Yaddaşın
"üsyanı”
Pərvanə Bayramqızının şeirləri
haqqında
Fələstin şairi Mahmud Dərvişə görə, poeziya mənəvi dərman idi. Sözü döyünən ürək, alınan nəfəs kimi hiss etmək poeziyanı da mənəvi dərman kimi görmək deyilmi? Poeziya haqda çox söz deyilib və deyilməkdədir. Onu ruh dostu zənn edənlərdən biri də Pərvanə Bayramqızıdır. O da yaşadıqlarını, gördüklərini, hiss və həyəcanlarını poetik ovqatla təsvir edərkən məhəbbət, xoş günlər kimi problemə, çətinliyə də münasibətini bildirir. Bu çətinlik tək ayrılıq, xəyanətdirmi? Sözlə çəkilən bu bədii rəsmdə P. Bayramqızı lirik qəhrəmanının onu qane edən və etməyən cəhətlərindən söz açır. "İnciklik" şeirində lirik qəhrəmanından niyə incik düşməsinə nəzər yetirək:
Dağ deyilsən, sən xırdaca təpəsən,
Yox zirvəndə tülə bənzər duman, çən.
Qəribədir, ay vəfasız, bəs görən,
Hansı dağın dumanında azmışam?
Gözdən axan yaşlar mavi gölümdü,
Niyə onun saf suları bölündü?
Bu məhəbbət mənim üçün ölümdü...
Öz qəbrimi əllərimlə qazmışam.
Göz yaşlarını mavi gölə bənzədən Pərvanə Bayramqızı bu gölün bölünməsinin timsalında məhəbbəti də ölümə bənzədir. Arzular həyata keçməzsə, məhəbbətin sonu ayrılıq notları ilə bitərsə, nələr olar?
Dərd gözləyir məni hələ qabaqda,
Öləziyir ömrümdəki çıraq da,
Yan-yörəmdə hamı gülən bir çağda
Mən kədəri uda-uda yazmışam.
Küsdüm bəxtdən, eşitdikcə dilini,
İtirmişəm ömrümün çox ilini,
Sızıldatdın ürəyimin telini,
Qəm üstündə köklənən bir sazmışam.
Dərd gələrsə, başqa nələr olar? O, dərd gözlədiyi vaxt ömür çırağının öləzidiyini bildirir. P.Bayramqızı o notların bu ağrı, acını yaşadaraq ürəyinin tellərini sızıldatdığından söz açır. Qəm üstündə köklənən sazla ürəyi riqqətə gətirmək, onu dinləyənə xoş ovqat bəxş etmək olarmı?
Ömür
- ən şirin yuxu
Bəzən xəyallarımız belə deyək, suya düşəndə əlimiz hər şeydən üzüləndə ümid göylərə - Yaradana qalır. Ondan kömək istəmək üçün əllərimizi göylərə açır, ürəyimizdən keçənləri, arzularımızı, istəklərimizi bildiririk. İstəyirik ki, həyatımız da təbiət kimi gözəlliklərdən xali olmasın. Bəzən göylərə əl açdığımız zaman təbiətin gözəlliklərini də yenidən görür, hisslərimizi bu gözəlliklərdən gizlətmir, ondan yenə zövq alırıq. Hələ gördüklərimizi Sözlə ipə-sapa düzmək istəyi də varsa, bu gözəllikləri görməmək olarmı? "Bu axşam" şeirində onun buludlardan gözlədikləri təsvir olunur:
Hər yağış damlası min kəlmə, min söz,
Göy nağıl söyləyir yerə, bu axşam.
Buludlar çaxnaşıb yandırır köz-köz,
Təbiət
sirrini verə, bu axşam.
Söz ilə
həyat təsvirlərinin tərənnümünün poetik
ovqatla ifadəsi poeziyanın "mənəvi dərman"
olduğunu bir daha göstərir. Gördüklərimizdən,
görmək istədiklərimizdən bəhs edən
şeirlər çox vaxt oxucuya ümid verərək
sublimasiyaya çevrilmirmi?
Ömrümü
ən şirin yuxu sanıram,
Göyün
nağılından xumarlanıram,
Deyirəm,
sehrli bir dünya quram,
Ruhumu
gözlərim görə, bu axşam.
Bu
duyğu, bu ilham qonağım ikən,
Bar verən
bəhrəli bağlar kimiyəm.
Bağbantək
sevinclə, zəhmətlə qələm
Könlünün
barını dərə, bu axşam.
O,
ömür şirin yuxuya çevrilərsə, göyün
nağılından xumarlanaraq sehrli bir dünya qurması və
ruhunun gözlərini görmək istəyi haqda fikirlərini
bölüşür. Bu duyğu, ilham qonaq olduqda isə
sevinclə zəhmət bir arada görünür.
"Hicran-tufan
kimi..."
Pərvanə
Bayramqızı "Gəlimmi?" şeirində lirik qəhrəmanı
üçün keçilməz sədləri keçəcəyini,
hər əzaba qatlaşacağını və sonda onun
yanına gedəcəyini deyir. Məhəbbət varsa, sevdiyin
üçün hər əzaba qatlaşmalı deyilsənmi?
Hicran
tufan kimi kəsdi yolumu,
Üzdü
əllərimdən əlini sənin.
Qırıb
ayrılığın dəmir qolunu,
Təzədən
yanına gəlimmi sənin?
Bir
ömür gizlicə bir eşq yaşadım,
Bu peşə
sayılsa, ustaddır adım.
Dönüb
köhnə izlə hey addım-addım
Təzədən
yanına gəlimmi sənin?
O,
ayrılığın dəmir qolunu qırmaq bahasına lirik
qəhrəmanını görmək istəyindən
qorxmadığını bu yolda özünü
"ustad" adlandırmaqla bldirir.
Heyif,
itirdiyim günümə, heyif,
Dadıma
yetməyən ünümə heyif,
Hələ
də "səninəm" sözünü deyib
Təzədən
yanına gəlimmi sənin?
Yağdırma
üstümə bu qarı yenə,
Qəlbim
dara çəkir vüqarı yenə,
Götürüb
sevgitək nübarı yenə
Təzədən
yanına gəlimmi sənin?
P.Bayramqızı
lirik qəhrəmanını görmək üçün
sevgini nübar kimi götürüb təzədən onun
yanına getmək istəyindən danışır. Bunun
müqabilində isə ondan üstünə qar
yağdırmamasını istəyir. Bu qar ayrılıq, həsrət
qarı deyilmi?
Pərvanə
Bayramqızı "Köhnə şeir" şeirində
çoxdan yazılmış şeirə münasibətini
bildirir:
Şeir də
köhnələrmiş...
Birnəfəsə
geyinilən nimdaş
paltarlar
kimi
şeir dəbdən
düşərmiş.
Köhnəlmiş
paltarları
alırsan
bir-bir ələ,
bəyənmirsən,
atırsan.
Bəzən
bəxşiş verirsən,
bəzən
ucuz satırsan,
Şeirisə
satmaq olmur.
Nə qədər
incisən də
övladı
atmaq olmur.
O,
şeiri şairin övladı kimi gördüyündən
danışır, onu da övlad kimi atmaq
olmadığını deyir. P. Bayramqızı oxunmayan
şeirlərə də poetik ovqatla münasibət bildirir:
Oxunmayan
şeirlər elə
yetimdir.
Qayğısına
qalanı yox,
kifir bir
insan kimi üzünə də
baxan yox.
Amma...
Nə qədər
köhnə olsa,
nə qədər
kifir olsa,
şeir
elə şeirdir.
Kəlmə-kəlmə
yaranır,
ruhun dərbədər
olur.
Beynin əlinə
"enib"
bir ovuc
sözə dönür.
Ətrafı
unudursan,
bir
şeiri yazan zaman
nə qədər
dərd udursan.
Köhnəlmiş
şeirlər də
bizdən
bir nişanədir.
Bəlkə,
əlavəniz var -
köhnə
şeir daha nədir?
Pərvanə
Bayramqızı nə qədər oxunmayan, köhnəlmiş
olsa da, şeirin necə həvəslə yazılması kimi
antiteza məqamı haqda fikirlərini bölüşür.
Axı şeir şairin ruhu,
yaradıcılığının bəhrəsi və bir
nişanəsidir!
Gül
yerinə yaylığı qoxlamaq
P.Bayramqızı
"Güllü yaylıq" şeirində nənəsinin
güllü yaylığından danışır. O
yaylıq necə idi, nələrdən danışır, nələri
xatırladırdı?
Nənəsinin
protez dişlərinə
nəvə
gülür.
O hələ
bilmir ki, dişin ağızda deyil,
qabda olan
vaxtı var.
Nənə
bürünür, nəvə gülür...
Sümüklər
sızıldayanda
cırıq
cins geymək olmur, qız.
Bir vaxt gələcək,
səni də od-ocaq
qızdırmayacaq.
Qarderobundakı
paltarlar
bədənini
isitməyə azlıq edəcək.
Onda
özünə yun şal alacaqsan.
Bu qədər
geyimin üstündən
Çiyninə
şal salacaqsan,
Sonra
"nənəm
də belə edərdi"
deyəcəksən.
O
yaylıqda yaşayan xatirələr oxucunu kövrək hisslərə
qərq edərək keçmişdən bu günə qonaq gəlir.
Yaşadıqlarımızı, eşitdiklərimzi,
gördüklərimizi xəyalən
bükdüyümüz bu yaylıq poetik düşüncələrlə
təsvir olunur:
Nənənin
güllü şalını xatırlayanda
gözlərin
dolacaq.
"Ona
babam bircə dəfə də olsun
gül
vermədi" deyəcəksən.
Babanın
yumruğunu "qismət" deyə qəbul etdi.
Sən əziyyət
çəkməyəsən deyə
özünə
heç vaxt xərcləmədiyi puluna
anana cehiz
aldı.
Bütün
dövrlərdə yaşanan qanlı-qadalı,
ağrılı, acılı müharibələr nəsrdə,
poeziyada, teatrlarda, filmlərdə, bir sözlə, incəsənətin
müxtəlif sahələrində də təsvir olunur. Bu təsvir
onlara əbədi həyat bəxş edir. Və unudulmayan bu bəladan
bəşəriyyətin xali olmadığını deyir. Pərvanə
Bayramqızı da bu mövzudan yan keçə bilmir.
Güllü yaylığın gül yerinə
qoxulanmasının yaratdığı kövrək, nostalji əhval-ruhiyyə
oxucunu düşündürür. Hər kəs öz ölkəsinin,
xalqının azad, müharibədən, qan-qadadan uzaq yaşamasını,
uşaqların atasız, ana, bacıların oğulsuz,
qardaşsız, ərsiz olmamasını bu cür ədəbi
nümunələri oxuduqca bir daha istəyir. Və ürəyindən
keçən ən gözəl dualardan biri bu olur: "Allah
heç bir ocağı söndürməsin!"
Müharibənin
gətirdiyi bu bəlalar, ağrılar, əzablar haqda nə qədər
danışsaq, yenə azdır. Pərvanə
Bayramqızı da hisslərini güllü yaylıq vasitəsilə
oxucuların diqqətinə çatdırır:
Müharibədəydi
atan
yaylığının
arasında
gizlicə
saxladığı pulu aldın,
amma
qarıdan iyrəndin...
Su
tökmədin əlinə.
Bəs sən
nənə olanda
şal
bağlamayacaqsanmı belinə?
Hələ
yaylığı qoxulamaq var gül yerinə...
Aradan
ömrün illəri keçərsə...
Yaşadıqlarımız
yaddaşımızda heç vaxt silinməyən iz
açır. Gerçəyi dərk edən insanın
yaddaşı bəzən zamanın keçməsini qəbul
etmək əvəzinə, "üsyan edir". O, bu "üsyan"dan və sanki
aradan ömrün illərinin keçməsindən də
söz açır:
Ömürdə
biləkdən gözlərə qədər
olan məsafənin
uzanması
varmış...
Gerçəyi
dərk edirsən,
-
artıq "sən o sən deyilsən".
Yaddaş
yavaş-yavaş
şələ-barxanasını
yığıb,
əl-ayağını
dəstələyir.
Biləyimi
gözlərimə
yaxınlaşdırıb
saata baxıram.
Saatı
gözlərimdən ayıran kimi
yaddaş
"üsyan edir":
"bir də
bax..."
Elə
bil indicə
"baxışan"
deyillər, sanki
aradan bir
ömrün illəri
keçib...
Qədim yunan
mifologiyasında yaddaş da xatırlanır. Mnemosina titan, Geya
və Uranın qızı, Zevsdən olan muzaların
anasıdır. O, yaddaş ilahəsidir.
Bu
gün, sabah yaşandıqca yaddaşa köçür, bəzən
daha çox düşünülür, xatırlanır. Buna
ehtiyac varmı? "Keçmiş, keçmişdə qaldı"
deyib yaddaşla özünü yormayanlarla birgə ondan qopa
bilməyənlər də var. Keçmiş isə irəliləməyə
tənbəllik edərək olduğu yerdə
qalmaqdadır...
Pərvanə
Bayramqızı da ürəyinin, duyğu və
düşüncələrinin səsinə qulaq asır, onu
şeirə çevirir. Sözlər şeirə çevriləndə
oxuculara daha duyğusal anlar yaşatmırmı? Oxuduqları
ilə yaddaşını, hisslərini vərəqləyən
məhz onlar olur. P.Bayramqızının şeirlərinə
qısa da olsa, nəzər yetirdik...
Xuraman
Hüseyn
Ədəbiyyat
qəzeti.- 2024.- 22 noyabr, ¹45.- S.31.