Qəm karvanı
Poema
"Mənəm ki, qafiləsalari karivani-qəməm"...
Məhəmməd Füzuli
Sevən gözlərimə verib Tanrı su,
İndi dərk edirəm məhəbbətini.
Ey böyük Füzuli - sənət Tanrısı,
Bizdən
əsirgəmə səxavətini.
Özüm də bilmirəm,
axı nə sirdir,
İncə kəlamının dadı
azalmır.
Bir şair ürəyi neçə əsrdir
Yanır
için-için, odu
azalmır.
Baxıb
kainata məhəbbət
ilə
Həsrət işığında hey köks ötürdün.
Sən
ulu eşqinin əzəmətiylə
Məcnunun eşqinə yuxu
gətirdin.
Közərdi qəlbində söz
için-için,
Keçib əsrləri, bizi
yandırdı.
Hicranın zülməti sevənlər
üçün
Qaranlıq dünyanı işıqlandırdı.
Məndən sevgilimin üzü
dönəndə
Sənin
dilin ilə danışdırmışam.
Bəzən ürəyimin odu
sönəndə
Şeirinin oduna alışdırmışam.
Mən sənə biganə qala bilmərəm,
Hər sözün önündə
başımı əydim.
Sənintək sənətkar ola bilmərəm,
Barı,
sənin kimi sevə biləydim...
***
- Yarəb, bir ilahi məhəbbət ilə
Səni
dərk etməyə çalışıram mən.
Ürəyim eşq ilə gəlsə də dilə,
Sənin
rizan ilə danışıram mən.
İzn ver, qanımda haqq nuru axsın,
Dözərəm, olsa da yarım
hikkəli.
Qoy sevgi ruhumu odlara
yaxsın,
Sənin
dərgahına təmiz,
pak gəlim...
Fələklər alışır hər
gün ahımdan,
Sevgi qanadında göylərə
uçum.
Əfv
et Füzulini, keç
günahımdan,
İlahi,
sevməkdir mənim də suçum...
Qəlbimdə közərir gizli
bir inam,
Eh, sənsiz bir günü axı, neylərəm?!
Yoxdur bu dünyadan ayrı təmənnam,
Yarımdan yarımı tələb
eylərəm.
Aşiq
göz yaşını
necə saxlayar? -
Dolaram, yadıma, yar, sən düşəndə.
Adətdir, həmişə zar-zar
ağlayar
Qəribin yadına vətən
düşəndə.
Bir ürək sinədə batıbsa yasa,
Etdiyin cəfalar məgər azdımı?
Sinəmdə min tənə oxu
olmasa,
Ürək tənhalıqdan darıxmazdımı?
Bəs sənə vəfasız necə deyim mən,
Hicrində çəkdiyim səfa
deyilmi?
Məndən ki cəfanı əsirgəmirsən,
Elə bu özü də vəfa deyilmi?!
Bəxt
ulduzu sandım qara gözünü,
Onları
üstümdən iraq
eyləmə!
Əzizim,
amandır, parlaq üzünü
Əğyar məclisinə çıraq
eyləmə!
Sənin
qəmzə oxun məni yaralar,
Ancaq ki,
ölmərəm, yönüm
bəridir.
Bağrımın başında olan
yaralar
Cünunluq dağının qönçələridir.
Bəzən kövrəlirəm, ürək daş deyil,
İndi varlığıma hopan alovdur.
Gözümdən tökülən qanlı
yaş deyil,
Sevən
ürəyimdən qopan
alovdur.
El-aləm danışır mənim sözümü,
İndi ağıl qoyur hər yetən mənə.
Eh, eşqə salmışam
özüm-özümü,
Heç
düşmən etməzdi,
etdim mən mənə.
O qara gözlərin önündə dur ki,
Ürəyin sirrini aça,
söyləyə.
Hamı
vüsal istər, aşiq odur ki,
Hicran bəlasını tələb
eyləyə.
Peyman bağlamışdıq ikilikdə
biz,
O məndən cəfanı
kəm eyləyərmi?
Qafil, nə çaşmısan,
axı səbəbsiz
Göz yaşı yanağı nəm eyləyərmi?!
Dünyanın işığı gözümün
deyil,
Görmürsən, nə qədər
onlar itidir?
Məndəki nəfəs də
özümün deyil,
Bir gözəl pərinin əmanətidir.
Səbrə nöqtə qoydu
qara xalıyla,
Dərmanım tapılmaz, elə
xəstəyəm.
Sağaltdı hamını öz
vüsalıyla,
Hicran bəlasıyla hələ
xəstəyəm...
Qırılmış bir çiçək çətin
ki, bitə,
Onu öz əlimlə dərdim, ay təbib!
Özünü nahaqdan salma zəhmətə,
Sən bilən dərd deyil dərdim, ay təbib!
Mənimçün pərişan olduğun yetər,
Həkim,
xoşdur mənə
yar yolunda qəm.
Aşiqin
dərdinə dərman
etsələr,
Onun xəstəliyi artar dəmbədəm.
Yanıqlı naləmə qulaq
tut mənim,
Dərdimi deməyə eh, mən
acizəm.
Seyr et göz yaşımı, ey bulud, mənim,
Elə düşünmə ki, səndən
acizəm.
Yar bizi yad edib, nə danış, nə din,
O gələn yolları öpüm sevinclə.
Odlu göz yaşımı mən öz sərvimin
Ayağı altına səpim
sevinclə.
Ahımdan fələklər titrəyir
zağ-zağ,
Çətin ki, bu yoldan dönə, - deyirlər.
Çoxdur eşq oduna tutulan, ancaq
Leyli sənə, Məcnun mənə deyirlər.
Dərdim
yüz dərmandan artıqdır, təbib,
Cünunluq yolundan məni əyləmə.
Yar vuran yaraya dərman
eyləyib,
Məni
şirin zövqdən
məhrum eyləmə.
İncə əllərində gültək
solaydım,
Bu xəzan mənimçün
bahar, yaz olar.
Min canım olaydı, qurban olaydım
Sənə miniylə də,
bir can az olar.
Gəl,
hər şəffaf suyu bulaq bilmə
sən,
Axan gözlərimin qaynar yaşıdır.
Nahaq gizləyirsən üzünü
məndən,
Gözlər gözəlliyin məhək
daşıdır.
Acı sözlərin də mənə bal dadır,
Odur dərdlərimin dəvası,
gözəl.
Sənin
o pərişan saçlarındadır
Könlümün quşunun yuvası,
gözəl.
Yaxır
ürəyimi həsrət,
intizar,
Vüsalın gözümdən süzülür
dən-dən.
Yəqin
ki, yaquttək qiymətim
artar
Bağrımın qanına boyandıqca
mən.
Məni
əridibdir hicran ələmi,
Nahaqdan danlama, gülüm, özünü.
Ahımın tüstüsü tutar
aləmi
Bircə
yol görməsəm
parlaq üzünü.
Gözündən könlümə işıq
axanda,
Dilim topuq çalır, dəyişir halım.
Bağrım parçalanır sən
hər baxanda,
Gündə bir ciyəri de,
hardan alım?!
Gözlərim səninçün qanlı
yaş tökər,
Mənə rəhmi gələr
dilsiz daşın da.
Məcnunda olsaydı fəğanım
əgər,
Yuva qurardımı quşlar başında?!
Mən sevda yolunda təkcəyəm,
təkcə,
Mənimçün qəm deyil yardan gələn
qəm.
Gözəllər cəfanı çox
eylədikcə,
Eşqin
də ləzzəti artır dəmbədəm.
Səba
bu dərdimi yayıb aləmə,
Deyib ki,
verirəm eşq yolunda can.
Eşq rüsvalığı ayıbdır
demə,
Ay zahid, rüsvayi-aləm olarsan!
Eşqsiz
o səda olmazdı neydə,
Gör necə yandırır? -
Bir dəm tut qulaq!
Ahımdan ulduzlar alışar
göydə,
Muradımın şəmi alışmaz,
ancaq.
Vurğunu olduğum o nazikbədən
Məni
öz ardınca dartır günbəgün.
Bidərd
tədbirini eşitdiyimdən
Ürəkdə dərdim də
artır günbəgün.
Naləmlə hamını oyadıram
mən,
Heç
kəs möhkəm yatmır sən yatan kimi.
Hər
an vüsalına can atıram
mən,
Qərib
vətəninə can atan
kimi.
O ətirli saçlar dağılıb yenə,
Mişki-Çin də verməz
onun buyini.
Ağlım söz kəsəndən
vətəndir mənə,
Necə
tərk eyləyim yarın kuyini?
Qəlbimə vurduğun yara göynədər,
Ona öz əlimlə mən duz səpmişəm.
Hicrində göydəki ulduzlar
qədər
Gözümdən torpağa ulduz səpmişəm.
Sözümü üzbəüz deyərdim
sənə,
Yadıma
yenə də o günlər düşüb.
Sənin
tellərini açdıqca
şanə,
Mənim
can telimə düyünlər
düşüb.
Vəfasız dövrandır, verir
əziyyət,
Cünunlarda görmə günahı,
səhra!
Sən suya həsrətsən, mən yara həsrət,
Sən ey sevənlərin pənahı, səhra!
Sözümü pas tutmaz, ötsə
də min il,
İlahi,
nə qədər odlanım, yanım?
Məndə can qoymayıb bu
şeyda könül,
Verim bir gözələ, qurtarsın canım!
Axır
ki, sözümə baxmadı
fələk,
Vuruldu bir təzə güli-rənayə.
Məni
iynə kimi incəldib fələk,
Saldı
iplik kimi uzun sevdayə...
Ahımla,
naləmlə könül
dağladım,
Dərdlər pərvanətək doldu
qoynuma.
Bir sənəm zülfünə
könül bağladım,
Cünunluq zənciri keçdi
boynuma.
Hicranı ömrümü etsə
də yarı,
Kimsəyə uymadım, - sədaqəti
gör!
Qiyamət günündə görməsəm
yarı,
Saqi, sən özün gəl qiyaməti gör!
Meh əsdi, titrədi könlümün simi,
Meyvəsiz budağa bar gəldi,
bəlkə?
Sübhə saxlayıbdır hicran
qətlimi,
Səhər açılınca yar gəldi, bəlkə?!
Xəyala
dalmışam, nədir
əlacım? -
Tamarzı qalmışam vüsal
dadına.
Qəlbimin dərdini de, kimə
açım? -
Məntək yanan varmı hicran oduna?!
Qəlbim
istəyir ki, nur salıb aytək
Sənin
keşiyində gecə
dayansın.
Sərv
qamətini görübsə
külək,
Gülüstan içində necə
dayansın?!
O necə sevgidi, yandırıb-yaxmaz?! -
Sevənlər imanı, dini neyləyər?!
Qaşlarını görən hilalə
baxmaz,
Ay üzünü görən
günü neyləyər?!
Qolları qandallı bir çıraq susur,
Gözəlim, baxmırmı sözünə
zülfün?!
Üzümə açıqkən sevda
qapısı,
Niyə
qıfıl vurub üzünə zülfün?!
Boynuma
salsa da, hicran qolunu,
Bənzətmə bir quru xəyala məni.
Tərk
edə bilmərəm
sevda yolunu,
Bu yol yetiribdir kamala məni.
Alovlar püskürən qəlbimin
başı
Buxar etməsəydi gözümdə
nəmi, -
Göz açıb-yumunca, gözümün
yaşı
Bir anda tutardı bütün aləmi.
Dərdimi duyana dərd oldu dünya,
Eşqimə bir nəfər
gülən qalmadı.
Gözümün yaşında qərq
oldu dünya,
Gözümün yaşını silən
qalmadı.
Sən gəldin ömrümə,
ilk bahar kimi,
Sərdim
ürəyimi yaz yağışına.
Qaşlarım yelkənsiz qayıqlar
kimi
Az qalır qərq ola gözüm yaşına.
Şehmidir, bərq vurur gül yanağında? -
Sevincdən kövrələr, bəbəyin
dolar.
Tökmə göz yaşını
vüsal çağında,
Hicran günlərində gərəyin
olar.
Danışa bilmirəm, od tutub
dilim,
Göz yaşım sevdalı dənizdir mənə.
Onu bəxş eləyib mənə sevgilim,
Dərdim
ürəyimdən əzizdir
mənə.
Qəlbimi isidən söz
nuru olur,
Ürək arzulayır bar dodağından.
Qasid gətirdiyi söz quru olur,
Qoy onlar süzülsün yar
dodağından.
Yarpağa dönübdür titrəyən
əlim,
Eşqin
havasıyla gör, əsir necə?
Yar deyib yanına səhərlər gəlim,
Bilmirmi mənimçün yox gündüz, gecə?!
Zülfünü yığ yana,
üzünü görüm,
İsitsin qəlbimi bir qaynar nəfəs.
Yarımın yanında olsaydı
yerim,
Kafərəm, cənnətə eyləsəm
həvəs.
Eşqimlə həyatım qərq
olub zərə,
Bura hər sevənin güzarı düşməz.
Pəncərən önündə durduğum
yerə
Min il cənnət quşu uçsa, yetişməz.
Yanımdan bir xəfif külək keçibdir,
Ürəyim - titrəyən payız
nanəsi.
Gözlərin könlümü vətən
seçibdir,
Şükür ki, nurlanıb qəm
viranəsi.
Nasehin dediyi sözə uymayın,
Sevənlər qoy, mənim sirdaşım olsun.
Məzarım üstünə heç
nə qoymayın,
Yarımın kölgəsi başdaşım
olsun.
Məni
laləüzlüm öldürdü,
dağlar!
Çətin ki, mələklər dadıma yetə!
Ey bulud, sən mənim üstümdə
ağla,
Bəlkə kəfənimdə lalələr
bitə!
Vuruldum,
hörmətim aşağı
düşdü,
Qismət
özgələrin, ad mənim
oldu.
Üzümə həsrətin işığı
düşdü,
Hər gözəl canıma bir qənim oldu.
Gözündə şeh gülən
körpə bənövşə,
Təşnə olduğumu hardan
bilirsən?
Göylərdə mələklər, yerlərdə
bəşər
Ağlayır halıma, - sənsə
gülürsən.
Rəhmdil görmədim gözəl
qızları,
Gül xarsız, gözəllər
cəfasız deyil.
Ay ürək, incimə, vəfasızların
Yaxşı ki, həsrəti vəfasız
deyil.
Ah çəkdin, ürəyim
yarpağa döndü,
Demə
bu xəzəlin yiyəsi yoxmuş.
Kölgənin xətrinə torpağa
döndüm,
Büllur
qamətinin kölgəsi
yoxmuş...
Zənginə dönmüşəm səni sevəndən,
Dövlətim göz yaşı,
varım göz yaşı.
Yolunun üstündə ucalmışam
mən,
Bir eşq ağacıyam, barım - göz yaşı.
Sənin
təbəssümün nur
oldu qanda,
Qəlbimə yenilməz qüdrət
gətirdi.
Qiyməti yox imiş eşqin cahanda,
Göz yaşım ona da şöhrət gətirdi...
Sevgilin yoldadır, daha nə dərdin?!
Ağlama,
taleyin üzünə
gülsə.
Vüsal
müjdəsinə canını
verdin,
Bəs nə verəcəksən
yar özü gəlsə?!
Yadıma
dağların maralı
düşdü,
O, mənim ömrümün
sultanı oldu.
Güzarım yarımdan aralı
düşdü,
Məzarım ayrılıq zindanı
oldu.
Meyvə
arzuladı divanə ürək,
Təbəssümün kimi nübar görmədim.
Dolandım bağları, axar
sulartək,
Sərv
qamətintək çinar
görmədim.
Ayağın incisə, sinəm
üstə gəz,
Tapdala, bir xəzan yarpağı kimi.
Mənə elə gəlir,
pak ola bilməz
Cənnət ayağının torpağı
kimi.
Ürəyim tab etməz həyəcanına,
Qıymaram kədərdən yarım
mat ola.
Tez-tez getmirəm ki, onun yanına,
Qorxuram itləri narahat ola.
Cananın əliylə can alınıbdır,
Deşib
ürəyimi müjgan
şeşpəri.
Kirpiyi oxuyla fəth olunubdur
Eşqin
səltənəti, eşqin
kişvəri.
Qəlbimi çəkibdir dara
gözlərin,
Bərq
vurub məhəbbət
kəhkəşanında.
Göz qırpıb, bu üzü qara gözlərim,
Məni
xəcil edib sənin yanında.
Qəlbimi dünyada kədər
yaşatdı,
Mələklər eşqinə göz
yaşı tökdüm.
Gözəllər o qədər mənə
daş atdı,
Yığıb özüm üçün
qəmxanə tikdim.
Sevən
ürəyimdə şimşəklər
çaxıb,
Adını çağırsam, dilim alışar.
Sönmüş ocağımın yerinə
baxıb,
Nəsihət eləmə, külüm
alışar!
Nasehin sözünü yaxşı
bilirəm,
Aləmi
üstümə güldürür
mənim.
Əgər mey içməsəm,
dərddən ölürəm,
İçəndə nəsihət öldürür məni.
Qısqanclıq odunda alışdı
ürək,
Gördüm göz izi var solğun üzündə.
Dadıma
çatmasa badə qayıqtək,
Çoxdan qərq olmuşdum
qəm dənizində.
Sevgili yardamı, çevrilib
yada?!
Kim açar qapımı, küləkdən özgə?!
Əlimdən iş gəlməz
qoca dünyada
Nazlı
sənəmləri sevməkdən
özgə...
Əgər duya bilsən, güntək sadəyəm,
Nəsihət eləmə hər
səhər mənə.
Özünü öldürmə, tiryəkzadəyəm,
Təsir
edə bilmir hər zəhər mənə.
Çiçək aramışam gəzib
gülşəndə,
Sevgini başıma bir tac almışam.
Hər gözəl xalına gözüm düşəndə,
Elə bil dünyadan xərac almışam...
Eşq Qaf dağının əyib belini,
Vədəsiz qocalıq haqlayıb
bizi.
Şükür, tuta bildik canan əlini,
Məhəbbət şövqlü saxlayıb
bizi.
Bəsdir,
sərv kimi ucaldın göyə,
Əyil,
başın dəyər,
doğrudur sözüm.
Dünya
qapısından çıxırıq
deyə
Fələk qəddimizi əyibdir
bizim...
***
Dözümün rəqibi qorxuya
salıb,
Əzmin
ürəyinə bir düyün çəkib.
Gözlərin gül üzü
görüb zövq alıb,
Cövrünü yaralı ürəyin
çəkib.
Nəfəsin çiçəkli bahar kimidir,
Dünya
gülşəninə həsrətlə
baxır.
Sənin
hər bir misran damar kimidir,
Ürəyinin qanı onlarda axır...
Sözünün mənası necə
dərindir,
Ruhundur onlara dərinlik verən.
Deyirəm, bəlkə də
şeirlərindir
Bağdad
xurmasına şirinlik
verən...
Xəzan
ömrümüzdə ilk bahar
oldun,
Nasehin sözünü dinləmərik
biz.
Qəm çəkmək işində
bizə yar oldun,
Nə qədər dərd olsa, inləmərik biz.
Babam, yetməsən də nazlı yara sən,
Sevən
ürəklərə nur
ələmisən.
Qoşun
çəkməsən də
bir diyara sən,
Dünyanı sözünlə fəth
eləmisən...
Sağ ol, bəxtiyaram şeirin, sözünlə,
Hər
misran qəlbimi nura bələdi.
Tale gözəlləri sənin
gözünlə
Görməyi mənə də
qismət elədi...
Rafiq Yusifoğlu
Ədəbiyyat qəzeti.- 2024.-
22 noyabr, №45.- S.22-23