədərlidi,
gözü nəmlidi.
Hələ
bu, payızdan fağır dünyaya,
Birinci
mesajdı, ilkin həmlədi...
İndi mən
payızın nəyi oluram..,
Qaçıb
göy üzünü bulud aşağı,
Dəlisi
oluram, səyi oluram.
Uzaqda top
atır ildırım baba,
Burda
toyxanası, toyu oluram...
Sərxoş
buludların qolları üstə,
Mən də
əldə qədəh dolandırıram,
Saqisi
oluram, meyi oluram...
Bir az
havalıdı başım mənim də,
Bir az
davalıdı başım mənim də...
Bu gedən
neçənci yaydı, ilahi,
Bu gələn
neçənci payız olacaq...
Elə bu
payıza ilk sevinən də,
Elə
ilk küsən də o qız olacaq...
Dünya
yaz doğurdu o doğulanda..,
Yağışlar
çöllərədə ot bitirirdi.
Bahar
çiçəyiydi o qız eləcə
Yalın
meşələrə, boz torpaqlara,
Təbəssüm
səpirdi, gül bitirirdi...
Elə
ürəkliydi, elə ürəkli..,
Burdan
göy üzünə qəmzə satırdı,
Burdan
göy üzünə yol bitirirdi...
Açdım
pəncərəni, hava soyuyub..,
Bir də
bu payızdan olmayacaq ta...
O qız
da qoşulub payıza getdi,
Elə o
qızdan da olmayacaq ta...
Çarmıxdakı
azadlıq
Geniş
açılmış qollarında
dünyanı
qucmaq arzusu...
Günəş
bərq vurur üzündə,
şüa-şüa
əriyir duaları...
Əllərinin
ortasındakı mismarın altından
köpüklənir
dəniz,
Körüklənir
sinəsi...
Quşlar
gəlib
nəğmə
oxuyur başında,
acanda
dimdikləyir gözlərini...
Ətə
yerikləyən vəhşi heyvanlar
diz
çöküb qabağında..,
Üzünü
ayaqlarına
söykəyib ibadət edir azadlıq...
Şahnaz
Şahin
Ədəbiyyat
qəzeti.- 2024.- 22 noyabr, ¹45.- S.18.