Dirildik
Nəyinə vuruldu könül
bu Yerin?!
Nə ağıl eləyib Yerdə dirildik?!
Yeri-yurdu
bəlli deyil bu Yerin,
Gəlib
sirr içində sirdə dirildik.
Candan olduq hər gün can oymaq ilə,
Bəzədik bu ömrü
min yamaq ilə,
Yaman ölüb getdik kef-damaq ilə,
Düşüb zaman-zaman dərdə, dirildik.
Yanıb
kül olsaq da, göz görə-görə,
Kültək üfürmədik şeiri
gözlərə.
Neylər
indən belə ölüm bizlərə?!
Biz ki, Onda ölüb bir də dirildik.
Eşqsiz yaşamağın
min bədəli var
Nə
zaman tanıyar, nə
məkan bilər,
Bu Eşqin nə sonu, nə əvvəli
var.
Gözə görünsə də,
görünməsə də,
Onun hər könüldə bir heykəli var.
Kim yalan deyirsə, tapmasın xeyir,
Qeybdən qopub gələn
bir səda deyir:
Nə yerlər, nə göylər təməlsiz
deyil,
Hər şeyin eşq adlı bir təməli
var.
Sən yaşa qəmi qəm, kefi kef kimi,
Keçmə bu dünyadan naşı dev kimi,
Uçub
tökülərsən köhnə
ev kimi, -
Eşqsiz
yaşamağın min bədəli
var.
Göyün qulağına
söz pıçıldadıq
Ay oğul, hər oğul söz pıçıldamaz,
Çox
da ki, bu sözü az
pıçıldadıq.
Bizim sinəmizə dağlar çəkdilər,
Dağların dağına söz
pıçıldadıq.
O qərib gələnlər
qərib getdilər,
Göylərin bətnini görüb
getdilər -
Könül budağını qırıb
getdilər,
Gülün budağına söz
pıçıldadıq.
Sapa düzmədilər saz deyənləri,
Gözlə görmədilər göz
deyənləri,
Bu dünya duymadı biz deyənləri,
Göyün qulağına söz
pıçıldadıq.
Eşqin nə qəribə
halları varmış?!.
Bakirə
baxışdan məhəbbət
yağar,
Üzün tökülməyən suyu nur kimi.
Kimlər
ki, dünyaya eşq ilə baxar,
Görər göy üzündə
Ayı nur kimi.
Hünərdi bu yeri, göyü oxumaq,
Fanidə
solmayan xalı toxumaq.
Sən gəl, bu dərvişin
halına bir bax,
Gör necə nuş edir meyi, nur
kimi.
Dərgahın dolanbac yolları
varmış,
Bağında solmayan gülləri
varmış,
Eşqin
nə qəribə halları varmış,
Allahın aşiqə payı
nur kimi.
Azar yer üzündə
xamın xəyalı
Azar yer üzündə xamın xəyalı,
Nə məscid tanıyar, nə də ki, kilsə.
Görən, necə olar aşiqin halı,
Badəsi
qırılsa, meyi tökülsə?!
Kəramət görməsə könül
pirində,
Qəm qəmə qarışar nəğmələrində.
Neylərsən, məhəbbət günün
birində
Yağlı əppək olub
göyə çəkilsə?
Göylərin adından danışma,
barı,
Allahın işinə qarışma,
barı,
Özünü itirib sən çaşma, barı,
Bəxtin
bir gün çaşıb üzünə
gülsə.
Birdən
bir gül kimi solmazmı dünya,
Göy üzündə mağmın
olmazmı dünya?
Suların altında qalmazmı
dünya,
Bəşərin üzünün suyu
tökülsə?
Nədə xeyir vardı, nədə şər könül,
Bilməz
bu işləri bu bəşər könül.
Sənin
ətəyinə nə
düşər könül,
Göylərin ulduzu, Ayı tökülsə?!
Hüseyn BAĞIROĞLU
Ədəbiyyat qəzeti.- 2024.-
29 noyabr, ¹46.- S.23.