Elçinin çoxcildliyinin yeni cildləri
Xalq yazıçısı Elçinin
yeni çoxcildliyinin 2-ci və
3-cü cildləri çapdan
çıxmışdır. Cildlərə ədibin
“Mahmud və Məryəm”,
“Ağ dəvə”, “Ölüm hökmü” və “Baş” kimi məşhur romanları daxil edilib.
Azərbaycan oxucuları bu romanlarla yaxşı tanışdırlar. Ədibin
hələ 1982-ci ildə yazdığı
“Mahmud və Məryəm”romanı
oxucuların böyük
marağına səbəb
olmuş, oların dərin rəğbətini
qazanmışdır. “Əsli
və Kərəm” dastanının motivləri
əsasında yazılmış
bu əsər dastanlarımızdan istifadə
edilərək yazılmış
ilk roman kimi ədəbi
tənqid tərəfindən
də yüksək qiymətləndirilmişdir. Sonrakı
dövrlərdə işıq
üzü görmüş
“Ağ dəvə
(1984), “Ölüm hökmü”
(1989) və “Baş”
(2015) romanları Azərbaycan
ədəbiyyatının ən
yaxşı nümunələri
sırasındadır.
Bu əsərlər Azərbaycanda
dəfələrlə nəşr
olunmş, onların haqqında bir çox məqalələr
dərc edilmlş, elmi tədqiqatlar aparılmış, kitablar
yazılıb.
Xalq yazıçısının romanları
xarici dillərə tərcümə edilmiş,
türk, ingilis, rus, alman, ərəb, ukrayna, özbək, rumın, serb, italyan, macar və bir sıra
digər dillərdə
nəşr olunmuş,
səhnələşdirilmiş, ekranlaşdırılıb.
Ədəbiyyat qəzeti.- 2024.- 29 noyabr, №46.- S.7.