Payız
Təbiətin
möcüzəsi,
Bizə
olan sözdü payız...
Dağ-dərədə
deyib-gülən,
Düzdə
dolan gözdü payız...
Sarı
yarpaq, gör, nə gözəl,
Kimə
güldü, kimə xəzəl,
Həzin-həzin,
gözəl-gözəl,
Cıbrıq
olan qozdu payız...
Ustac dəyər
verər sözə,
Qabda nə
var, çıxar üzə,
Aram-aram,
məzə-məzə
Ömrə
düşən izdi payız...
Yarım
bardaq
O
yarım buraxdığın
Bardaq, de,
yadındamı?
Sən
gedəndən düz üç gün
Söndürübdü
yanğımı...
Dodağın
dəyən yerdən
Öpmüşəm,
neçə kərə...
Dadsız
şüşə o gündən
Dönüb
bala, şəkərə...
Sənin
tutduğun yerdən
Çalışmışam
tutmağa...
İz
tapanda izindən
Qanad olmur
uçmağa...
Bütə
dönüb, bu bardaq
Bəzəyidir
evimin...
Üstündə
barmaq-barmaq
Bəzəyi
var əlinin...
Qalan son
damlaları
Qıymadım,
içəm özüm...
Qonaq etdim
gülləri,
Belə
bulundu çözüm...
Dibçəklər
Yer kürəsi,
Güllər
mən, sənsə susan...
Heç
nə yox itirəsi,
Tay
canıma hopmusan...
Bəlkə
də...
Bəlkə
də payızı biz uydurmuşuq?!
Yarpaqlar
yalnızca bizimçün sarı...
Bəlkə
də fəsillər durub yerində?!
Qaçan
biz, payıza, ya yaza sarı...
Yarpağı
tökülüb olsa da sarı,
Payızda
yetişir tutların xarı,
Deyirlər,
payızda qarşıla yarı,
Nar sulu,
alma bol, heyvası sarı...
Ustac ha,
indinin deyil adamı,
Sözləri
görübdü Nuhi-əyyamı,
Ruhu
neçə kərə Ömər Xəyyamı,
Dədəsi
Ələsgər, babası Sarı...
Bənövşə
Kimi
öyər bənövşəni,
Kimi qara,
qara yaxar...
Bənövşənin
od həsrəti
Qarı
da yandırıb, yaxar...
Bulaq
başı buz, sırsıra,
Əlin
düşə, köz ısıra,
Rəbbim
yol verməz qüsura,
İçindən
can qalxıb, baxar...
Ustacam,
xeyməm laməkan,
Rusqat verə,
qıla imkan,
Tər bənövşəm
olar kankan,
Qar
içindən çıxıb, qoxar...
Ağçiçəyim
Qış
tüğyan edirdi ömür bağında,
Hamı
süst yatırdı ağ otağında,
Qəfil
gördüm səni bar budağında,
Xoş
gördük, günaydın, ay Ağçiçəyim!
Dümağsan,
qar sənin yanında qara,
Tanrım
rüsxət verib, baxmayıb qara,
Bu,
qarlı qış hara, tər çiçək hara?!
Xoş
gördük, günaydın, ay Ağçiçəyim!
Əllərim
pak deyil oxşayım səni,
Həddim
o hədd deyil qoxlayım səni,
Bağbanam,
borcumdur yoxlayım səni,
Xoş
gördük, günaydın, ay Ağçiçəyim!
Şehçiçəyim
Tacısan
dünyamda tüm çiçəklərin,
Köksündən
bal süzən, tər Şehçiçəyim...
Sehrinə
düşmüşəm nur ləçəklərin,
Əqli
başdan alan, zər Şehçiçəyim...
Cəzbində
qalmışam, tamam çar-naçar,
Sağımda,
solumda çox çiçək açar,
Pərvanəyə
dönüb, dövrəmdə uçar,
Sərrafam,
seçmişəm dürr, Şehçiçəyim...
Bir kərə,
bir anlıq olsa da, vüsal
Ruhuma
rahatlıq verməyir xəyal,
Sonu
ölümsə də, gəl, qoynuna al,
Həsrətdə
yaşamaq zor, Şehçiçəyim...
Nə
gözəl
Dünyamızı
çiçək görən
Gözlər
nə gözəl, nə gözəl...
Ruhumuza
şəfa verən,
Sözlər
nə gözəl, nə gözəl...
Gül əkənlər
gül dərəcək,
Qəlb
deyəni dil deyəcək,
Düz əyrini,
düz görəcək,
Düzlər
nə gözəl, nə gözəl...
Ustac olub
sözə məftun,
Daim
gülən üzə məftun,
Qəlbdə
qalan izə məftun,
İzlər
nə gözəl, nə gözəl...
Yarpaq və
torpaq
Can verəni
candan alı qoyarıq,
Unudur
yarpağa möhtacdır yarpaq...
Torpağa
su deyil, zəhər veririk,
Marağa
məəttəl qalıbdır torpaq...
Xəzələ
aman yox torpağa çata,
Qurumuş
canıyla cana can qata,
Əbədi
qanunla rahatca yata,
Süprülüb
çöplüyə atılır yarpaq...
Torpağa
ting deyil, sütun əkirlər,
Arx, kanal
yerinə hasar çəkirlər,
Dəmirdən,
betondan kəfən biçirlər,
Gözü
baxa-baxa gömülür torpaq...
Bizə
can verənin canın almayaq,
Bu iki
aşiqin yolun burmayaq,
Yarpağı
torpağa həsrət qoymayaq,
Yarpaq elə
torpaq, torpaqdır yarpaq...
Ay Ustac,
haqq deyən Nəsimi öldü,
Haqq bir
damladır, batilsə göldü,
Qardaşlar
tək gəlmiş Adəmi böldü,
Bizlər
unutsaq da, unutmur torpaq...
Yaz
sevdası var
Bu
payız bir başqa gəlir ömrümə,
Güzün
gümanında yaz sevdası var.
Xəzana
bürünüb bütün bağ, bağça,
Güzün
gümanında yaz sevdası var.
Bu xəzan
yelimi, ya bahar mehi?!
Bivaxt
tumurcuqda, tər zəfər zehi,
Qızılı
yarpaqda zər qəhər şehi,
Güzün
gümanında yaz sevdası var.
Ustac, tac
almısan Haqqın özündən,
Gözəllər
xoşhaldır şirin sözündən,
Görməz,
qəm süzülür qəmgin gözündən,
Güzün
gümanında yaz sevdası var.
Şahi-cahan
Çiçək
açsa, haçan həyat ağacın,
Yaz
çağındır, o çağını yaza yaz!
Qan
qaynasa, qışın oğlan çağında
Qışa
deyil, o çağını yaza yaz...
Araz
dağdır, haldan hala hal eylər,
Sakit axar,
eldən elə yol eylər,
Dost-aşina
taydan taya əl eylər,
Ayaq
açsa, o çağını yaza yaz!
Taclı
şair şeir yazdı dodaqsız,
Canın
xanı yaranışdan qonaqsız,
Şahi-cahan
yaşar səssiz, soraqsız,
Hərgah
coşsa, o çağını yaza yaz!
Gəzdim
Gəzdim,
qarış-qarış Vətən torpağın,
Hər
dağda, dərədə izim var mənim!
Hələ
keçilməmiş, uca dağların
Uca zirvəsində
gözüm var mənim!
Gəzdim,
yorulmadan aranı, dağı,
Seyr etdim,
ən ucqar çəməni, bağı,
Heç
vaxt qınamadım zamanı, çağı,
Çox
bulaq başında üzüm var mənim!
Gəzdim,
bu torpağı, mən oymaq-oymaq,
Ən adi
daşa da olmuşam qonaq,
Hər
otun, çiçəyin halın soraraq,
Sinəmə
yığdığım sözüm var mənim!!!
Zaur
Ustac
Ədəbiyyat
qəzeti.- 2024.- 22 noyabr, №45.- S.29.