Olsun
Dünyanın sonuna, dost, hələ
çox var,
Hər vaxt "yox"a çıxdı çox
"hə"lər, olsun!
Hamı
birdən küsdü,
lap olsun iki,
Hamıdan küsərəm vaxt
gələr, olsun!
Kim deyir güləndir sonuncu gülən,
Həyatın dibidir susub çökülən...
Bu gün ürəyimdir sınıb tökülən,
Sabah bütün işlər düzələr, olsun!
Yanğındı, adamın üzündə
su yox,
O yoxa çıxmışdı,
indi də bu yox.
Öldü doğulmamış təkcə
inam yox,
Arzular, ümidlər... eh, nələr...
Olsun!
Yox,
daha demərəm...
Yox, sənə demirəm bir də arzu
tut,
Kim yumdu gözünü, kim baxdı yola.
Gedirmi, gəlirmi o kölgə, unut,
Ağ çiçək yağanda
şər vaxtı yola.
Vaxt öz axarını asıb qoluna,
Hər kəsin susası bir saatı var.
Asandı
ayrılmaq bir yaz, yoluna
Çiçək səpələsə akasiyalar.
Aylı
gecələrdə çox
ulduz axıb,
Şükür, üfüqlərin sökülür
danı.
Gözün qaralmasın, gedənə
baxıb,
Gəldi
ağlamalı günün
zamanı.
Baxıram...
Göründü yenə yol mənə,
Varsa ürəyində bir xoş söz, unut!
Yox, sənə demərəm ümid ol mənə,
Yox, sənə demərəm bir də arzu
tut...
Kəndimizdə bir yaz günü
Kənddəyəm...
nə vaxtdır düşdüyüm
qərib,
Bir yad doğmalığın təlaşı
ilə.
Tanrı
ünvanıma sual göndərib:
Mən necə yollaşdım bu naşı ilə?
Hava mülayimdir, aralar sərin,
Qaraltım əlini salıb
yanına.
Çöldə çisələyir, xatirələrin,
Düşürəm çalpaşıq
burulğanına...
Çökdü üfüqlərə gözümün pası,
Dolmuş
buludlarda gəzir ürəyim.
Sərçə lələyində yağış
damlası,
Göyəm çiçəyində əsir ürəyim.
Canavar izində azmış ayrılıq,
Dondu kirpiyimdə çillənin
qarı.
Bir də ayıldım ki, yazdı ayrılıq,
Alma yarpağına sübh qırovları.
Adama kim edər edəni
özü,
Onda arzularım üzü yazaydı.
Mən dağdan-dərədən salıram
sözü,
Dünyanın cücərən düzü
yazaydı.
Düşüb dərələrə heybəti dağın,
Qaya öz dibindən çəkmədədir nəm.
Çiyələk yığmağa gedən
uşağın,
Əlini
arının sancmasıdır
qəm.
Sinəmdə inlərdi sarı
sim amma
Alnımda tər idi yayın istisi.
Yamyaşıl dağları sevirdim,
amma
Keçsə də alnımdan
payızın sisi.
Mən bəxtdən soyudum, əllərim işdən,
Bu il də ayların bozundan çıxdım.
Bir az gələcəkdən,
bir az keçmişdən
-
Çırpınıb illərin tozundan çıxdım.
Zalım,
nəyə qalıb ümidin sənin,
Adamı
saymırlar öz vətənində.
Sözünü unutdum öyüd
verənin,
Azdım
məsləhətin qatı
çənində.
Təzyiqdi, ya deyil - fırlanır başım,
Eyvanda göz kimi sozalır
işıq.
Azır
fikirlərim, çaşır
yaddaşım,
Elə bu şeirtək düşür qarışıq...
Qonur asta-asta şər düşənə çən,
Bürünür torana yamacdakı
şum.
Kənddəyəm bu gecə, sabah ertədən,
Yenə
dumanlara düşəcək
yolum.
Qədər ataların dediyi
üçmüş,
Arada tərsinə dönür
dönəlgə.
Bu kəndə bir daha dumana düşmüş,
Durna qatarında qayıtdım
bəlkə.
Səni unutmağın...
Ömrün payızını yaxşı-pis
nəsə,
Səni
unutmağa həsr etdim, sağ ol.
Qalan ömür qısa, gedən yol kəsə,
Nə vaxtı saxladım, nə getdim, sağ ol.
Ev-eşik başıma gəlir
dar, nədir,
Ya mən böyümüşəm,
ya kiçilib dam.
Niyə
düşünürsən sənə görədir,
Buludlu havada darıxır adam.
Sevənlər olurlar dişqarı
dindən,
Amma ayrılığın olmaz
savabı.
Vurur ürəyinin sınıq
yerindən,
Əsəbi "vargəl"in "yoxget" cavabı.
Əzab
vermək imiş qərəzi, qəsdi,
Hərənin bir sevgi qəzası olur.
Başqa
da baxırsan dünya
məhbəsdi,
Sevənin ömürlük cəzası
olur.
Öhd olmaz çuxası qara yatmışa,
Ağaran
gözümdə çaşdı
haqq yolu.
Ömrün payızını dövr
etdim qışa,
Səni
unutmağın yoxmuş
"sağol"u.
İndilərin şeiri
Daha təsəllidən keçib,
möhkəm ol,
Hər yeri basıbdır burda qəm indi.
Yer-göy qovuşubdur, bağlanıbdı
yol,
Deyəsən, qalacam səndən
kəm indi.
Dönübdür dalğalar sinə
dağına,
Görmür qarasını, baxmır
ağına.
Ehtiyac qalmadı ağlamağına,
Hər tərəf çim sudur, hər yan nəm indi.
O qənim kəsilən var
ha, qanıma,
Artıq
fərqi yoxdur tanı-tanıma.
Ürəyin düşəcək gəlsən yanıma,
Müsibət həmindi, bəla
həmindi.
Qorxudan öldürdü gözüm
qurdunu,
Necə
deyim axı vərəvurdunu?!
Soruşma halımı, görmə
yurdumu,
Dünyanın qopduğu yerdəyəm
indi.
Həyatın son dərsi
Hər kəsin bir sonu olur, hər
şeyin, -
Həyatın, dünyanın, yaxşının,
pisin,
Aldığın nəfəsin, içdiyin
meyin,
Qəmli
mərasimin, dəmli məclisin...
Döndərər bir sinə aha səsini,
Tükənər söhbətə, sözə
maraq da.
Hovxurar qədəhə son nəfəsini,
Turşməzə şərab da, acı
araq da...
Yetişər kefinin təlx olmuş çağı,
Ciyərin xırıldar: - siqardan
əl çək.
Düzülər sıraya həkim
yasağı,
Nələr yemək olmaz, kimlərlə içmək.
Adam bir belə də
hissə qapılmaz,
Acı bir sonu var şirin
nağılın.
Canını qoymağa dinc yer tapılmaz,
Bir gün başın qaçar, bir gün ağılın.
Söylənmə - mən diri, demə - sən ölü,
Qaçar gözlərindən sərsəm yuxu da.
Çıxart yaddaşından dənizi,
gölü,
Düşüb boğularsan bir
damcı suda.
Dilin qarışdırar söz
ilə səsi,
Kimsə
gileyini tərcümə
etməz.
Səhv
düşər zamanın
ayı, həftəsi,
Ruhuna duanı hər cümə etməz.
Əcəllə əlləşib çəkməyə
qoy can,
Quş kimi köksündən uçar nəfəsin.
Ətrafda hər şeyin
var susduğu an,
Hər kəsin bir sonu olur, hər
kəsin...
Özündə azmağın şeiri
Çoxdan dəyişmisən evi,
ünvanı,
Təzə görkəm alıb
köhnə küçəniz.
O zığlı gölməçə,
o xır yol hanı,
Nə ad tanış gəlir, nə kənd, nə də siz...
Kimsə
yolqırağı atmışdı
lağım,
Sağında-solunda lay divar bitmiş...
Qəfildən təpidi dilim, dodağım,
Yolunu kəsdiyim o cığır
itmiş.
Çıxmışdı özündən
hündürə barı,
Daha atmaq olmur daş
aynabəndə.
Yox, aşa bilmədim soyuq hasarı,
Özümü itirdim qır yolda mən də.
Böyüyüb hər yelə əsmirdi cır tut,
Səlbəsiz bağınız yatmışdı
sakit.
Çökmüşdü ətrafa ölü bir sükut,
Nə anan sağ idi,
nə atan, nə it...
Görüb qardaşını getdiyim
huşdu,
Hanı
o hamını hərləyən
uşaq?!
Böyüyüb nataraz biri olmuşdu,
Bığ yeri təzəcə
tərləyən uşaq.
Birdən
çınqılandı, qəfil
yandı yol,
Canıma
daraşan alov ağ idi.
Kəndin
ortasında haçalandı
yol,
Sonda dediyin söz "ayrılaq" idi.
Səni
alıb uddu bir gün bir
şəhər,
Axtarma ya ölü, ya sağ özünü.
Taparsan çaşdığın yolu
birtəhər,
Başqadı özündə azmaq
özünü.
Hanı
o? - görən kəs
"qundaqda Nuhu"...
Qaçdı bu dünyanın
o vaxtkı kefi.
Təkcə yeri deyil, görkəmi, ruhu...
Çoxdan dəyişmisən ünvanı,
evi.
Pir
olmağın şeiri
Ad da ağır yükdü qonub çiyinə,
Ömür də çapdığın
bir cıdır, adam.
Özünə, sözünə, körpəliyinə
Yolun o başından qayıdır
adam.
Gərək dərd də gəlsə, ruhun dura şıq,
İnsan
pir də olar, olmaya da şıx.
Ürəkdə son ümid, gözdə
ilk işıq,
Tanrının ən gözəl
payıdır, adam.
Bitməz
ağıl ilə ürəyin cəngi,
Bir deyil bəxt ilə həyatın rəngi.
Tutmağa nə əl
var, nə də üzəngi,
Ya
İlyas, ya Elləz, ya Xıdır adam.
Süleyman Abdulla
Ədəbiyyat qəzeti.- 2024.- 29 noyabr, №46.- S.12.