Mir CəlalınFüzuli sənətkarlığı

kitabı İordaniyada - nəşr olunub

 

Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edənFüzuli sənətkarlığıkitabı ərəb dilinə tərcümədə İordaniyada işıq üzü görüb.

Dahi şairin 530 illik yubileyinə töhfə olaraq ərsəyə gətirilmiş kitabın “Ön söz”ünün müəllifi tanınmış İordaniya yazıçısı və ədəbiyyatşünası Samih əl-Məhariq, əsərin ərəb dilinə tərcüməçisi Fərid Camalovdur.

Zəngin ənənəsi olan “Əlzminə” nəşriyyatında nəfis tərtibatda çap edilən kitab yaxın günlərdə İordaniyanın mərkəzi kitabxanalarına, universitet və kitab evlərinə paylanılacaq.

 

Ədəbiyyat qəzeti.- 2024.- 29 noyabr, ¹46.- S.7.